Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Sağlamlığı qurban vermədən yaxşı düşünün

İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?
— Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi  xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.
Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.


Ardı →

Yorulmayasınız

Tez yorulursunuz? Elə isə, bu təklifləri həyata keçirməyə çalışın: 

  1.  Gündə nə qədər kalori aldığınızı öyrənin. Ləbləbilərdən, şokoladlardan bir müddət əl çəksəniz, həm çəkiniz azalar, həm də orqanizminiz zərərli maddələrdən təmizlənər. 
  2.  Nanə çayı için. Nanənin tərkibində mentol olduğundan əhvalınız yüksələcək, həzmi asanlaşdıracaq. Yeməkdən sonra içəcəyiniz 1 stəkan nanə çayı orqanizminizi toksinlərdən azad edəcək və özünüzü gümrah hiss edəcəksiniz. 
  3. Hər səhər üzünüzü yuduqdan sonra soyuducudakı buz parçaları ilə boynunuzu, üzünüzü dairəvi hərəkətlərlə masaj edin. 
  4.  Portağal qabığından istifadə edin. portağalın qabığını odda qurudub, içinə bir az tabaşir tozu və bir az da mixək əlavə edərək, toz halına salın, sonra dişlərinizi bu tozla fırçalayın. Belə etsəniz, dişlərinizdə sarı qalmayacaq. 
  5. Alma yeyin. Hər gecə yatmazdan əvvəl 1 ədəd alma yemək faydalıdır. Həzmdə probleminiz varsa, almanın özünü deyil, suyunu da içə bilərsiniz. 
  6.  Gözünüz yorğundursa. dəsmalın arasına sürtgəcdən keçirilmiş alma, yaxud iki dilim çiy kartof qoyub, bir neçə dəqiqə göz qapaqlarınızın üzərində saxlayın. 
  7.  Sağlam dırnaqlara və saça sahib olmaq üçün lazım olan dəmir və A, B, B12, C, E vitaminləri ən çox balıq, taxıl, düyü, çörək, yumurta, pendir və fındıqda olur. Bu məhsulların tərkibində orqanizm üçün faydalı olan beta karotin də var. 
  8. Zeytun yağı yaddaşsızlığın qarşısını alır. 
  9. Meyvə-tərəvəz sularını çiy olaraq hazırladıqda qida dəyərləri olduğu kimi qalır və vitamin baxımından itkiyə məruz qalmır.

Davamı →

Siqaretə alüdə olanlara xüsusi qidalanma

Siqaret çəkmək saç və dırnaq sağlamlığı üçün əhəmiyyətli olan biyotinin bədəndə istifadəsini azaldır. 
Siqaretdən istifadə orqanizmdə mənfi təsirlər yaradır. Belə ki, mütəmadi siqaret çəkənlərin qidalanması nisbətən fərqli olmalıdı.

Gündə 5-9 porsiya təzə tərəvəz və meyvə yeyin. Təzə meyvə və tərəvəzlər C vitamininin və antioksidanların zəngin qaynağıdır. 

Meyvə-tərəvəzlər müxtəlif olsun. Yalnız bir növdə meyvə və tərəvəz yeməyin. Meyvələr və tərəvəzlər rənglərinə görə fərqli quruluşda antioksidanlar ehtiva edər. 

Xırda tumlu meyvələrdən imtina etməyin. Albalı, böyürtkən, üzüm kimi meyvələr antioksidanlar baxımından çox zəngindir. Bu səbəblə istər qurusu, istərsə də təzəsi olsun, fərq etməz. Qidalanmanızda onlara yer verməyə çalışın. 

Həftədə ən azı 2 gün yumurta yeyin. Biyotinlə ən zəngin olan qida qaynağı yumurta sarısıdır. 

Qidalanmanızda fol turşusuna da yer ayırın. Fol turşusu ilə zəngin olan qida məhsulları bunlardır — quru paxlalar, tünd yaşıl yarpaqlı tərəvəzlər və fındıq, fıstıq kimi yağlı çərəzlər.
Davamı →

Günə gümrah başlamaq üçün

Hər kəs səhərlər gümrah və dincəlmiş vəziyyətdə yuxudan oyanmaq istəyir. Bunun üçün:

Hər gün eyni saatda yuxudan oyanın.
 Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan oyanmağa meylli olacaq.

Zəngli saatı təxirə salmaqdan imtina edin.
Bunu etməyən var məgər? Səhər zəngli saat çalanda, 5 dəqiqə, sonra daha bir 5 dəqiqə arxaya qururuq, o qısa yuxudan möhtəşəm bir kef almağa çalışırıq. Halbuki aparılan bir çox araşdırmaya görə, bu təxirə salmalar əsnasındakı qısa yuxular dərin olmadıqları üçün bizi yorğun etməkdən başqa bir işə yaramırlar. Bu səbəbdən də zəng çalınan kimi dərhal qərarlı olmaq və oyanmaq gərəkdir.


Qalxan kimi bir stəkan su.
Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanan kimi bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini və ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək.

Ardı →

Sağlamlıq mənbəyi - Meyvələr

Meyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.  Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir. Yaponiyanın Okinava adasında yaşayan insanlar bol-bol meyvə yeyir. Fransız jurnalistlər Ana Dufour və Laurence Vittner, “Okinava rejimi” adlı kitabda onların hər gün 2-4 boşqab meyvə yediyini söyləyir: «Bir boşqab meyvə dedikdə bir alma, ya da iki albalı nəzərdə tutulur, hərəsindən bir kilo deyil. Bir ölçüyə hansısa bir meyvə (alma, armud, portağal), iki kiçik meyvə (çiyələk, ərik) ya da 100 qram üzüm, bir dilim ananas, qarpız da daxil ola bilər”.

Portağal Okinavada ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi tərkibində yetərli nisbətdə kalsium, antixolesterol liflər var. 

Ananas ekzotik meyvələrin önündə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xüsusilə balıq və ətdə olan “bromelain” adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Ardı →

Güclü yaddaş üçün

1. Fiziki məşq zehni fəaliyyətə köməkçi olar.

2. Öyrənməyə davam edin.
Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər. 

3. Siqaret çəkməyin.
Araşdırmalar narkomanların adamların adlarını, ya da üzlərini daha tez unutduğunu göstərir. 

4. Sağlam qidalanın.
Sağlam bir çəkidə olmaq və yetərincə antioksidan qəbul etmək zehni xəstəliklərdən qoruyar. 

5. Kifayət qədər yatın.
Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın. 

6. İctimai əlaqələr.
Digər insanlarla ünsiyyət qurmaq xüsusilə yaşlı insanların zehni performansını artırar.
Davamı →

Xərçənglə mübarizədə 10 məsləhət

Çağımızın ən qorxulu bəlalarından olan xərçəng xəstəliyinin dərmanı hələ də tapılmayıb.
Gün keçdikcə bu bəlaya düçar olanların sayı artır. Bəzi vərdişlərimizdə, xüsusilə, yemək menyumuzda xırda dəyişikliklərlə bu xəstəlikdən özümüzü qoruya bilərik.  Xərçəng xəstəliyindən müdafiə olunmağın yolları:
                              
1. Siqareti atın, “tüstüsüz həyat” layihəsini dəstəkləyin.
Siqareti tərgitməklə ömrünüzü 10 il artıra bilərsiniz. Bu illəri qazanmaq üçün yeni bir addım atın, siqareti tərgitməyə çalışın. Bunun üçün peşəkar yardım alın və əhatənizdə tüstüsüz hava sahəsi yaradın. Siqaret çəkən biri ilə yaşamaq və siqaretin tüstüsünə məruz qalmaq ağ ciyərdə xərçəng xəstəliyi yaranma riskini 30 faiz artırır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, siqaretdən istifadə nəticəsində yaranan xərçəng sadəcə ağ ciyərdə deyil, süd vəzilərində, baş, boyun nahiyələrində də rast gəlinir. Uşaqlarda yaranan beyin və qan xərçənglərinin də siqaret tüstüsündən əmələ gəldiyi ortaya çıxıb.

Ardı →

Siqaretdən imtina narahatlığa son qoyur

İnsanların çoxu siqaret aludəçiliyinə bəhanə olaraq bunun onları sakitləşdirdiyini və stressi aradan qaldırması ilə izah etməyə çalışırlar.Həqiqətdə isə bu belə deyildir.Oksford və Kembric universitetlərindən olan mütəxəssislərin müştərək tədqiqatı bunu deməyə əsas verir ki,siqaret olduqca qısa bir zaman üçün sakitlik yaradır,halbuki siqaretdən imtina tamamilə stressə qarşı müdafiə mexanizmlərini gücləndirir.Nikotin stressin  total  olaraq mənimsəmə dərəcəsini artırır.Beləki,o aludəçiləri çətinlik və əməyə qarşı daha maraqsız etməklə yanaşı narahatlıq və gərginliyi artırır.


Ardı →

Dəriyə qışda necə qulluq etməli ?!

Geoloji mövqeyindən asılı olmayaraq ilin soyuq aylarında dəriyə özünəməxsus qulluq edilməsi tələb olunur.Şimal qütbü üçün qış fəslinə dekabr,yanvar və fevral,cənub qütbü üçün isə iyun,iyul və avqust ayları aid edilir.Hər bir halda soyuq seborreya və perioral dermatit,soyuq qızarması kimi bir çox xəstəliklərin aktiv şəkil almasına səbəb olur.Bu zaman dəri vəzilərinin funksional pozğunluğu səbəbindən yağ və maye ifrazatı balansı pozulur və xüsusilə üz və ağızətrafı nahiyələrdə səpkilər və sızanaqlar aktiv şəkildə çoxalmağa başlayır,burun qanadları və qulaq seyvanı arxasında yağ topacıqları müşahidə olunur.Mütəxəssislərin araşdırmalarına görə dəridəki iltihabi prosesin inkişafına səbəb kimi onun su-maye mühafizə sisteminin soyuğun və küləyin təsirindən zəifləməsidir.


Ardı →

Yeni il süfrəsinin 7 təhlükəsi

“Təcili yardım” briqadasında işləyən həkimlər yaxşı bilirlər ki,yeni il gecəsi və səhəri növbəni uğurla təhvil vermək üçün mümkün olanın üzərində olan bir qüvvə ilə işləmək lazımdır.Sadəcə ona görə ki,çağırışların sayı adi günlərə görə statistik olaraq ən azı 3 dəfə artır.Bayram günlərində daha sıx rast gəlinən patoloji halları ifadə etmək üçün “xüsusi tibbi terminologiya” belə var.Bunlardan biri də “Bayram ürəyi sindromudur.”Bu sindroma ürəyi həddindən artıq yükləyən spirtli içkilərin qəbulu zamanı rast gəlinir.Təsəvvür etsək ki,spirtli içkilərin artıqlaması ilə qəbulu ilə yanaşı həddini aşmış ölçüdə qidaların qəbulu,qazlaşdırılmış içkilərdən istifadə olunması,tütün məhsullarının artıq miqdarda istifadə olunması bayram gecəsi üçün adi bir hala çevrilir bu zaman təcili yardım stansiyasında telefonların praktiki olaraq susmamasının səbəbi aydın olar.Mütəxəssislər yeni il bayramı süfrəsi arxasında bizi hansı təhlükələr gözlədiyini və onlardan konkret olaraq necə qorunmaq lazım olduğunu aydınlaşdırmışlar.


Ardı →