Kollagen haqqında bilmədikləriniz

Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?

Ümumiyyətlə, dəri sağlamlığı olaraq adlandırılan kollagen əslində struktur və funksional olaraq bütün bədənimiz üçün əvəzolunmaz bir protein növüdür.

Kollagen adı yapışqan mənasını verən yunanca «kolla» sözündəndir. Çünki toxumaları yapışqan kimi bir yerdə tutmağa kömək edir. Onun əsas vəzifəsi birləşdirici, toxumu gücləndirmək və bədənin bütövlüyünü qorumaqdır. Vücudumuzda kollagen olmasa, hissələrimiz bir yerdə qala bilməz.

Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməklə dəri quruluşunu yaradan şəbəkəni qorumaqdır.

Zülalların üçdə birini təşkil edən kollagen təkcə dəridə deyil, bədənin bütün orqanlarında, o cümlədən birləşdirici toxuma, vətər oynaqları, damar divarları, göz, diş, saç, dırnaq və sümüklərdə struktur bütövlüyünü təmin edir.

Nəzərinizə çatdırırıq ki, kollagen insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayan bir zülaldır.

Beləki, kollagen – birləşdirici toxumanın əsasını təşkil edən sapşəkilli (fibrillar) zülaldır. Bu tərifdən belə nəticəyə gəlinirki, kollagen əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının da əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 %-ni məhz kollagen zülalı təşkil edir. Birləşdirici toxumanın əsasını təşkil etdiyi üçün dəri və oynaqların elastikliyində mühüm rol oynayır.

Kollagen zülallarının zədələnməsi zamanı dəri tez qocalır, oynaq ağrıları baş qaldırır. Son tətqiqatlar isə kollagenin dəridəki qırışlarla aktiv mübarizə apardığını və hətta selülit probleminin həllində yardımçı olmasını belə sübut etmişdir.

Tətqiqatlardan söz açılmışkən nəzərinizə çatdıraq ki, 2017-ci ildə sübut olunmuşdur ki, sutka ərzində 2500 mq kollagen qəbulu zamanı dırnaqların uzanması 12% sürətlənmiş və qırılma halları 42% azalmışdır. Bu müsbət dəyişikliklər saçların sağlamlığına və uzanma sürətinə də aid edilir.

Nəticə olaraq sağlam olmaq istəyirsinizsə, gün ərzində 2000mq-dan 5000mq-a qədər kollagen qəbul etməyiniz məsləhətdir. Bundan əlavə sutka ərzində 1000-2000mq Vitamin C qəbulu da orqanizmdə kollagen sintezini sürətləndirir.

Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?

  • Uzun müddət şüursuz olaraq günəş işığına məruz qalma;
  • Zehni və fiziki stressdən orqanizm tərəfindən ifraz olunan kortizol miqdarının artması;
  • Balanssız qidalanma və qeyri-kafi protein qəbulu;
  • Ətraf mühitin çirklənməsi, kosmetikadan çox istifadə və s. kimi toksinlərə məruz qalma;
  • Yuxu pozuqluğu və kifayət qədər yatmamaq;
  • Bədənimizdə sərbəst radikalların miqdarının artması ilə xroniki iltihab;
  • Həddindən artıq şəkər və təmizlənmiş karbohidratlardan istifadə;
  • Siqaret çəkmək və spirtli içki içmək;
  • Menopoz;
  • Bədəndə vitamin və mineralların udulmasını çətinləşdirən bəzi müalicələr.

Bədənin təbii kollagen istehsalı 20 yaşından sonra hər il 1-1,5 % azalır. Kollagen miqdarı aşağı düşdükcə dərinin elastikliyi azalır, boş və qırışlı bir görünüş yaranır. Bundan əlavə, oynaqlarda ağrı, əzələlərdə boşalma kimi simptomlar meydana gəlir.

Kollagen çatışmazlığı necə müəyyən edilir?

  • Kollagen çatışmazlığı birləşdirici toxuma, oynaqlar və qığırdaqla birlikdə əsasən dərinin görünüşünə mənfi təsir göstərir: dəri sallanmağa başlayır, möhkəmliyini, parlaqlığını itirir, matlaşır və qırışlar yaranır.
  • Dərinin nəmlik tarazlığının pozulması dəridə quruma, sallanma, qırışlar, rəng solğunlaşması, yanıq, kəsik və ya zədə zamanı sağalma prosesinin uzanması, göz ətrafında qaz ayaqlarının əmələ gəlməsi, üzdə və göz ətrafında çuxur və göyərmələrlə görünür.
  • Bədəndə qançırlar, selülit görünüşü və diş ətlərində qanamalar meydana gəlir.
  • Saç və dırnaqların sağlamlığı ciddi şəkildə pozulur: uzanma yavaşlayır, seyrəkləşmə və tökülmə baş verir.
  • Dırnaqlarda soyulma, qırılma və göbələk xəstəliyinə meyl yaranır.
  • Oynaqlar, qığırdaq və birləşdirici toxumada kollagen çatışmazlığı əzələ kütləsinin azalması, idman zədələrindən sonra sağalma prosesinin uzanması, sümük strukturunda zəiflik, qığırdaq toxumasında aşınma və hərəkət zamanı oynaq ağrıları ilə müşayət olunur.
  • Sümük matriksinin gücünü itirməsi revmatik proseslər, qığırdaq, əzələ və sümüklərin rezorbsiyasını sürətləndirir.

Kollageni necə əldə etmək mümkündür?

  • Zülal, təzə meyvə və tərəvəzlərlə zəngin balanslaşdırılmış pəhriz yaxşı kollagen sintezi üçün vacibdir. Qırmızı ət, toyuq, yumurta, süd məhsulları və qoz-fındıq protein mənbəyidir.
  • Təzə tərəvəz və meyvələrlə zəngin pəhriz antioksidan qəbulunu artıraraq kollagenin səviyyəsinə müsbət təsir göstərir.
  • Vitamin C kollagen istehsalını artırırır. C vitamini sitrus meyvələrində, o cümlədən pomidor, bibər, çiyələk və yaşıl yarpaqlı tərəvəzlərdə boldur.
  • Sink və mis də kollagen istehsalına faydalıdır. Mis və sink üçün qoz-fındıq, tam taxıllı qidalar və lobya yeyilməlidir.
  • Sümük iliyi suyu kollagen istehsalını artırmaqda təsirlidir.
  • Kollagen həb, kapsul, toz, maye və çeynənən tabletlər şəklində də mövcuddur ki, onların daha yaxşı təsir göstərməsi üçün səhər yeməyindən yarım saat əvvəl və ya gecə acqarına qəbul etmək daha yaxşıdır.

Kollagenin mənfi təsiri varmı?

  • Kollagenin həddindən artıq qəbulu qanda xolesterinin səviyyəsini artırır və ürək xəstəliklərinin qarşısının alınması və müalicəsinə mənfi təsir göstərir. Xüsusilə, dəniz məhsullarına, mal, toyuq ətinə allergiyası olanlar və şəkər xəstələri arzuolunmaz təsirlərə qarşı daha diqqətli olmalıdır.
  • Hamilə qadınlar, əmizdirən analar və uşaqlar tərəfindən istifadəsi tövsiyə edilmir.
  • Həb, kapsul, toz, maye və çeynənən tabletlər vasitəsilə kollagen əlavələrinin istifadəsi yeni metod olduğundan müvafiq doza və effektivliyini yaxşı araşdırmaq lazımdır. Çünki bəzi insanlarda bu, mədə yanması, ishal, ağızda pis dad və yüngül həzm sistemi problemlərinə səbəb ola bilir.

Bir çox hallarda isə, biz özümüz, kollagen tellərinin dağıdılması ilə qocalma prosesini tezləşdiririk. Buna bir neçə səbəb aid etmək olar:

  • Üzün aktiv mimikas. Üz əzələlərinin tez tez gərgin vəziyyətdə olması, kollagen tellərinin zədələnməsinə səbəb olur, bununla da mimik qırışlar peyda olur.
  • Digər səbəblərdən isə ziyanlı vərdişlər ola bilir. Bunlardan: spirtli içkilər, siqaret, günəş şüalarının dəriyə təsiri və ətraf mühitin çirkli olması.

Müasir zamanda kollagen çatışmazlığının da təkmilləşmə üsulları vardır. Lakin, bu üsullar nə qədər effektivdir?

Artqı uzun zamandır ki, bir çox kosmetik firmalar, tərkibində kollagen olan vasitlərin istehsalına başlayıblar. Dediklərinə görə gündəlik olaraq bu vasitələrdən istifadə kollagen defisitini təkmilləşdirmək imkanını yaradır. Lakin bir neçə araşdırmalar nəticəsində bəlli olmuşdur ki, kollagen molekulunun ölçüsü kifayət qədər böyük olduğundan, o,qırışların əsasən formalaşdığı dərinin ən dərin təbəqəsinə kremlə çata bilmir. Bu səbəbdən bu kimi vasitələr böyük effektə malik olmur. Lakin bu vasitlər tam olaraq xeyirsiz deyil, belə ki, kollagen tərkibli kremlər dəridən nəmin buxarlanmasını zəiflədir, bununla da dəriyə nəmləndirmə verir. Lakin bu proses də dərinin üst qatında baş verərək, kollagenini azalmasına heç bir təsir göstərə bilmir.

Həmçinin nəzərinizə çatdırırq ki, kosmetologiyada kollagenin bir neçə növü istifadə olunur. Bunlardan:

  • heyvan mənşəli kollagen
  • bitki mənşəli kollagen
  • dəniz kollageni

Ümumilikdə isə elmi araşdırmalara inansaq, C vitamininin kollagen istehsalını stimullaşdırması iddia olunur. Buna görə qida rasionunuza C vitaminli məhsulları əlavə etməniz artıq olmaz. Bunlara əsasən: sitrus meyvələri, kivi, istiot, itburnu, qara qarağat, quş üzümü, kartof, kələm, pomidor, yaşıl soğan və cəfəri(petruşka) aid edilir.

 

0 şərh