Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 659 topik

Məsamələri yığan maska

Məsaməli dəri bir çox insanın problemidir. Lakin bunun öhdəsindən gil maskası vasitəsi ilə gələ bilərsiniz. Gil maskası dərinin ən dərin təbəqələrinə nüfuz edir və buradakı çirkləri çıxarır. Təmizlənib açılan məsamələr isə yığır. Gil maskası dərini qidalandırır və bərpa edir.

Evdə gil maskası hazırlamaq üçün bir miqdar gilə ehtiyacınız olacaq. Bu gili dəri tipinizə uyğun almalısınız. Əgər qarışıq və ya da normal dəriyə sahibsinizsə ağ gil, dəriniz yağlıdırsa, yaşıl gil almalısınız. Maskanı hazırlamazdan əvvəl dərini sabun və ya təmizləyici gellə yumalısınız.

Gili sabunla təmas etdirməməlisiniz. Çünki bu halda başqa bakteriyalar törəməyə başlayır və maskanın heç bir faydası qalmır. Eyni səbəbdən gili plastik qabla da təmas etdirməməlisiniz, bunun yerinə şüşə qab istifadə edin.
Davamı →

Payızda dəriyə qulluq

Payız dəriyə, saçlara qulluq üçün ən yaxşı mövsümdür. Biz də sizin üçün bir neçə ideya topladıq ki, bu mövsümdən bütünlüklə razı qalasınız və evdə rahatlıqla özünüzə əsl “qulluq ziyafəti” verəsiniz.

Nəmləndirmə
İsti mövsümdən sonra dərini daha çox qidalandırmaq və sakitləşdirmək lazımdır. Çünki yaxşı qidalanmış və nəmləndirirlmiş dəri zərərli maddələri dəridən uzaqlaşdırır və dərini “düşmən”lərdən qoruyur. Buna görə də, nəmləndirmə, qidalandırmaq, bərpaetmə mövzusunda nə qədər yaxşı bələd olduğunuz vasitələr – kremlər, mineral sular, maskalar varsa, dərinizə uyğununu seçib, istifadə edin.
Davamı →

Layneri göz formasına görə çəkin

Göz layneri çəkməyin bir sıra incəlikləri var. Göz formanıza uyğun olmayan layner çəkdikdə gözləriniz səliqəsiz olar və üz formanıza xələl gətirər. Bu kimi halların qarşısını almaq üçün göz formanıza uyğun layner çəkməlisiniz.

Badam göz formasına sahib olanlar
Gözlərin daxili və xarici küncləri eyni səviyyədə olmalı və daxili küncləri arasındakı məsafə bir gözün uzunluğuna bərabər olmalıdır. Bu gözəl göz formasına layner çəkmək olduqca sadədir. İlk növbədə daxili küncdən xaricə doğru göz qapağı üzərindən uzun bir xətt çəkin. Xarici köşədəki xətti uzadın, ancaq xəttin kənarına keçməyin. Bu, gözləri daha geniş və cazibədar göstərəcək.

Davamı →

Qalın qaşlar üçün məsləhətlər

Mixək
Mixəyi qaşlarınızı doldurmaq üçün istifadə edə bilərsiniz. Mixəyin arxa hissəsini yandırın. Bu zaman qara rəng əldə edəcəksiniz. Bunu qara rəngli qaşlara çəkərək, doldura bilərsiniz. Bununla qələm və boya kimi qaş köklərin hava almasını əngəlləyən vasitələrdən qoruna bilərsiniz.

Sarımsaq
Bir az qoxulu olacaq bilirik, amma istifadə etməkdə fayda var. Çox bilinən və tez-tez istifadə edilən bu vasitə qaş köklərini gücləndirərək daha sağlam bir görünüş əldə etməyinizi təmin edəcək. 1 diş sarımsağı soyun, əlinizlə iki hissəyə bölün, tüklər çıxan istiqamətdə suyunu çıxardaraq sürtün.
Davamı →

Darçın maskası

Qara nöqtələr məsamələrdə çirk və ölü dəri hüceyrələrindən qaynaqlanan tıxanıqlıqlardır. Bədəndəki hormonal dəyişikliklər, həddindən çox kosmetik vasitə istifadəsi, dəriyə qulluğu yubatma, stress və genetik səbəblər qara nöqtə yaranmasını sürətləndirə bilər.

Adətən burunda yaranan qara nöqtələr müdaxilə edilmədikdə sızanaqlar yarada bilir. Bu qara nöqtələri evdə darçın maskası ilə müalicə edə bilərsiniz.

Darçın maskasının hazırlanması:
1 çay qaşığı darçın, limon suyu və seçimə bağlı olaraq bir az zəncəfil tozunu qarışdırıb üzünüzə sürtün. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Ya da 1 çay qaşığı darçınla balı qarışdırın.
Davamı →

Piqment ləkələrinin 9 səbəbi

1. Ultrabənövşəyi şüalar
Bu ən yayılmış səbəbdir. Qarşısını almaq üçün xüsusi krem və losyonlardan istifadə edin, kölgədə «zaqar» alın.

2. Kosmetik prosedurlar
Piqment ləkələrinin əmələ gəlməsinə üz dərisinin müxtəlif apparatlarla təmizləməsi, piling, lazer epilyasiya kimi prosedurlar səbəb ola bilər. Xüsusilə bu prosedurlardan sonra zədələnmiş dəri ultrabənövşəyi şüalanmaya məruz qalarsa. Bu səbəbdən kosmetoloqlar salon prosedurlarını əsasən payız-qış fəsillərində icra etməyi tövsiyə edirlər ki, bu zaman dəri gün şüalarına daha az məruz qalır.

3. Mədə-bağırsaq sistemi xəstəlikləri
Piqment ləkələri qaraciyər və öd kisəsi xəstəlikləri zamanı tez-tez meydana çıxır.
Davamı →

Quru dərini necə qorumalı?

Quru dəri bəlkə də qulluğu ən çətin olan dəri tipidir. Quru dəriniz varsa, qabıqlanırsa və toxunduğunuzda dərinizin sərtliyindən narahatsınızsa, bu məsləhətlərə əməl edin.

Dərinizi günəşdən qoruyun
Ultrabənövşəyi şüalar hər dəri tipi üçün təhlükəlidir. Ancaq bu təhlükə xüsusilə quru dəri tipləri üçün daha çoxdur. Quru dəriyə sahibsinizsə, günəş qoruyucu krem istifadə etmədən günəşə çıxmayın. Uzun müddət günəş şüalarına məruz qalmamağa diqqət edin.
Davamı →

Pomidor maskası

Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır. Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.

Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

Qışda quruyan dərini nəmləndirir
Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.
Davamı →

Mövsümi saç tökülməsinin həlli yolları

Gündə 50-100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.

Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər. Odur ki, ilk növbədə səbəbini araşdırmalısınız. Bu, stress, müxtəlif xəstəliklər, saç yaş halda yatmaq, tez-tez saç rəngləmək, yaxud başqa amillərlə əlaqəli ola bilər. Əvvəlcə sağlam qidalanmaya diqqət etmək lazımdır. Daha sonra prosiyanidin tərkibli bitkilərdən istifadə etməlisiniz. Prosiyanidin antioksidant xüsusiyyətlərə malik olan və saç köklərinə birbaşa təsir edən faydalı maddədir.
Davamı →