Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Şokolad kişilər üçün faydalıdır

Əvvələr mütəxəssislər hesab edirdilər ki,şokolad hər iki cinsin sağlamlığı üçün faydalı qida elementidir,ancaq son tədqiqatlar daha da kompleks nəticələrin aşkarlanmasına kömək etmişdir.Şotlandiyanın Aberdin universitetindən olan alimlər müəyyən etmişlər ki,şokolada olan sevgidə kişilərin qazancı qadınlara nisbətən daha çoxdur.Təcrübələr seriyası göstərdi ki,kişi orqanizmi şokoladı daha asan mənimsəyir.Bu səbəbdən də onlarda pozitiv effekt daha güclü alınır.


Ardı →

Siqaret çəkən qadınlar erkən ölür

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi  böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər.


Ardı →

Arıqlamaq: tövsiyələr

Hər bir qadın gözəl olmaq istəyir. Lakin bəzi hallarda güclü iştaha buna mane olur. Belə olduqda, bu iştahanın öhdəsindən gəlmək haqqında düşünməli olursan. Əlbəttə, bunun üçün müxtəlif dərman vasitələri var, lakin ən yaxşısı xalq  təbabətinə üz tutmaqdır.  Yeri gəlmişkən, bu üsullar iştahanı azaltmağa və düzgün qidalanmağa imkan yaradır. Təəssüf ki, valideynlərin çoxu uşaqlarda «canavar iştahası»nı həvəsləndirir. Onlar hesab edirlər ki, belə olduqda uşaqlar sağlam böyüyəcək. Lakin adət halını almış iştahanın qarşısını almaq sonradan çətin olur. Bir çox qadınlar müxtəlif üsullar və ciddi pəhrizdən istifadə etsələr də, arıqlama böyük problemə çevrilir.

Unutmayın ki, heç zaman səhər yeməyindən imtina etmək olmaz. Məhz birinci qida qəbulu orqanizm üçün çox gözəl oyanışdır. O, maddələr mübadiləsini gücləndirir və yağlar daha tez əriyir. Səhər yeməyinə gəldikdə isə yulaf yarmasından yaxşısını düşünmək çətindir. Bu qida asanlıqla mənimsənilir və orqanizmi tez doydurur. Belə səhər yeməyindən sonra uzun müddət aclıq hiss etməyəcəksiniz.
Ardı →

Zərərli vərdişlərə son

Bu gün siqaret, alkoqollu içkilər və bu kimi zərərli maddələr dünyada qlobal problemə çevrilmiş, hətta infeksion xəstəlik kimi geniş yayılmışdır. Ən acınacaqlısı isə odur ki, günün aktual məsələsi olan siqaret artıq qadınlar və uşaqlar tərəfindən də mənimsənəн pis vərdiş halına gəlmişdir. Bu zərərli vərdiş günü-gündən artaraq bütün cəmiyyəti öz təsirinə məruz qoymaqdadır. Gəlin görək siqaret və onun xammaddəsi olan tütünün insan orqanizmi üçün nə kimi zərərləri var.


Ardı →

Çay və yumurta | Beynin qidası

Çay — Təzə dəmlənmiş yaşıl, yaxud qara çay beyin üçün çox faydalıdır, çünki tərkibi katexinlərlə zəngindir. Yəqin, boşluq və yorğunluq, sanki düşünməyə belə tənbəllik etdiyiniz günlər olur. Bu, beyində katexin çatışmazlığı ilə əlaqədar ola bilər. Adıçəkilən maddələr ağlın iti və təzə qalması, onun normal işləməsinə kömək etmək baxımından əla vasitədir. Katexinlər beynin iş qabiliyyətini qorumaqla yanaşı, həm də əqli yorğunluqla mübarizə aparmasına imkan yaradır.
yaşıl və qara çay
Yaşıl çayın daha güclü təsirə malik olduğu vurğulansa da qara çay səhərlər içmək üçün əla variantdır. Səhərlər çay için, bu, gün ərzində beyin fəaliyyətinin tənzimlənməsinə kömək edir.

Ardı →

Dəniz ilbizi | Beynin qidası

Bu gün bir çoxları moda xatirinə pəhriz saxlayır və orqanizmi uzun müddət qidasız qalmağa məcbur edir, beyin qidalanmasına az diqqət yetirirlər. Əslində, orqanizmin cəmi 2%-ni təşkil edən beyin də «yemək» istəyir. 
beyin qidası, dəniz ilbizi

Beynin yaxşı işləməsi üçün başlıca qida adi qlükozadır. Əbəs deyil ki, insanlar nə haqdasa gərgin düşünməli olduqda və ya imtahanlara hazırlaşan zaman özləri ilə şokolad və şirniyyat ehtiyatı götürürlər bu, beynin mənimsəmə qabiliyyətinə müsbət təsir göstərir. İnsan beyni bir neçə hissədən ibarətdir — onlardan bəziləri həyat əhəmiyyətli funksiyaları yerinə yetirir, digərləri isə daha az cavabdehlik daşıyır və bu səbəbdən qlükoza ilə müntəzəm qidalanmağa ehtiyac duyurlar. 

Ardı →

Saxta ətirlər

Əvvəlcə onu diqqətinizə çatdırım ki, saxta ətirləri aldığınız zaman həç zaman unutmayın ki, onun tərkibində allergiya verən əlavələr, metil spriti və digər təhlükəli maddələr ola bilər, və məhz bu ağır zəhərlənmənin səbəbi ola bilər. Yüksək səviyyədə saxtalaşdırılmış ətirlərin tərkibində bu saxtalığı müəyyən etmək çox çətindir, çünki onlar orijinala son dəcərə yaxındır. Saxta ətri həqiqi ətirdən seçmək üçün sizə bir neçə məsləhətimiz olacaq.
Davamı →

Papiros çəkməyin ziyanları

Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.


Ardı →

Səhər çəkilən siqaret

Xərçəng xəstəliyinin yaranma riski təkcə siqaret çəkmənin tezliyindən deyil, həm də rejimindən asılıdır. Mütəxəssislər bu qənaətə aparılan bir sıra araşdırmalardan sonra gəliblər. Səhər oyanandan yarım saat sonra çəkilən siqaret nəinki ağciyər, eləcə də boyun və beyin xərçəngi riskini 2 dəfə artırır.
Ardı →

Soyuq qidalar faydalıdır

Alimlər soyutma qidaları məsləhət görürlər.Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər.
Ardı →