Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 659 topik

Problemli dərilərə qulluq

* Təmizləyici mum
Qədim yunan həkimi Qalen iltihabı prossesə qarşı təmizləyici krem məsləhət görürdü. Onun resepti bu günə qədər saxlanılıb:
1 yarım xörək qaşığı mum və ya parafini su vannasında əridin. 1 çay qaşığı vazelin yağı və 6 çay qaşığı qızılgül suyunu isidib mumun üzərinə əlave edin. Hazır kütlə bir qədər soyuduqdan sonra 2-3 damcı qızılgül yağı əlave edin və yaxşı qarışdırın. Alınmış kremi üzdə 10-15 dəqiqə saxlayaq üzü isti su ilə yaxalamaq lazımdır.

 


Ardı →

Saçınız saqlamlığı üçün

* Saçlarınızı çox isti suyla yumayın.
* B vitamini yalnız saçı qidalandırmaqla qalmır, eyni zamanda stressi də azaldır. Stress saçın ən böyük düşmənidir.
* Duşdan sonra saçlarınızı möhkəm şəkildə geriyə yığmaq yerinə, bir müddət sərbəst buraxın. Daha sonra qurudun.
* Qan dövranını sürətləndirdiyi və saç köklərini qidalandırdığı üçün, hər gün nizamlı olaraq saç diblərinə masaj etmək saçlara faydalıdır.
* Müəyyən bir yaşdan sonra saçların azalmasının qarşısını almaq məqsədi ilə balqabaq  yemək olduqca faydalıdır.
* Sağlam saçlar eyni zamanda yediklərinizlə də əlaqəlidir. Saç telinin ana maddəsi, yüzdə 97 % nisbətində keratindən əmələ gəlir. Bu maddə də soğan, balqabaq, ərik, kartof, kələm, böyürtkən, ət və balıqda var.
* Ananasın da saça müsbət təsiri var. Ancaq konserv yerinə, təzəsini istifadə etdiyinizdə, içindəki hər maddə saçın daha tez uzanmasını təmin edir.
 

Davamı →

Təbii görünüşlü makiyaj üçün 10 qızıl qayda

Həm gözəl, həm də təbii görünmək istəyirsiniz? O zaman sadə makiyaja üstünlük verməlisiniz. Lakin nəyi, necə etməli olduğunuzu bilmirsiniz? Onda bu məlumatlar tam sizin üçündür. Beləliklə təbii görünüşünüzü qorumaqla, daha gözəl görünməyinizi təmin edəcək  qaydalar

1. Üzünüzün hamar bir görünüş qazanması üçün ilk olaraq dərinizin təmizliyinə diqqət edin. Cild növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib quruması üçün 2-3 dəqiqə gözləyin

2. Təmizlənmiş dərinizə makiyajın qalıcı olmasını təmin etmək məqsədilə nəmləndirici krem sürtün. Kremin dəriyə hopması üçün bir az gözləyin.


Ardı →

Saçlarımız üçün hansı vitaminlər mütləqdir?

Sağlam saçlara sahib olmaq  üçün orqanizm  bütün lazımı elemtləri almalıdır.

Həmçinin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün xüsusi pəhrizlər vardır ki, onlar saçların inkişaf və möhkəmləndirilməsini təmin edir.

Saçlara hansı vitaminlər lazımdır sualına ən yaxşı cavab — balanslaşdırılmış qidadır. Təbii ki, hər birimiz xüsusi vitamin komplekslərindən də istifadə edə bilərik, yalnız  qida məhsulları olan meyvə və tərəvəzdən aldığımız elemet və vitaminlər, orqanizm tərəfindən daha çox və yaxşı mənimsənilir.

Birincisi bilməlisiniz ki, qida rasionunuzda  mütləq -zülallar olmalıdır. Məlumdur ki, zülal orqanizm və saçlar üçün bünövrə materialı sayılır.


Ardı →

Makiyaj vasitələrinizi təmiz saxlayın

Makiyaj fırçalarınızın təmiz olduğuna əmin olun. Təmiz makiyaj fırçaları  vasitələri, makiyajınızın daha xoş görünməsini və dərinizdəki sızanaq kimi mənfiliklərdən uzaq qalmasını təmin edəcək. Bütün makiyaj fırçaları və vasitələri istifadə etməyə başladıqdan bir neçə həftə sonra çirklənir, üzərlərində yığılan makiyaj vasitələri və piqmentlərə əlavə olaraq bakteriya yuvası halına gəlirlər. Makiyaj vasitələrinizi həftədə bir dəfə təmizlədikdə, üzünüz daha təmiz və yumşaq olacaq, həmçinin etdiyiniz makiyaj daha təsiredici görünəcək.

 

 


Davamı →

Göz ətrafı qırışlar üçün maskalar

Göz ətrafı dəri üçün nəmləndirici maska​​: 1 ədəd yumurtanın sarısına 1 çay kaşğı zeytun yağı qatın və qarışığı barmaq uclarınızla göz ətrafınıza sürtün. 15 dəqiqə sonra ilıq su ilə yuyun.
*****
Göz altı qırışları üçün qidalandırıcı maska​​: Yarım yumurta sarısı və 1 çay qaşığı ərimişbal və 1 çay qaşığı yulaf unu əlavə edin. Yaxşıca qarışdırın. Gözlərinizin altına rahatca çıxarılacaq konsistensiyada olub olmadığını nəzarət edin. Əgər qatı olduğunu düşünürsünüzsə yumurtanın qalan sarısını da əlavə edin ya da ilıq süd əlavə edərək bir az nazildin. İncə bir təbəqə halında göz altınıza sürün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə və ehtiyatla göz altlarınızı yuyun.
*****
Göz altı qırışları üçün qidalandırıcı maska: Eyni miqdarda yandırmadan əridilmiş kərə yağı ilə yetişmişbanan püresini qarışdırın. Tam göz altlarınıza yerləşəcək şəkildə makiyaj pambığına bir miqdar qarışıqdan qoyaraq 20-25 dəqiqə gözləyin və ilıq su ilə ehmalca yuyun

 


Davamı →

Ləkələri aparmaq üçün sadə üsullar

Ev şəraitində dərinizdə olan ləkələri aparmaq üçün alma sirkəsindən və sudan eyni miqdarda götürüb bir qabda qarışdırın. Vam odda qaynadın, üzünüzə buxar vannası edin. Eyni zamanda, alma sirkəsi və su qarışığı ilə üç-dörd gündən bir üzünüzü silin.




Zirə toxumunu qaba töküb, üzərinə su əlavə edib qaynadın. Əldə edilən suyu soyuduqdan sonra üzə masaj edərək sürtün. Bu həm ləkələri aradan qaldırır, həm də dərini canlandırır.


Davamı →

Heyva çərdəyi maskası

Heyva çərdəyi ilə qüsursuz bir dəriyə sahib ola bilərsiniz. Bunu üçün 7-8 dənə heyvanın çərdəyini çıxardıb 1/2  stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq.
Onu üz, boyun bölgəsinə sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Dərinizdəki ləkələrin yox olduğunu və dərinizin möhkəmləşdiyini, sıxlaşdığını görəcəksiniz.

Heyva çərdəyi maskası ilə çivzələr, səpgilər, qızartılar diqqətə çarpacaq dərəcədə itməsini şahidi olacaqsınız. Su yerinə gülsuyu da istifadə edə bilərsiniz. Əlbəttə bu daha yaxşı effekt verər.

Əmizdirən analar; sinələriniz yara oldusa mütləq heyva çərdəyi məhlulu tətbiq edin. Axşam tətbiq etsəniz səhərə qədər sinə yaralarınız keçəcək.


Davamı →

Dəri və saçlarınız üçün kələmin yararları

1. Piqment ləkələr qırmızı səpkilər əleyhinə. Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəqiqə üzə qoymaqla istənilən nəticəni alacaqsınız.

2. Dərindən təmizləməquru dərinin qidalanması üçün suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın .

3. Sallaq, quru qırışmış dəri üçün 3-4 qat tənzifi təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəqiqə maska edin. Tənzifi üzdən çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz. 


Ardı →

Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir. Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.

Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır. Ozonoterapiya — toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.

Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) — cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.
Ardı →