Рейтинг
+1.13

Uşaq tərbiyəsi

2 üzv, 92 topik

Qeyri-adi tərbiyə metodları

İspaniya: Uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda otururlar
İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 19:00 olan kimi uşağı yatırtmağa çalışmır, özü ilə birlikdə ailəvi məclis və restoranlara aparırlar. Demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana və ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır.

Almaniya: Kəskin mətbəx alətlərini uşaqlardan gizlətmirlər
5 yaşlı uşağın mətbəxdə əsl bıçaq ilə xiyarları bacarıqla doğraması Alman ailələri üçün qeyri-adi hal deyil. Almaniyada analar hesab edir ki, uşaq gündəlik həyata nə qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olacaq. Ancaq bizdə uşaqlardan yalnız bıçaqları deyil, digər potensial təhlükəli alətləri də gizlədirlər. Əslində çox düz edirlər.
Davamı →

Montessori tədris üsulu

Montessori, son illərdə ölkəmizdə adını tez-tez eşitdiyimiz bir tədris metodudur. İtaliyanın ilk qadın həkimi olan pedaqoq və antropologiya professor Maria Montessori 1900-cü illərin əvvəllərində uşaqların fərdiliyi əsasında bir pedoqogika üzərində çalışmağa başladı.

Montessori apardığı araşdırmalar və işlər nəticəsində düşünülənin əksinə uşaqların mükafatlardan, cəzalardan, böyüklərin proqramlaşdırdığı tədris anlayışından, hətta oyuncaqlardan, yuxudan, müəllim stolundan və birlikdə dərs keçməkdən xoşlarının gəlmədiyini aşkar etdi.

Əsas hədəfi azad seçim və hər uşağın öz qabiliyyətinə uyğun sürətlə irəliləməsi olan bu sistemdə tamamilə uşağa uyğun olaraq hazırlanmış bir mühitdə, uşağın şəxsiyyətinin formalaşması üçün azadlıq tanınan, şəxsiyyətinin inkişafını dəstəkləyən fərdi tədris verilir. 76 ölkədə minlərlə məktəbdə tətbiq edilən Montessori sistemi son illərdə ölkəmizdə də məşhurlaşmağa başladı.
Davamı →

Yaponlarda uşaq tərbiyəsi

Gündoğar ölkəsinə gələnlər yaponların müxtəlif nəsillər arasındakı qarşılıqlı anlaşmasına heyran qalır. Uşaqlar — itaətkar və ağıllıdır, böyüklər adekvat, nənələr və babalar isə qayğıkeşdir, amma onlar nəvələrini ərköyünlüyə öyrətmirlər. Belə yekdilliyin səbəbi uşaqların xüsusi tərbiyə sistemi əsasında yetişdirilməsidir və bu ənənənin kökləri uzaq keçmişə gedib çıxır.

Əsrlər əvvəl Yaponiyada analar işi ilə uşaqların tərbiyəsini birləşdirdi. Onlarda heç bir uşaq bağçası və ya anası işdən gələnə qədər evdə oturub nəvələrinə dayəlik edən nənələr olmayıb. Odur ki, ana harada olurdusa, uşaqları da özü ilə birlikdə ora aparırdı. Hətta qadın tarlaya gedəndə də uşağı parça ilə kürəyinə bağlayırdı. Bu zaman o, körpə ilə daim ünsiyyət qurur və ona gördüyü işlərdən danışardı. Təəccüblü deyil ki, belə uşaqlar danışmağı, yeriməyi və oxumağı tez öyrənərdi.
Davamı →

Ciddi analar = bacarıqlı uşaqlar

Ciddi və sərt anaların övladları daha ağıllı və bacarılqı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir. Ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur.

Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib.

Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar.
Davamı →

Uşaq tərbiyəsində yol verilən səhvlər

Günümüzdə artan hallardan biri də uşağına “yox" deməyi bacarmayan valideynlərin sayının artmasıdır. Bu davranışlar ilə böyüdülən uşaqlar ümumi olaraq “mən “mərkəzli olurlar. Xüsusilə, özlərinə əhəmiyyət verən, beləliklə də insani həssaslığı zəif olan bir nəsil yetişməkdədir. Uşağın böyüdülməsində valideynlər tərəfindən edilən bir çox xətalar vardır. Bunları ümumiləşdirsək aşağıdakı maddələr ortaya çıxmış olar:

1. Uşağa yalan demək! Bir çoxumuz uşaqlıqda bu mənzərə ilə rastlaşmışıq “ağzını aç bu sonuncu qaşıqdır, bax bu sondur… “ beləliklə sonuncu qaşıqların həddi hesabı bilinməz. Beləliklə, əslində uşağa yalan danışmağı öyrədən ana-atalardır.

2.
Söz verib, tutmamaq! Bax, bu məsələdə bir çox ana atalarımız təəssüf olsun ki, mənfi mənada olduqca uğurludur. Zamanı doğru bölə bilmədiyimiz üçün uşağımıza verdiyimiz sözü də yerinə yetirmirik. Uşaq bir şey istədiyi zaman, “Yaxşı edərik “deyirik. Uşaq “Nə zaman?
Davamı →

Feminist oğul yetişdirmək

Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi öyrədən, bütün cins, irq, din və obrazlardan bəhs edən kitablar oxumaqdı. Qabyuyan maşını boşaltdığı və döşəməni sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt oğlan olması üçün lazımdı. Onu itimizi bəsləməsi, ağacları suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgi ilə qucaqlaşması üçün həvəsləndirə bilərəm.

Bir mövzunuz varmı? — şirniyyat mağazasındakı konditer ustası məndən soruşdu. Beysbol, super qəhrəmanlar, yanğınsöndürən maşın?! 

Oğlumun ikinci yaş gününü qeyd etməyə hazırlaşırdıq.
Maraq dairəsini şaxələndirməyə çalışsaq da, oğlumun bircə marağı vardı: Avtomobil. İlk sözü «get» oldu. İkincisi isə «maşın». Hər gecə müxtəlif oyuncaq maşınları qucaqlayıb yatır, yuxuya gedənə qədər onları yataqda şəfqətlə oynadırdı. 
Davamı →

Uşağı özünüzdən asılı böyütməyin

Psixoloqlar valideynlərinə bağlı böyüyən uşaqların öz həyatlarında sadəcə bir fiqur olduğunu deyərək xəbərdarlıq edir.

Doqquz ay ərzində bətnində daşıdığı körpəsi ilə doğuşdan sonra da daha yaxın ünsiyyətdə olmaq istəyən ananın əmizdirmə prosesini bir az uzatması qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair inancdan qaynaqlanır. Valideyn uşağına bir fərd olmağa kömək etməklə yanaşı, həm də bu yolda onun işini çətinləşdirə də bilər.
Davamı →

Uşaqlara maliyyə savadlılığını öyrədən oyunlar

Uşağın maliyyə həyatı ilk cib xərcliyi ilə başlayır. Moneykids.ru portalının ekspertləri uşaqlara nominalına görə pulları ayırd etməyi və mağazada alış-veriş etməyi öyrədən 3 əsas oyunu seçib. Övladınızın artıq 5 yaşı tamam olubsa onunla bu maliyyə savadlılığının ilkin anlayışlarını öyrədən oyunları oynaya bilərsiniz.

I oyun – «Pul xırdalama»
Uşaqlar mağazada pulqabınızdan necə pul çıxardığını görürlər. Bəs onlar özləri lazımi məbləği toplaya bilər? İlk oyun uşaqlara qəpikləri ayırd etməkdən, banknotları xırdalamaqdan və eyni bir məbləği müxtəlif vasitələr ilə toplamaqdan ibarətdir.

Oyunun qaydaları: Xırda pulları stola səpələyin və növlərini uşağa izah edin. Ona qəpiklərlə yaxından tanış olmağa, ölçüsünü, çəkisini, rəngini və qalınlığını nəzərdən keçirməyə şərait yaradın. Eyni şeyi kağız pullarla da təkrar edin. Xırda pulların daha böyük məbləğ yaratmaq üçün bir vasitə olduğunu izah edin. Bu prosesin necə baş verdiyini göstərin. Məsələn, 5 AZN, 1 AZN və qəpiklərdən necə 10 AZN yaratmaq olar? Kombinasiyalar istəyinizə uyğun şəkildə müxtəlif cür ola bilər. İndi isə övladınıza 20 manatınızı xırdalamağı tapşırın.
Davamı →

Uşaqları Youtube-dan necə qoruyaq?

Uşaqlarımızı sanki “canlı bombalar”a əmanət etmişik. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli… Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.

Uşaq bəzən YouTube-un trend videolar siyahısına daxil olanda ona uyğun olmayan görüntülərlə qarşılaşır. Birinə baxanda oxşar məzmunlu videoların siyahısı ilə tanış olur. Saytın strukturuna uyğun olaraq, adətən seçib baxılan videodan sonra məzmun etibarilə ona yaxın olanların siyahısı ilə tanış olursuz. Bəs övladlarımızı YouTube-da belə zərərli videolardan necə qoruyaq? Hər kəsə çatımlı olan, qadağan olunmamış bir saytda uşaqların tərbiyəsini zədələyəcək məzmunlu göndərişləri necə onların həyatından çıxara bilərik?
Davamı →

Valideyn tək uşağı necə tərbiyə etməlidir?

“Mühitində olmağını təmin edərək inkişafını dəstəkləyir. Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşamadığına görə, akademik olaraq daha uğurlu ola bilər.

Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə bəzi mövzularda ailədə bacı-qardaş əksikliyinin hiss edə bilər. Nəticə olaraq tək uşaq olmaq əksər hallarda müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlarla müqayisədə o qədər də fərqli deyil. Əslində uşağın tək olması yox, onun böyüyüb tərbiyə olunması əhəmiyyətlidir”.
Davamı →