Рейтинг
+74.49

Sən demə

63 üzv, 63 topik

Öz məlumatınızı 300 il saxlamaq istəyirsinizsə bunu bilməlisiniz.

 

Yaponiyanın «Hitachi» şirkətinin mütəxəssisləri Kioto Universitetinin tədqiqatçılar qrupu ilə birgə məlumatların kvars şüşəsinə yazılması texnologiyasını yaradıblar. Nəticədə informasiyanı 300 il saxlamaq mümkün olacaq. 
«ICTnews» elektron xəbər xidməti «hitech.newsru.com» saytına istinadən bildirir ki, məlumatların yazılması üçün kvars şüşədən ibarət diskdən istifadə olunur. 
Kvars şüşəsindən ibarət optik disk müxtəlif ekstremal şərtlərə uğurla tab gətirir. Selsi üzrə 1000 dərəcəyədək qızmaya tab gətirir və suya qarşı davamlıdır.

Emil Hüseynov

 

Mənbə: http://www.ictnews.az

 
Davamı →

Ulduzların məhşurluqdan öncəki iş yerləri

Uğurlu insan olmaq, arzuladığımız sahədə çalışmaq hər birimizin arzusudur.  Təbii ki, bütün bunlar heç də tez zamanda reallaşan arzulardan deyil. Bunun üçün  uzun müddət həvəsdən düşmədən çalışmalı, məqsədə doğru irəliləməliyik. Bu  baxımdan ən uğurlu motivasiya mənbəyi zəhməti, iradəsi ilə məşhurluğun yolun  tapan insanların həyatıdır.

Məşhur amerikan aktyor Tom Cruisenin ilk peşəsi otellerde müştərilərin  çantaların daşımaq olub. Bu dövrdə məşhur aktyorun ən böyük arzusu həyatının  qalan hissəsini rahib kimi başa vurmaq idi.

1.Tom Cruise


Ardı →

Doğru bildiyimiz səhvlər

Dilin fərqli hissələri fərqli dadları hiss edir
Dilin üstündə fərqli dad hüceyrələri var və bəziləri digərlərindən daha hissiyyatlıdırlar. Amma xüsusi hissələrə ayrılmayıblar.

Kolumb da dünyanın düz olduğuna inanırmış
Məşhur səyyah Kristofor Kolumb dünyanın nə qədər böyük olduğunu bilməmiş ola bilərdi, amma gəmi ilə üzərək dünyanın bir ucundan düşəcəyini fikirləşəcək qədər axmaq deyildi.

İnsan meymundan yaranıb
Darvin əslində bunu demək istəməyib, amma əsrlərdir bunu hamı səhv təqdim edib. Onun demək istədiyi bu idi ki, meymunlar və şimpanzelərin əvvəlki insanlarla ortaq cəhətləri daha çox olub.


Ardı →

Kosmetika və Şirniyyat eyni şeydir

Bir çox anlaşılmaz səbəblərə görə kosmetika şirniyyat kimi reklam edilir. Bu feminizmin şirinliyə can atmasının təzahürə olsa da, onun real dünyəvi mənası kişinin qadının üzünü yeməsi nəticəsindən heç də kənar ola bilməz.


Ardı →

Lerik uzunömürlüsü.Şirəli Müslümov

Şirəli Müslümov — Dünyanın ən uzunömürlü sakinlərindən biri.

Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.


Ardı →

Ayla bağlı 10 məhşur yalan

40 il əvvəl başlayan Ay səfərinin aldatma olduğuna iddia edən nəzəriyyəçilərinin qarşıya qoyduğu ən məşhur 10 səbəb ...

1. Astronavtların Ayın səhtinə diktikləri Amerika bayrağı dalğalanır- Ayda külək yox.

2. Apollo astronavtları tərəfindən Ayın səthindən çəkilən fotoşəkillərdə ulduzlar görünmür.
 
3. Fotoşəkillərdə Aya enən modulun yaratması üçün lazım olan krater görünmür.

4. Eniş modulunun ağırlığı 17 ton idi və qum üzərində heç bir iz buraxmadan dayanırdı. Halbuki dərhal yanında astronavtların qumdaki ayaq izlərini görmək mümkün idi.

5. Nəm və güclü yer cazəbəsinin olmadığı Ayın səthindəki incə kumdaki ayaq izləri gözlənilməz bir şəkildə yaxşı çıxmışdı. Sanki yaş qumda edilmiş kim idi
 
6. Eniş modulu Ayın səthindən ayrıldıqdan sonra roketden çıxması lazım olan alov görünmür.


Ardı →

Misirdə yeni il sentyabrdadı

Nil “Əl-Bəhr” çayının Misir adıdır. Bu çay öz başlanğıcını Afrika dağlarından götürür və Aralıq dənizinə tökülür.

Amma keçən əsrin əvvəllərində çoğrafiyaşünaslar müəyyən etmişlər ki, Nil çayının iki başlanğıcı var. Bu çayın ən böyük və ən sulu mənşəyi olan “Ağ Nil” öz başlanğıcını Burundi dağlarından, digər mənşəyi olan “Mavi Nil” isə öz başlanğıcını isə Tana gölündən götürür. Bu iki çay birləşərək (Xartum şəhərində — Sudanın paytaxtı) Nili yaradır. Bu məsafə 6.671 km təşkil edir.

Bu çay 50 dərəcə istiliyi olan səhralarla axaraq, qurumadan Aralıq dənizinədək gəlib çatır. Nilin keçdiyi səhralıq ərazilərdə demək olar ki, ildə bir dəfə yağış yağır. Maraqlı isə budur, hər iki tərəfdən səhralarla əhatə olunmuş Nilin yay aylarında suyu qurumur və ya azalmır, əksinə daha da çoxalır.
Ardı →

Ən effektli qərarları intuisiyamız verir

Çoxumuz çətin bir qərara gəlmək üçün saatlarla fikirləşə bilərik. Lakin, portuqaliyalı alimlərin sınaqları bunun heç də düzgün olmadığını göstərir. Alimlər hesab edir ki, ən effektli addım — intuisiyamıza inanıb, qərarı tezcə qəbul etməkdir. Bu həm də vaxta qənaət edər və əhval-ruhiyyəmiz üçün yaxşı olar.

Alimlər siçovul üzərində sınaq apardılar. Aydın oldu ki, siçovullar «tərəddüd» edib etməmələrinə baxmayaraq effektli və düzgün qərarları qəbul edə bilir. Lakin siçovulların ən effektiv qərarları dərhal (300 ms ərzində) qəbul edilənlər oldu.

Araşdırma rəhbəri Dr. Maynen deyir ki, siçovul üzərində belə bir sınaqlar insan intuisiyasının təbiətini daha yaxşı anlamağa və beyində intuitiv qərar alma vaxtı nələrin baş verdiyini öyrənməyə  imkan yaradır.


Davamı →