Рейтинг
+74.49

Sən demə

63 üzv, 63 topik

"Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?

Ən uğurlu cizgi filmlərindən sayılan «Maşa və Ayı» əslində öz yaranışını bir qızcığaza borcludu.
Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz diqqətini cəlb edir. Uşaq öz enerjisi ilə valideynlərini və digər istirahət edənləri bezdirmişdi. Rəssamı ən çox heyrətləndirən isə «kiçik nüvə reaktorunun» özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulmuşdu, bəziləri isə qızı görəndə gizlənirdi (Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır).
Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır.
Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. Bazarlarda isə cizgi filmini əks etdirən çoxsmaylı oyuncaqlar peyda olub.

 

 


Davamı →

Dünyada ən yaxşı saxlanılan üç sirr

1. Coca — Colanın Formulu.
Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan Coca Colanın formulunun indiyədək saxlamasından daha təbii bir şey yoxdur. Bir çox Cola markasının olmasına baxmayaraq hələ dünyanın lideri olmaqdadır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, əslində əsl CoCA-Colanın dadını heç biri vermir.
Bəs kim bilir? — 2 adam. Onlar birlikdəykən tam formul / düstur ortaya çıxır.
Ardı →

Gözəllik mənbəyi tarakanlar

Müasir kremlərin tərkib hissələrindən biri də tarakanlardır!

Dövriyyədə olan kosmetikaların tərkib hissələri haqqında müxtəlif hekayələr dolaşır. Onların tərkibinə sağlamlıq və dəri üçün təhlükə yaradan kompenentlərin əlavə edildiyi heç kimə sirr deyil. Lakin kosmetikaların tərkibi haqqında bu xəbər bizi də dəhşətə gətirib. Dəri kremlərinin tərkibinə tarakan qatılır.

Gözəllik fırıldaqçıları kremlərin tərkibinə adi ev həşəratları deyil, tarakanların xüsusi növündən istifadə edir.

Qırışlar əleyhinə kremlərə ilbizdən əlavə edilməsi ilə yenicə barışmışdıq. Kremlərin tərkibinə tarakan qatılması isə ən qorxmaz insanı da qorxuda bilər. Bu həşəratlar həqiqətən də zülal mənbəyidirsə, başqa çıxış yolu yoxdur. Xüsusən də kosmetika şirkətləri ev parazitləri ilə heç bir əlaqəsi olmayan tarakan növündən istifadə edir.


Ardı →

Məktəbsiz dahilər

Çox vaxt elmdə, incəsənətdə, siyasətdə… şöhrət sahibi olan insanların çox yaxşı təhsil aldıqlarını düşünürük.

 Ancaq tarix bizə çox pis təhsil almış ( hətta heç təhsil almamış) insanların da şöhrət sahibi olduqlarını göstərir. 


Ardı →

Aylar və anlamları

Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.

Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.

Ardı →

Restoran rəhbərliyinin müştərilərə müraciəti

Populyar Nyu-York restoranlarından biri tez-tez müştərilərdən xidmətin asta olması ilə bağlı şikayətlər alırmış. Restoran rəhbərləri 10 il əvvəlki video çəkilişləri araşdırandan sonra şikayətlərin səbəbini anlayıblar. Və araşdırmaların nəticələrini də yayımlayıblar. Məlum olub ki, məsələ ofisiantların astagəlliyində deyilmiş.

Nəticələr:

2004-cü ildə belə olub 

Müştərilər restorana daxil olrestoranlarda asta qulluq edirlərurlar. 45 nəfərdən 3-ü onları başqa stola keçirməyi xahiş edir. Təxminən 8 dəqiqə yemək seçməyə sərf edirlər. 6 dəqiqəyə məzələr verilir. Yemək seçimindən asılı olaraq hazırlanma vaxtı fərqlənir. 45 müştəridən 2-si yeməyi geri göndərir. Ofisiantlar masalara nəzarət edir və mümkün qədər tez müştərilərin sifarişlərini yerinə yetirirlər. Yeməklər verilir, yeyilir və hesab istənir. Hesabı ödəmək və restorandan çıxmaq təxminən 5 dəqiqə vaxt alır.

Ümumilikdə hər müştəri restoranda ortalama 1 saat 5 dəqiqə vaxt keçirir.


Ardı →

Sionist Napoleon

Fransa imperatoru Nadir şahın zəfərini təkrarlamağa cəhd edirdi Napoleon Bonapart və sionizm Yəhudi alimləri iddia edirlər ki, Avropa qitəsinin siyasi xadimləri arasında İsrail dövlətinin yaradılması ideyasını ilk dəfə məhz Fransa imperatoru irəli sürüb. Təl-Əviv Universitetinin professoru Mordexay Gixonun “Napoleon Müqəddəs torpaqda” kitabının (“Napoleon in the Holy Land”) əsasını təşkil edən “Napoleon – ilk sionistdir” fikri yəhudilər arasında hələlik tam təsdiqlənmiş və dəstəklənmiş ciddi müzakirə mövzusudur.
Ardı →