Bu videolar Youtube-da silkələnmə yaratdı - GƏLƏNLƏR

GƏLƏNLƏR haqqında.

Youtube video sosial şəbəkəsində Masonlar, İlluminati haqqında axtarış edərkən qarşıma çox maraqlı serial videolar çıxdı -GƏLƏNLƏR (The Arrivals). Bir neçə bölümünü bir nəfəsə seyr etdikdən sonra, daha da maraqlı gəlməyə başladı və 50 hissəsinin hamısını izlədim. Video serialın adının nə üçün GƏLƏNLƏR olması yəqin ki sizi çox düşündürdü. Səbəb isə tək Allahlı dinlərdə - Yəhudilik, Xristianlıq və Müsəlmanlıqda Qiyamət günündən qabaq ədalətsizlik, zülm və nizamsızlıqla dolan dünyada bütün bunları bərpa etmək üçün XİLASKARLARIN - Hz.İsa(ə) və Hz.Mehdi(ə) zühur etməsi inancının bu video serialda işıqlandırılmasıdır. Təbii ki,XİLASKARLARIN DƏCCAL (Antichrist) kimi böyük düşməni  olacaqdır ki, bu filmdə onun peyda olması və "yer altından"  fəaliyyət göstərməsinin nişanələri göstərilir. Bir çox tarixi və dini mənbələrdə göstərildiyi kimi DƏCCAL özünə böyük ordu yığacaq vəXİLASKARLARIN inanclılardan ibarət ordusuna qarşı bəlkə də 3-cü dünya müharibəsi adlandırılacaq böyük bir müharibə - Xeyir və Şərin müharibəsi başlayacaqdır. GƏLƏNLƏR (The Arrivals) "Hashemsfilms" tərəfindən ABŞ və digər bir çox ölkələrdə sübutlar yığılaraq uzun müddətli araşdırmalar nəticəsində çəkilmişdir.

Hansı sirləri öyrənəcəksiniz.

Dünyanı idarə edənlər adlandırılan - Masonların gizli fəaliyyətləri, siyasətləri, musiqi və kino ulduzlarından necə məharətlə istifadə etmələri məni heyrətə saldı. Hələ onların memari tikililəri haqqında olan hissəyə baxarkən  Bakıda yeni tikilən bir çox tikililər gözümün qabağına gəldi. Belə ki, hər bir sənətkar öz əsərində öz imzasını qoyduğu kimi bu masonlar da öz tikililərində müəyyən şifrələr ilə öz imzalarını qoyurlar. Hələ cizgi filmlərində uşaqların beynini yuyan və yaşlarına heç uyğun olmayan simvollar və şifrələnmiş səhnələrin yer alması məni çox dəhşətə gətirdi. Televiziya, demokratiya, hollywood, pop musiqisinin pərdə arxasında qalan bütün sirləri ilə tanış olmaq istəyirsinizsə mütləq bu video serialı izləyin. Video serialın bütün hissələrinə blogun youtube kanalında baxa bilərsiniz.

 

YOUTUBE KANALINDA baxa bilərsiniz.

 

3 şərh

thebayramli

Şərhlərinizi gözləyirəm!

Old_Baku_
Bu videonu mən Dəccalla heç cürə əlaqələndirə bilmədim ....Əgər niyəsini bilmək istəyənlərə izah edim ..Hamıya maraqlı gələn o tək göz heçdə Təpəgöz dəccala işarə deyil..Düzdür dəccal təpəgözdür..Əgər fikir vermisinizsə 1 dolların arxasında 12 qatlı pramida və bir göz var..Amma pramida ilə gözün arası açıqdır nəyə görə səbəbi onların hədəflədikləri «Tək dünya dövləti»-ni quramadıqları təsvir edilir..Yəni dəccal ilə heç bir əlaqəsi yoxdur.Əvvəldə qeyd etdiyim kimi 12 qat nəyi göstərir bəs bu da  12 İsrail boyunu ,təpəsindəki göz isə «Hər şeyi görən göz» «Yehova» mənasına gəlir. 1 dolların sağ tərəfində isə 13 ədəd 5li ulduz görülür buda 6 lı yahudi ulduzu şəklindədir və o ulduzu yaratdıqdan sonra 6 lı yahudi ulduzunu dolardakı " Annuit  CoeptiS Novus OrdO SecleroM yazılan şəkilə əlavə etdikdə orada gizli yazılan MASON sözünü görərik… Yazdığım qara hərflərə diqqət..
Məncə bu qədər izah yetərlidir Dəccalın o gözlə heç bir əlaqəsi yoxdur yuxarda qey etdiyim kimi o göz "YEHOVA" mənasına gəlir yəni «Tək dünya dövlətlərini quramadıqlarına» işarə sayılır.

Bu məsələyə İslamı nəzərdən baxsaq

Dəccal saxta peyğəmbər deməkdir ,niyə ona elə ləqəb qoyulub ?Çünki gerçək peyğəmbəri — Hz İsa (ə)-mı təqlid edəcək !

Dəccal küləyin sürüdüyü bulud kimi insanların yanından keçər, ilah olduğunu söyləyərək özünə iman etmələrini istər, onlar da iman edərlər. Göyə yağış yağdırmasını əmr edər, yağış yağar; yerə bitki bitirməsini əmr edər, otlar, çayırlar bitər; insanların otlamağa göndərdikləri heyvanları daha yaxşı və kök, südləri daha bol olaraq dönər. Daha sonra başqa insanların yanına gələrək onları özünə inanmağa dəvət edər; lakin onlar özünə inanmayıb təklifini geri çevirərlər; Dəccal da yanlarından ayrılıb gedər; lakin səhər suları çəkilib çayır çəmənləri quruyar, heyvanları da həlak olar. 
Dəccal bir hörənə uğrayıb ‘Xəzinələrini ortaya çıxar!' deyər, o xarabadakı xəzinələr arıbeyinin arxasından gedən arılar kimi Dəccalın arxasından gedər. Sonra dəccal igid bir gənci yanına çağırıb onu qılıncıyla ikiyə biçər; bədəninin hər parçası bir tərəfə düşər; ardından ona səslənər. Cavan gülümsəyən bir çöhrəylə ona doğru gələr.

Dəccalın bu işlərini görənlər onu əsl peyğəmbərlə səhv salacaq! və əsil möminlər ona aldanmayaraq onun yalançı olduğuna inanaraq qorxusuz bi şəkildə ona qalib gələcəklər Buda Allahın imtahanlarından biridir sadəcə ....Bilgisizlər Allahsızlar ona inanaraq axirətini məhv eəcəkdir sadəcə 
sizinlə paylaşmaq istədiyim çox şey var bu məsələ ilə bağlı sadəcə vaxtım elədə çox deyil ...Diqqətinizə görə təşəkkür.
thebayramli

Birinci hissədə Yehova haqqında qismən həqiqətlər var, amma tək gözün DƏCCAL ilə heç bir əlaqəsi yoxdur sözü ilə heç cür razı ola bilmirəm.Bu cümlə nizdə:" Dəccal bir hörənə uğrayıb ‘Xəzinələrini ortaya çıxar!' deyər, o xarabadakı xəzinələr arıbeyinin arxasından gedən arılar kimi Dəccalın arxasından gedər" isə hörən bilmirəm nəyə deyirsiniz, amma bənna mənasında yazmısızsa, mason-sözü elə bənna deməkdir. Əgər GƏLƏNLƏRin bütün hissələrinə baxsanız əyani şəkildə görə bilərsiniz. YENİ DÜNYA DÖVLƏTİ isə elə DƏCCALın  planıdır ki, dünyada hökmranlıq etmək istəyir. GƏLƏNLƏRdə deyilir ki, bütün peyğəmbərlər öz ümmətlərinə bu DƏCCAL barədə xəbərdarlıq etmişlər, buna İSLAMdakı hədislərdə də rast gəlmək olar. ortada çox qaranlıqlar və gizlin işlər var, amma DƏCCALa uymaqdan özünü qurtaranlar yalnız inanclılar olacaq. DƏCCAL təhlükəsi YENİ DÜNYA DÜZƏNİ adlı proyekt son dövrlərdə insanları bir araya toplayan sosial şəbəkələr vasitəsilə daha da gerçəkləşir. Amma ALLAHA təvəkkül edək. Allah fitnə-fəsadı sevməz və imanlıları darda qoymaz.