Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 659 topik

Təbii botoks

İllər keçdikcə dərimizdəki elastiklik azalır və ətraf mühitin təsiri ilə yavaş-yavaş qocalır. Dərinin qocalmasının qarşısını almaq və qırışları azaltmaq üçünsə müxtəlif vasitələrə əl atır, maskalardan istifadə edirik.

Qeyd edək ki, sağlam dərinin sirri düzgün qidalanma, bol su içmək, stresdən uzaq durmaq, daim idman etməkdədir. Bununla yanaşı dərinizə əlavə qulluq kimi evdə hazırlaya biləcəyiniz maskalar da mövcuddur. Əgər botoks etdirməkdən çəkinirsinizsə, bu maskanı mütləq sınaqdan keçirməlisiniz.

Davamı →

Parfüm alarkən bunlara diqqət edin

Ətrafa gözəl ətir saçmaq hər bir qadının istəyidir. Özünüzə uyğun parfüm axtarır və ətrinizi dəyişdirmək istəyirsinizsə, bu məsləhətlərdən yararlanın.

Parfümü dəriyə sıxaraq yoxlayın
Parfümü kiminsə tövsiyəsi ilə deyil, dərinizə sıxaraq seçin. Çünki bir parfüm hər dəridə fərqli qoxular verir.

Bol sıxmayın
Çox parfüm sıxmaq burnunuzun bu qoxuya daha həssas olmasına və düzgün seçim etməyinizə mane ola bilər.
Davamı →

Kirpiklər üçün maska

Kirpiklərin uzanmasını sürətləndirmək və onları daha sıx və gözəl etmək üçün sizə çox effektli maska reseptini təqdim edirik.

Tərkib:
— A vitamini (yağlı məhlul) — 15 damcı
— E vitamini (yağlı məhlul) — 15 damcı
— 1 çay qaşığı badam yağı
— 1 çay qaşığı gənəgərçək yağı.

İnqrediyentləri yaxşı qarışdırın və hər gün kiçik fırçanın köməyi ilə kirpiklərinizə çəkin. Hazır maskanı soyuducuda saxlayın.
Davamı →

Çin qadınlarının gözəllik sirləri

Çin qadınları üz və dəriyə qulluq vasitələrinə əməlli-başlı pul xərcləyirlər (təxminən aylıq 300 dollar, bəzən daha çox-red.). Həm də Çin istehsallı kosmetik vasitələrinə deyil, Yaponiya və Koreya məhsullarına üstünlük verirlər. Daha imkanlı xanımlar bahalı Avropa brendlərindən yararlanırlar. Kişilər qadınların belə israfına normal yanaşır, gileylənmirlər.

Nəzərə alsaq ki, Çin uzunmüddətli və möhkəm nikah adəti olan ölkədir, razılaşarıq ki, qadın səadəti də gözəlliyin qorunmasında müəyyən rol oynayır. Bundan başqa, bu ölkədə gözəlliyin “görkəm”i var, yəni qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün nə hiylələrə əl atmırlar! Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Yəni dünyanın günəşdən qaralmış bürüncü dəri dəbi Çində keçərli deyil.
Davamı →

Alma sirkəsi ilə gözəlləşin

Çoxları alma sirkəsinin saçlara müsbət təsir göstərdiyini bilir. Amma onun dəri üçün də faydası da şübhəsizdir.

Kosmetoloqlar dəri problemləri olanlara bu məhsuldan faydalanmağı tövsiyə edir. Alma sirkəsinin tərkibində ölü hüceyrələri təmizləyib dərini yeniləyən alfa-hidroksid turşusu var. Yeri gəlmişkən, bu komponentdən tanınmış markaların bahalı kosmetik vasitələrində də istifadə olunur, lakin o, alma sirkəsində daha çoxdur.

Alma sirkəsinin dəriyə faydalarını saymaqla bitməz. Belə ki, dəri yağlılığını tənzimləyib normallaşdırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini nəmləndirir.

Alma sirkəsini qaynanmış su ilə qarışdırıb pambıq disklərlə üzünüzü silin. Sirkə piqment ləkələrini də dəridən təmizləyir. Bunun üçün sirkəli pambıq disklərini piqment ləkələrinin üstünə qoyub, 20-30 dəqiqə saxlamaq lazımdır.

Nəzərə alın ki, mağazalarda satılan sirkələr dəridə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, yalnız təbii alma sirkəsindən istifadə edin.
Davamı →

Qaş maskası

Qaşın forması və qaşlarınızın gur olması gözün quruluşunu önə çıxartmaq üçün olduqca əhəmiyyətlidir. Qaşları daim eyni nöqtədən almaq o bölgədə tük çıxmasını əngəlləyir. Zamanla da qaşlarınız tökülür və seyrəkləşir.

Qaşları gurlaşdırmaq üçün istifadə edilən kosmetik vasitələr də işə yaramaya və tökülməni daha da sürətləndirə bilər. Bunun qarşısını almaq üçün üsul təqdim edirik. Qalın qaşlara sahib olmaq üçün qaşlara hindqozu yağı ilə qulluq edin.
Davamı →

Ətir, parfum və odekolonun fərqləri

Çoxları düşünür ki, ətir, parfum və odekolon arasında fərq yalnız onun şüşəsi və qiymət miqdarındadır. Əslində bu adlar onlara aromatik fərq müxtəlifliyinə, yağ konsentrasiyasına, tərkibində nə qədər spirt və su olmasına görə verilir.

Eau Fraiche
Bu, bir qayda olaraq, ətrin ən qarışdırılmış verisyasıdır. Onun tərkibini 1-3% ilə faiz yağ əlavə edilmiş spirt təşkil edir. Qalan hər şey sudur. Ətir bir saatdan da az qalır.

Odekolon
Bu versiya əsasən kişi ətirləri hesab olunur. Hazırlanmasında təzə meyvələrdən istifadə olunur. Bir qayda olaraq, odekolonın tərkibinə 2-4% yağ, spirt və su daxildir. Ətrin qalıcılığı 2 saatdır.
Davamı →

Makiyaj fırçalarını necə təmizləməli?

Professional və səliqəli makiyajı təmin edən makiyaj fırçalarının vaxtı-vaxtında təmizlənməsi təkcə vizajistlərin işi zamanı yox, həmçinin öz şəxsi fırçalarından istifadə edən hər bir qadın üçün vacibdir. Fırçaların təmizliyinə nəzarət etməklə onların tükləri arasında zamanla toplanmış makiyaj qalıntılarından xilas olmaq və bakteriya yaranmasının qarşısını almaq olar.

Bu, gigiyena baxımından olduqca vacib bir məsələdir. Ona görə də bütün makiyaj fırçaları vaxtı-vaxtında təmizlənməlidir. Hətta istifadə etmədiyiniz makiyaj fırçalarını belə tozlandığı üçün yumaqda fayda var. Əlbəttə heç birimiz makiyaj fırçalarımızın bakteriya mənbəyi olmasını arzulamarıq. Makiyaj fırçalarındakı qalıq və bakteriyalar üzünüzlə təmas edərək, sızanaq və digər dəri problemlərinə səbəb ola bilər.
Davamı →

Mineral su ilə dərinizi canlandırın

Gözəl görünüş üçün ən əhəmiyyətli faktorlardan biri də dəridir. Təbii və parlaq bir dəri isə özünüzü əla hiss etmənizi təmin edir. Amma təəssüf ki, bəzən ətraf mühit, makiyaj yorulan dəridə pis görünüş yaradır. Mineral su içindəki minerallar sayəsində həm ölü dərini, həm də qara nöqtələri yox edəcəyi kimi, dərinizin daha yaxşı təmizlənməsinə də imkan verəcək.

Hazırlanması:
1. Mineral suyu bir qaba boşaldın və içinə 1 yemək qaşığı badam yağı, 2 yemək qaşığı gil əlavə edərək qarışdırın.
2. Hazırladığınız qarışımı üzünüzə sürtün və 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.
Davamı →

Ağardıcı maska

Dərini ağartmaq və təmizləmək üçün heç də hər zaman bahalı salon prosedurlarlarına üz tutmaq lazım deyil.

Bəzi çox adi maddələrin köməyi ilə dərini təmizləmək və ağartmaq mümkündür. Sizə belə maskalardan birini təqdim edirik. 2 həb aspirini əzin, 1 x.q. xama əlavə edin (yağlı dəri üçün 1 x.q. yağsız kəsmik götürülür), yaxşı qarışdırın. Qarışığı üz dərisinə çəkin, yüngül massaj edin, 15 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

Belə maskanı həftədə 1-2 dəfə edin. Bu maska dərini yaxşı təmizləyir, ağardır, yüngül pilinq edir, cavanlaşdırır.
Davamı →