Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Köklük haqqında

Köklük orqanizmdəki kalori nisbətinin pozulması nəticəsində meydana çıxır. Belə hallarda orqanizmdəki yağ miqdarı artır. Çəkinin normadan artıq olması həmişə köklük deyil. Məsələn, əzələləri yaxşı inkişaf etmiş bir idmançının çəkisi normadan artıq olsa da, bu normadır. Çünki onun bədənindəki yağ miqdarı normaya uyğundur.
Ardı →

Qəhvənin təsirləri

Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.


Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.


Ardı →

Nə qədər su içək?

Gün ərzində müxtəlif səbəblərdən vücudumuz təxminən 3 litrə yaxın su itirir. Bu yalnız tərləmə nəticəsində baş vermir. Vücudumuz nəfəs alıb-verərkən belə su itirir. Sözsüz ki, itirilən su mütləq bərpa olunmalıdır. Bəzən suya olan ehtiyacımızı başqa mayelər və ya yeməklər vasitəsilə bərpa etməyə çalışsaq da, susuzluğumuzu yatıran ən yaxşı maye yenə də sudur.
Sağlam vücuda, böyrəyə, ciyərə sahib olan orta yaşlı insan hər gün təxminən 3 litrə yaxın su içməlidir. Sözsüz ki, bunun miqdarı yaşdan və insandan asılı olaraq dəyişir. Xüsusilə, səhər tezdən yataqdan qalxan kimi bir stəkan su içmək orqanizmi zərərli maddələrdən təmizləyir və sağlam saxlayır.
Ardı →

Uşağınız dırnağını yeyirsə...

Dırnaq yemə vərdişi özünü daha çox daxildə baş verən bir gərginliyin xaricdə əks etməsi kimi göstərir. Bəzən isə bu vərdiş uşağın ətrafındakı hər hansı fərdi model kimi qəbul etməsi nəticəsində ortaya çıxır. Hər şeydən əvvəl deyək ki, bu vərdiş 3 — 4 yaşlarından müşahidə olunmur, hətta müşahidə olunsa belə, qısamüddətli xarakter daşıdığı üçün ciddi bir problem kimi qəbul edilmir. Bir davranış pozğunluğu kimi isə dırnaq yemə vərdişi əsasən 3 — 4 yaşlarından sonra müşahidə edilir.

Ardı →

Narkomaniya-uçuruma aparan yol

Fransua Moriak qeyd edir ki, narkomaniya öz ölümündən həzz almaqdan başqa bir şey deyildir. QİÇS-ə yoluxanların 70%-i venadaxili narkotiklərdən istifadə edənlərdir. Burun vastəsi ilə narkotiklərdən hətta bir dəfə istifadə olunması ildırım sürətli ölümlə nəticələnə bilər, boğulma və ürəyin dayanması kimi halları qeyd etmək olar.


Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit C virusu ilə yoluxurlar. Bu çox təhlükəli və qorxulu xəstəlikdir, onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicənin effekti olmur və ölüm ilə nəticələnir. Narkotik əldə etmək üçün narkoman istənilən kriminal hadisə törətməyə hazırdır. Narkotiklər asılılıq yaratdığından, onlardan yaxa qurtarmaq çox çətindir.


Ardı →

Qidalanma

Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: zülallar, karbohidratlar, yağlar, vitaminlər mineral duzlar (su nəzərə alınmır). Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edirlər.

Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Yemək vaxtı belə bölünür: səhər yeməyi — gündəlik normanın 30%-ni, nahar — 50%-ni, şam yeməyi — 20%-ni (xalq arasında deyilir: səhər yəməyini özün ye, naharı dostunla bölüşdür, şamı düşmənə ver). İkinci səhər yeməyi də xeyirlidir. Сох yemək piyləndirir.  Bir çox qızlar davranış stereotipi və gözəllik etalonu artdıqca «90-60-90» göstəricisindən kənara çıxmamaq üçün pəhriz saxlayır və aclıq edirlər (oğlanlar əzələlərin inkişafı üçün çoxlu yumurta — zülal yeyirlər). Orqanizmə ən çox ziyan verən, xüsusən təşəkkül dövründə, tərkibində çoxlu kimyəvi
Ardı →

Sağlam həyat və zərərli vərdişlər

Yeniyetmələrin cinsi yetkinlik zamanı, sağlamlığın yeganə qarantı kimi, sağlam həyat tərzinin əsası qoyulmalıdır. Sağlam həyat tərzi — orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Sağlam həyat tərzi — digər insanların sağlamlığına zərər vurmadan öz sağlamlığının saxlanmasına və möhkəmlənməsinə yönəldilmiş tədbirlərin məcmusudur. Sağlam həyat tərzi hamıya məlum olan bir çox sadə qaydalara əməl edilməsini nəzərdə tutur: mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi; səmərəli (orta dərəcədə, həddən çox olmayan və müntəzəm) qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən çəkinmək.
Ardı →

Siqaretdən imtina etmək yolları

Siqaret çəkmə pis vərdiş və toksikomaniyanın bir forması olub, demək olar ki, dünyanın bütün ölkələrində geniş yayılmışdır və onunla mübarizə ümumdünya probleminə çevrilmişdir.


Siqaret çəkənlər cəmiyyətin bütün təbəqələri ilə təmsil olunmuşlar. Əfsuslar olsun ki, onların sırasında yeniyetmələr, qızlar, qadınlar və hətta hamilə qadınlar da vardır. Bu acınacaqlı vəziyyət şübhəsiz ki, gələcək nəslin qeyri-sağlam olmasına gətirib çıxara bilər. Siqaret çəkmənin zərərli cəhətlərini oxucuların nəzərinə daha dolğun çatdırmaq üçün tütün bitkisi və onun xüsusiyyətlərinin bir qədər geniş planda verilməsi məqsədəuyğun hesab edilir.


Ardı →

Yuxu

İdeal yuxunun formulu - Normal yuxunu adi qaydada  8-9 saat əvəzinə, 4-6 saat yatanlar genetik mutant adlanırlar. Vaşinqtonun Sen-Lyuise  (ştat Missuri) universitetində çalışan amerikalı alimlər belə qənaətə gəlmişlər

Alimlər   elə əvvəllər də bilir və təxmin edirdilər ki,az və qısa yatmaq orqanizmin genetik xüsusiyyətlərindən irəli gəlir, bununla belə müəyyən edilmişdir ki, buna görə DEC2 adlı gen cavabdehdir. ”Moskovskiy komsomolets”-in yazdığı kimi belə mutasija hələlikdə iki adamda tapılmışdır(ana və qızda). Onlar yuxuya cəmi altısaatdan bir az artıq vaxt sərf edirlər.
Ardı →