Kollagen haqqında bilmədikləriniz

Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?

Ümumiyyətlə, dəri sağlamlığı olaraq adlandırılan kollagen əslində struktur və funksional olaraq bütün bədənimiz üçün əvəzolunmaz bir protein növüdür.

Kollagen adı yapışqan mənasını verən yunanca «kolla» sözündəndir. Çünki toxumaları yapışqan kimi bir yerdə tutmağa kömək edir. Onun əsas vəzifəsi birləşdirici, toxumu gücləndirmək və bədənin bütövlüyünü qorumaqdır. Vücudumuzda kollagen olmasa, hissələrimiz bir yerdə qala bilməz.

Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməklə dəri quruluşunu yaradan şəbəkəni qorumaqdır.

Zülalların üçdə birini təşkil edən kollagen təkcə dəridə deyil, bədənin bütün orqanlarında, o cümlədən birləşdirici toxuma, vətər oynaqları, damar divarları, göz, diş, saç, dırnaq və sümüklərdə struktur bütövlüyünü təmin edir.


Davamı →

Kollagenin faydaları nələrdir?

Kollagen; Bədəninizdəki dəri, sümüklər, tendonlar və bağlar daxil olmaqla birləşdirici toxumalarda olan bir proteindir. Bir çox kollagen növü var, lakin ən çox yayılmış növləri; 1, 2 və 3-dür. Bu növ kollagen bədənimizdəki ümumi zülalın təxminən 80-90% -ni təşkil edir. Bəs kollagenin bədənimizə faydaları nələrdir?

Davamı →