Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Yoğurtlar sağlamlığa ziyandır

Həkimdən daha çox soruşulan məlumatlardan biri də süd və süd məhsullarının təsiri ilə bağlı olur.Demək lazımdır ki, onlar mütləq şəkildə xeyirli bir qida olmayıb öz zərərli tərəfləri ilə narahatlıq doğura bilər.Süd və süd məhsullarından davamlı və plansız bir şəkildə istifadə etmək kifayət qədər ciddi böyrək daşı, mədə-bağırsaq traktı (MBT) və xərçəng xəstəliklərinə səbəb ola bilər.


Ardı →

Ömrün 6 ili

İnsan daim əndişə və narahatlıq hiss edirsə, o, daha tez qocalır.
“PLUS ONE” bildirir ki, geniş yayılmış psixoloji fəsad olan fobik əndişə pozuntusu insan orqanizmində hüceyrə səviyyəsində problemlər yaradır və bu səbəbdən də insan vaxtından əvvəl qocalır.


Ardı →

Fəsli yorğunluq

Hava dəyişməsindən ötəri bədənimiz fiziki dəyişikliklərə adaptasiya olmağa çalışarkən, zehinimiz də bənzər bir iş içində olur.Aşağıdakı vəziyyətlərdə mütəxəssisə müraciət edin:

 

— Daha əvvəl edə bildiyiniz işləri etməkdə çətinlik çəkirsinizsə.

— Qərar vermə və plan etmək baxımından çətinlik çəkəcək qədər zehni qarışıqlıq varsa.
— Münasibətlərə mənfi təsir edəcək ölçüdə əsəbilik və küsəyənlik yaşayırsınızsa.
— Həddindən artıq yorğunluq hiss edirsinizsə.
— Yuxuya meyl, səhərlər oyana bilməmək.
— İctimai fəaliyyətlərdən qaçmaq.
— Cinsi istəkdə nəzərə çarpan azalma.
— Həddindən artıq unutqanlıq, konsentrasiya aşağılığı.
— Nəzərə çarpan kilo dəyişiklikləri.


Ardı →

Yuxugətiricilər yuxu əleyhinə təsirsizdir

Daily Mail-in verdiyi məlumata əsasən yuxugətiricilər yuxu ilə mübarizədə çoxdan effektsizlikləri ilə bilinir.Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində məlum olmuşdur ki,istifadə edənlərin 42% dərmanlardan gözlənilən nəticə ala bilməmişlər.Qısamüddətli yuxusuzluq problemlərində onlardan təsirlənmək mümkündür.


Ardı →

Dəniz kələmi xeyirlidirmi?

Dəniz kələmi-laminariya özünəməxsus faydalı və ziyanlı tərəfləri ilə müasir tibb və kosmetologiyada lazımi yerini almışdır.Ən sadəsindən başlamış mürəkkəb bir çox üsullara qədər laminariyanın rolunun əvəzsiz olduğu görünməkdədir.İlk növbədə bildirmək lazımdır ki,laminariyada faydalı elemntlərin nisbəti heç də arzuolunan kimi deyil.Lazımı şəkildə faydalanmaq üçün onu xüsusi üsullarla emal etmək lazımdır.
Laminariyanın ən yaxşı saxlanma üsulu quru toz şəkilindədir.Sublimasiya üsulu ilə qurudulan dəniz kələminin geri qalan 12%lik nəmliyi onun uzunmüddət saxlanmasına təminat verir.Faydalı maddələrin saxlanması üçün onu termiki işlənmədən keçirmək olmaz.Belə ki,onun lazımi komponentləri orqanizm tərəfindən asanlıqla sorulmaqla bərabər eyni zamanda asanlıqla da,hətta dəri ilə belə ifraz oluna bilir.
Unutmaq lazım deyil ki, laminariyanın özü qədər onun quru ekstraktı da bioloji ajtiv maddə hesab olunur və bir çox xəstəliklər,xüsusilə diareya və bağırsağın kəskin xəstəlikləri,qalxanabənzər vəz xəstəliklərindən olan hipertireoz və s. zamanı mütləq ehtiyatlı olmaq lazımdır.Gündəlik norma isə faydalı ola biləcək mikroelementlərin konsentrasiyasının kifayət qədər yüksək olması ilə əlaqədar 2 çay qaşığından artıq olmamalıdır.
Davamı →

Saqqızın ziyanları haqqında həqiqətlər

Demək olar ki bütün reklamlarda stomatoloq həkimlər hər yeməkdən sonra mütləq qaydada həm həzm traktının ilk mərtəbəsi olan ağız ibtidailərinin “qoxularından” və eləcə də verə biləcək digər zərərlərindən qorunmaq məqsədilə 1-2 saqqız çeynəməklə  azad ola bilinəcəyini məsləhət görürlər.Bəs həqiqətənmi bu informasiya doğrudur,saqqızlar sözün əsl mənasında dişləri kariesdən qoruyaraq onların ağ cə sağlam qalmasının təminatçısıdırmı?


Ardı →

Əzələni məşq etdirmək diabetdən xilas edir

Danimarka və ABŞ tibb mütəxəssisləri hesab edir ki,əzələnin güc tətbiqi altında məşq etdirilməsi 2-ci tip şəkərli diabet riskini 3 dəfəyə qədər aşağı salır.Güc tətbiqinin aerobika ilə birgə tətbiqi xəstələnmə ehtimalını 60%-ə qədər azaldır.Mütəxəssislər 18 il ərzində 32 min nəfəri müşahidə altında saxlamışlar.
Ardı →