Əfsanə sevənlərin adası | İrlandiya

İrlandiya Avropanın qərbində yerləşir. Respublikanın paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin maraqlı tarixi var. Keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. İrlandiyada 26 qraflıq var ki, hər birində qəsrlər var. Turistlər bu qəsrlərə baxmaqla yanaşı, nömrə sifariş edib, qala da bilərlər.
Ölkədəki supermarketlər 12:00-dan 18:00-a kimi, kiçik dükanlar isə 07:00-dan 23:00-a kimi fəaliyyət göstərir.
Davamı →

Qadınlar da məcburi hərbi xidmət keçəcək

Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır. 

   Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub.


Ardı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Müsəlmanlar Amerikanı Xristofor Kolumbdan əvvəl kəşf etmişdir

Receb TaibTürkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın  “1-ci Latına Amerika Ölkələri Müsəlman Dini Liderlərin Zirvəsində”  çıxışı zamanı söylədiyi ifadələr qısa bir müddətdə dünya meydyasının gündəminə oturdu.  Onun “Amerikanı Xristofor Kolumbdan əvvəl Müsəlmanlar kəşf etmişdir” ifadəsi İspaniyada müsbət qarşılanmadı. İspanlar türk lideri gerçəklərdən uzaq olmaqda günahlandırdı və söylədiyi bu qeyri–adi iddianı sübut etməyə çağırdı.

Ərdoğan qeyd edir ki, Xristofor Kolumb öz gündəliyində Kubada yerləşən dağın zirvəsində məscid gördüyünü yazmışdır. Bu isə göstərir ki, müsalman dənizçilər Amerika qitəsinə 300 il əvvəl çatmışdır. Ərdoğan çıxışında bu fakta əsaslanaraq Latın Amerikası ilə İslam Dünyası arasındakı əlaqələrin təməlinin 12-ci əsrə dayandığını söyləyir.  O qeyd edir ki, “Amerika qitəsinin Kolumb tərəfindən 1492-ci ildə kəşf edildiyi məlumdur. Lakin bu faktdır ki, müsəlman dənizçilər Amerikaya 314 il qabaq, 1178-ci ildə çatmışlar”. Ərdoğan bu barədə Kubadakı vətəndaşlar ilə söhbət etmək istədiyini vurğulayır. “Yəqin ki, o məscid bu gündə o dağın zirvəsində mükəmməl şəkildə qalmaqdadır” — deyə Ərdoğan əlavə edir.


Ardı →

Darçının faydaları

Darçın hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub. Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır. Orqanizm üçün saysız hesabsız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır.

Darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir. Şəkərli diabetlər bu ədviyyatın faydasından bəhrələnə bilərlər.

Darçın qanda xolesterenin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.

Damarları genişləndirərək beyinin fəaliyyətini yaxşılaşdırır.

Bağırsaq iltihablarına qarşı mübarizə aparır.


Ardı →

Qara duz

Qara duz — ənənələrdən gələn ərzaqdır. Müasir qastronomiyada özünəlayiq yer tutub, kifayət qədər maraq doğurur və ondan çəkinmədən istifadə etmək  olar. Hazırda Rusiya və MDB-nin slavyan ölkələrindəki marketlərdə və mətbəxində yer alan Qara duz xristian dini ritualı və inancı ilə bağlıdır.

Pravoslavların Pak Cümə axşamı adlı xüsusi günü var ki, bu gün məxsusi olaraq “tilsimləri açan” duz hazırlanır. İnanca görə, bu duz qeyri-adi dərəcədə təmizləyici, qoruyucu və şəfaverici gücə malik olur. Tarixən kəndli ailələrində ildə yalnız bir gün olan bu axşamda duz hazırlığına başlanardı.

Qara duzu hazırlamaq üçün adi xorək duzu və ya iri duz kristalı götürülüb, döyülür. Onu kvas suyunda isladıb, sobanın kənarında 6-7 saat qurudurlar. Ona qara çörək ovuntusu qatıb, tordan keçirirlər. Tavada qovurub qaraya çalan və ya tund-qəhvəyi rəngdə duz alırlar. Duzun dadı da maraqlıdır: kvasda olan bütün dad və qoxu fermentləri duza hopur. Ondan həm qara çörək, həm kvasda olan quru meyvələrin, həm də qıtıq otunun (xren) tamı gəlir.


Ardı →

Nar salatı


Ərzaqlar:
Baş soğan – 2 əd.
Nar – 5 əd.
Keşniş – 1 dəstə

Hazırlanması: 15 dəqiqə
Orta irilikdə baş soğanı təmizləyib, eninə nazik halqavari doğrayın. Doğranmış soğanı boşqaba düzüb, üzərinə nar sıxın və nar dənələri ilə qarışdırıb duz əlavə edin. Üzərinə xırda doğranmış keşniş səpin.


Davamı →

Alma şirəsinin orqanizmə faydaları

Həftə ərzində özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri hiss edirsinizsə, bu hər hansı bir xəstəliyin başlanması ilə yanaşı, orqanizminizin zərərli maddələrlə, toksinlərlə yüklənməsindən xəbər verir.

Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir.

Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.

Orqanizmin təmizlənməsinin bir çox üsulları var.

Bəzi mütəxəssislər belə üsullardan biri kimi orqanizmə faydalı içkiləri məsləhət görür.

Bu içkilər sırasında alma şirəsini xüsusi qeyd etmək lazımdır.

Alma tərkibində olan mineral duzlar sayəsində sidik təmizləyici və qan təmizləyici xüsusiyyəti ilə tanınır.

— Vitaminlər və mineral duzlar təmizləmə xüsusiyyəti ilə yanaşı enerji mənbəyidir.

— A vitamin tənəffüs yollarını, sinir sistemini, qan damarlarını və dərini sağlam saxlayır.


Ardı →

Ev üsulu lahmacun

Tərkibindəkilər:

Xəmiri:
250 qram un
1 stəkan yarım su
1 çay qaşığı maya
1 çay qaşığı duz

İçliyi:
200 qram qiymə
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
Cəfəri
4 diş sarımsaq
1 çay qaşığı tamad

Hazırlanması:
İçliyi hazırlamaq üçün soğan, sarımsaq, pomidor, cəfəri, bibəri çəkin sonra qiyməyə əlavə edib qarışdırın.


Ardı →