Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Elektroforez cox təsirli müalicə üsuludur

Təəssüf ki, hal hazırda fizioterapevtik müalicə üsulları bir qədər unudulub və daha nadir hallarda istifadə olunur.

Lakin bu tam ədalətsizdir. Fizioterapevtik üsullar çox təsirli və sınanmış müalicə üsullarıdır. Bu üsullar tam ziyansızdır və insan orqanizminə heç bir yanaşı təsir etmir. Bu səbəbdən fizioterapevtik üsullar hətta hamilə qadınların və  yenidoğulmuş uşaqların müalicəsində istifadə olunur.

Fizioterapevtik müalicəsinin üsullarından birielektroforezdir (buna həmçinin «ionoforez», «ionoterapiya», «ionohalvanizasiya» deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.

«Elektroforez» terminin iki hissədən ibarətdir — «elektro» — elektrik cərəyan və «forez» — yunan dilində «daşınma», «köçürmə» deməkdir.

Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.


Ardı →

Arıqlama xəstəliyin əlaməti ola bilər

Bəzən insanlar istəmədən və bunun üçün heç bir cəhd etmədən (pəhriz, idman və s.) arıqlamağa başlayır.

Bəzən belə arıqlama çox tez gedir, insan sanki "əriyir". Bu çox təhlükəli haldır. Belə kəskin arıqlama bir çox ağır xəstəliklərin əlaməti ola bilər.

— Bədən çəkisinin kəskin azalması onkoloji (xərçəng) xəstəliyin əlaməti ola bilər. Xüsusilə belə kəskin arıqlama mədə-bağırsaq sistemi, mədəaltı vəzi və qaraciyərin onkoloji xəstəlikləri zamanı baş verir. Buna «kaxeksiya» deyilir. Arıqlama xərçəngin ilk görünən simptomu kimi meydana çıxa bilər.

— Vərəm xəstəliyi, virus hepatitlər, QİCS infeksiyası zamanı da bədən çəkisinin azalması xəstəliyin ilk simptomu kimi meydana çıxa bilər.

— Tireotoksikoz arıqlamanın növbəti səbəbi ola bilər. Tireotoksikoz zamanı qalxanvari vəzi artıq miqdarlarda öz hormonlarını ifraz edir ki, bunun nəticəsində insan orqanizmində gedən maddələr mübadiləsi prosesləri kəskin pozulur (sürətlənir). Tireotoksikoz zamanı iştaha normal olur və bəzən hətta artır, bədən çəkisi isə daim azalır. Bundan əlavə tireotoksikoz özünü zəiflik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi, tərləmə, əllərin əsməsi, ürək döyünməsinin tezləşməsi və s. kimi simptomlarla büruzə verir.
Ardı →

Çaytikanı yağının müalicəvi xüsusiyyətləri

Çaytıkanı «padşah giləmeyvəsi» adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.

Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.

Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.

Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.

Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.


Ardı →

İftardan sonra siqaret çəkməyin!

Ramazan ayında oruc tutan siqaret asılısı olan şəxslərin qarşılaşa biləcəyi əsas sağlıq problemi infarkt riskidir. Bunun səbəbi isə uzun müddətdir siqaret çəkməyən bədənin anidən çox siqaret dumanına məruz qalmasıdır.

Mütəxəssislər iftardan sonra çoxlu siqaret çəkməyin infarkt, iflic, beyin qanaması, ritm pozğunluğu kimi bir çox ciddi xəstəliyə səbəb olduğunu bildiriblər.

Oruc tutanlar imsak və iftar saatlarında çox ağır yeməklərdən uzaq durmalıdır. Mütəxəssislər normal günlərdə ehtiyac duyulan və 3 yemək rasionu arasında bölünən vitamin, mineral ehtiyaclarının iftar və imsak arasında bölünüb qarşılanması lazım olduğunu bildiriblər. Maye itkisinə xüsusi diqqət edilməlidir.
Davamı →

Dalaq sirli orqandır

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.

Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.

Normada böyüklərdə dalağın uzunluğu — 11-12, eni — 6-8 sm, çəkisi — 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna «splenomeqaliya» deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)


Ardı →

Müalicəvi bədən tərbiyəsi

İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Nadir xəstəliklər var ki, fiziki məşğələlər bu zaman insana ziyan verə bilər.

Tibbi təcrübədə insanların vaxtında müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq sağaldığını sübut edən bir sıra faktlar var (nevrasteniya, hipertoniya xəstəliyinin ilkin mərhələsində, qəbizlik, bronxial astma, nevralgiya, oynaqların artriti zamanı oynaqların zədələnməsi, poliartrit, artroz, onurğa sütununun zədələnməsi – skalioz və s. zamanı). Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər müntəzəm olaraq məşq edərək orqanizmlərini möhkəmləndirəcək və bu zaman rejimə riayət etsələr, yaşlanana qədər xəstəliyin əlamətlərini hiss etməyə və əmək qabiliyyətini itirməyə bilərlər.

Sağalma mərhələsində bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar. Müalicəvi Bədən Tərbiyəsi (MBT) müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur.


Ardı →

Nəbzimizi ölçək

Nəbz insanın sağlamlığının əsas göstəricilərdən biridir. Nəbz ürəyin yığılması zamanı əmələ gələn arteriyaların tərpənməsinin tezliyidir.

Nəbzin tezliyi müxtəlif faktorlardan asılıdır. Belə ki, insanın bədən hərarəti artdıqda nəbzin tezliyi də artır. Qida və isti maye qəbulundan, isti vannadan, massajdan sonra, stress, fiziki və əqli fəaliyyəti zamanı nəbzin tezliyi artmış olur. İnsan uzanaq vəziyyətdə olduqda nəbz daha asta, ayaq üstə olduqda isə daha tez olur. Qadınlarda menstrual dövrünün müxtəlif fazalarında nəbzin göstəriciləri dəyişilir. Bütün bunlar normal fizioloji hallardır.

İnsanın nəbzi onun yaşından da asılıdır.

Uşaqlarda:
doğulduqdan dərhal sonra — dəqiqədə təxminən 140 vurğudur,
1 yaşına kimi — dəqiqədə təxminən 130 vurğudur,
uşağın 1 yaşından 2 yaşına kimi — diqiqədə təxminən 100 vurğudur,
uşağın 3 yaşından 7 yaşına kimi — diqiqədə təxminən 95 vurğudur,
8-14 yaşlar arası — uşağın 1 yaşından 2 yaşına kimi — diqiqədə təxminən 80 vurğudur,
Ardı →

Plazmaforez - qanın təmizlənməsi

Bu müasir köməkçi müalicəvi üsul hal hazırda tibbdə çox geniş istifadə olunur.

Plazmaforez müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi zamanı köməkçi vasitə kimi (əsas müalicə ilə yanaşı) istifadə oluna bilər. Nəzərinizə çatdıraq ki, plazmaforez müstəqil müalicə üsulu deyil, plazmorez yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

İnsanının qanında çoxlu sayda müxtəlif elementlər var — qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər və s.), bakteriyalar və viruslar, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar, orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları və s. Bütün bu elementlər qanın plazmasında (maye hissəsində) olur. Bu elementlərin bəziləri qanda həddən artıq miqdarda toplandıqda bu müxtəlif xəstəliklərin və pozulmaların səbəbi olur — xroniki infeksiyalar, intoksikasiyalar, allergiyalar, dəri xəstəlikləri, hamiləlik zamanı pozulmalar və s.


Ardı →

Uşaqlar səhər yeməyində nə yeməlidirlər?

Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar
Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.

Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.

Gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur.

Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var.

Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub.


Ardı →

Damarları təmizləməyin ən sadə yolları

Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir.

Damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edirik.

Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:

1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.


Ardı →