Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 933 topik

Ölümsüzlük-əbədi yaşamaq

Alimlər hesab edirlər ki, bəşəriyyətin ən böyük arzusu olan ölməzlik tezliklə reallaşa bilər.
Alimlərin proqnozuna görə tezliklə insanların qocalıq, yəni ayrı-ayrı hüceyrələrin, hətta üzvlərin məhvi nəticəsində ölməsi prosesi dayanmış olacaq. Artıq qarşıya qoyulan məsələ mühəndis layihələrinin tərkibindədir.


Ölməzlik — insanın əbədi yaşamaq qabiliyyətidir. Müasir elm bu nailiyyətləri necə əldə edə bilər? Bu məsələyə 3 cür yanaşma mövcuddur:
Orqanizmin qocalmasının dayandırılması. Qocalığı isə gövdə hüceyrələri, nanotexnologiya və gen mühəndisliyinin köməyi ilə dayandırmaq olar.


Ardı →

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.


Ardı →

İstirahət

Orqanizmin təbii vəziyyəti — fəaliyyətdir. Bu müddəa həm bütün orqanizm, həm də hər hansı orqan və hüceyrə üçün qüvvədədir. Lakin fəaliyyət olan yerdə istirahət etmək zərurəti də yaranır. İnsan orqanizmini nəzərdən keçirək. Əzələlər, sinir hüceyrələri işləyir, amma istirahət də edirlər. Eləcə də böyrəklər, qara ciyər, mədə.
Amma ürək elə bil ki, bütün ömür boyu (hətta 80, 100 il yaşasan da) istirahətsiz işləyən orqandır. Lakin bu yalnız ilk baxışda belə görünür. Ürək əzələsi yığılır, müəyyən qədər qanı damar şəbəkəsinə vurur və boşalır. Bu, bir dəqiqədə 60-70 dəfə və bəzən daha çox təkrar olunur. Əzələlərin boşalması elə ürəyin istirahətidir. Bu anlar ərzində ürək əzələsi də, onun fəaliyyətini idarə edən sinir hüceyrələri də istirahət edir.
Əmək və istirahət bir-biri ilə möhkəm bağlıdır, necə deyərlər, bir medalın iki üzüdür. Bundan əlavə, fəaliyyəti orqanizmin, orqanın, hüceyrənin təbii vəziyyəti kimi başa düşərək etiraf etməliyik ki, istirahət həmin fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa, sağlamlıq kəskin surətdə pozulacaq və belə bir an çatacaqdır ki, fəaliyyəti davam etdirmək mümkün olmayacaq, hətta orqanizmin, orqanın, hüceyrənin ağır zədələnmək, məhv olma təhlükəsi yaranacaqdır.


Ardı →

Yuxu pozğunluğu

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.


Ardı →

Allergiya

Mədə bulanması, bədəndə qırmızı ləkələr, yaxud çəkinin artmaması körpənizdə həzm, hətta allergiya probleminin göstəricisi ola bilər.

Samirin bədəni, qaşımaqdan yaraya çevrilən qırmızı ləkələrlə örtülmüşdü. Hətta bəzən qaşımaqdan onları qanadırdı. Bu halət onda üç aylığından yaranmışdı. Anası ilk dəfə hazır uşaq yeməyi verərkən Samir qusdu, sonra da güclə nəfəs almağa başladı. Uşaq az qala boğulurdu. Müayinə zamanı məlum oldu ki, onda inək südünə qarşı allergiya var. Həkim Samirə hipoallerqen yemək tövsiyə etdikdən sonra allergiyası da aradan qalxdı.
Ardı →

Masajın faydaları

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaq orqanizminin masajı da çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Çünki məlumdur ki, orqanizmdə 400-dən çox əzələ mövcuddur və onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj proseduraları mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır.
Ardı →

Siqareti tərgitməyin ən asan yolu

Pis alışqanlıq
Bir lətifədə deyilir ki, siqareti atmaq o qədər asandır ki, mən hər gün bir neçə dəfə atıram. Əlbəttə ki, bu bir zarafatdır. Söhbət həmişəlik tərgitməkdən gedirsə, məsələ qəlizləşir. Dünyada elə bir adam tapmaq olmaz ki, bu pis vərdişdən azad olmaq istəməsin. Lakin çox vaxt insanlar onun əsirinə çevrilir və siqaretlə mübarizədə məğlub olurlar. Bəs görəsən, buna səbəb nədir? Çoxsaylı araşdırmalar göstərir ki, insanlar siqaretə modaya uyğunlaşmaq və ya böyüklərə oxşamaq məqsədilə başlayırlar. İlk əvvəl heç kim tüstünü ciyərlərinə almır. Bu o deməkdir ki, təmiz bədən zəhəri qəbul etmək istəmir. Həmin ərəfədə insan elə zənn edir ki, mən siqaret çəkən deyiləm, istənilən vaxt çəkməyə bilərəm. Lakin bir gün gəlir, bədən tam surətdə siqaretə uyğunlaşır.  Məhz o andan etibarən mübarizə çətinləşir. Qəribədir ki, yenə də heç kim siqaretdən asılı vəziyyətdə olduğunu qəbul etmək istəmir. Ancaq tərgitməyə cəhd göstərərkən görür ki, bu elə də asan iş deyilmiş. Nəticədə insan xəyal qırıqlığına uğrayır. Siqaretin bədəndə güclü mövqeyə malik olması ona görədir ki, orqanizm nikotinə öyrəşir. Bu, bir növ narkomaniya kimidir. Əlbəttə ki, siqaretdən fərqli olaraq narkotiki istəklə tərgitmək olmur. Onun üçün uzunmüddətli müalicə lazımdır. Siqareti isə iradənin hesabına tərgitmək mümkündür. Bunun bir neçə yolu mövcuddur.
Ardı →

Afaziya nədir?

Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə-A.R.Lurii-nin ifadəsincə desək) beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış (təşəkkül tapmış) nitq pozğunluğudur  və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.


Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.


Ardı →

Xroniki yorğunluq

İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.
Ardı →