Biznes Proses ( Business Process)

Biznes proses müəyyən bir nəticəyə nail olmaq məqsədi ilə bir-biri ilə əlaqəli bir sıra funksiya və fəaliyyətlərdən meydana gəlir. Bu proses nəticəsində əldə edilən gəlir şirkətin daxili və xarici müştəriləri üçün dəyər yaratmalı və onlar tərəfindən yararlı qəbul edilməlidir. Reallaşdırılan funksiyalar şirkətin birdən çox departamenti tərəfindən və ya biri tərəfindən icra edilir. Bu funksiyaların icrası gedişində departamentlər bir-biri ilə resurs, maliyyə, informasiya mübadiləsi edirlər. Bir növ öz aralarında məntiqi bir bağ yaradırlar. Bir sıra funksiya və vəzifələr sıra ilə yerinə yetirilir, buna ardıcıl əlaqəli vəzifələr deyilir. Bəziləri isə eyni zamanda gerçəkləşdirilir ki, bunlar isə paralel vəzifələr olaraq adlandırılır. İş prosesləri tək bir təşkilat içərisində reallaşdırıldığı kimi, bəzən birdən çox təşkilatı da əhatə edə bilər. Birinci növdən proseslərə təşkilati, ikinci növdən proseslərə təşkilatlar arası iş prosesləri adı verilir. Proses yanaşması, Adam Smitin iş bölgüsü və Frederick Taylorun optimallaşdırılmış vəzifə yanaşmalarının əksinə olaraq, görüləcək işi bir sistem olaraq ələ alır. Bu yanaşmada vəzifələrin bir-birindən müstəqil olaraq tək-tək optimallaşdırılması yerinə, prosesin bütününün performansının optimallaşdırılması hədəflənər.


Ardı →

Yulafın faydaları


Yulaf pulcuqları ya əzməsi, nədənsə sadəcə pəhriz zamanı yadımıza düşür. Halbuki, yulafın faydalarını duyunca onu gündəlik qida rasionunuza qatmaq fikrinə düşəcəksiz. 

Mədə problemlərindən stressə qədər bir çox sağlıq probleminə faydalı olan və bədənimizə sağlıq qatan yulafın faydaları:

Depresiyyaya gülə-gülə
Yulafı müntəzəm olaraq yemək depresiyya riskinə qarşı qoruyur. Seratonin hormonu səviyyəsini artırır və depresiyyaya yoluxma riski aşağı olur.


Ardı →

Yunan pəhrizi

Çörək, zeytun yağı və şərabla arıqlamaq vəd edən Yunan pəhrizi son günlərin ən məşhur pəhrizidir. Yunan xalqı Ariston və Platondan sonra üç qida — çörək, zeytun yağı və şərab tərkibli ənənəvi və antik bir pəhrizlə sağlam və incə qalmağı bacarır.

Araşdırmalar yunan pəhrizinin eyni zamanda piylənmə, xərçəng, ürək və digər ana xəstəliklər riskini azaltdığını da müəyyən edib. Yunan pəhrizinə görə sağlam qida və təbii içkilər bol qəbul edilməlidir. Bunlara taxıllar (çörək),  yağlar (zeytun yağı), qəhvə və şərab da daxildir.


Ardı →

Sevgini yeniləməyin yolları

  • Sevgi

Sevgi nə üç il, nə də beş il sonra sona çatır. Bəzi mütəxəssislər sevginin müəyyən müddət davam edib sona çatan hiss olduğunu iddia edirlər. Amma sosioloqların sözlərinə görə, sevgi nə üç il, nə də beş il sonra sona çatan hiss deyil. İnsanın qarşısındakı şəxsi uzun illər ilk günkü kimi sevməyi mümkündür. Bunun üçün sadəcə bir az çalışmaq lazımdır. 

Hisslərinizi ifadə edin
 Adətən bir müddətdən sonra insanlar bir-birinə sevgi etirafı etməyi unudurlar. Vaxt keçdikcə unudulan bu etirafları geri qaytarın. Məsələn, hər gün azı bir dəfə sevgilinizə “səni sevirəm” deməyi unutmayın.

Bir yerdə vaxt keçirin
Əlaqələr müəyyən bir mərhələyə gəldikdən sonra tərəflər artıq əvvəlki qədər bir-birinə vaxt ayırmır. Kişilər vaxtını daha çox dostları ilə gəzməyə, futbola baxmağa, qadınlarsa rəfiqələrinə, yaxud da uşaqlarına sərf edir. Unutmayın ki, bir-birinizə vaxt ayırmaq münasibətinizə rəng qatacaq. Heç bir şeyə imkan tapa bilmirsinizsə, həftədə bir ya da iki dəfə baş-başa film izləyin.


Ardı →

İlk görüşün necə keçdiyini göstərən əlamətlər

  • Sevgi


Yenicə tanış olduğunuz biri ilk görüşdə bunları edirsə, diqqətli olun. Siz də bunları yaşamısınızsa, deməli, sizdə heç nə alınmadı!

Keçmiş sevgilisindən bəhs edirsə
Demək  keçmiş sevgilisini hələ də unutmayıb. Pis, ya yaxşı biri olmasndan danışması, onunla bir gələcək qurmamanıza bir işarədir.

Tez getməlidirsə
Hələ 5 dəqiqədi oturmusuz və “gecikirəm, getməliyəm”  deyirsə, bu,  yaxşıya işarə deyil. İkidə bir telefonuna, saata baxırsa, vaxt keçirmək üçün eksrtra cəhd göstərir demək.


Ardı →

Münasibəti korlayan vərdişlər

  • Sevgi


Bəzən fərqinə belə varmadığımız pis vərdişlər münasibətimizi pis hala gətirər. Halbuki, açıq və normal davranmaq hər şeyin həllidir.

Qadın, ya kişi bəzən onu narahat edən bir məsələ olduğunda bunu qarşı tərəflə danışmaqdan çəkinir. “Daha da pis olacaq, ya xətrinə dəyəcək”, — deyə danışmaqdan qorxar, bütün günü üzünü turşudub oturar və beləliklə, bütün gecəni korlamış olar.

Bəzən isə narahat edən şeylər deyil, narahat etməli olan şeylər ucbatından qadın, ya kişi əsəbi davranar. Qarşı tərəfin laqeyd yanaşmasına dözə bilməz.


Ardı →

Pizza Resepti

Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

  • 4 stəkan yarım (607.5 q) ağ un
  • 1 + dörtdə üç çay qaşığı duz
  • 1 çay qaşığı toz maya
  • dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
  • 1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
    1 xörək qaşığı şəkər tozu

Ardı →

Emmanuel Bear

Əlbəttə ki, həyat kinodur, ancaq heç də hər kino həyat deyil. Fransa kinematoqrafiyasını isə bəri başdan istisnalara daxil edirik.

O, zəriflik nümunəsidir, incəsənətdir, həyatdır – heç bir pafos, heç bir şişirtmə olmayan həyat — dərimizə qədər hiss etdiyimiz həyat...

Avropa kinosunun pərəstişkarları bu aktrisanı çox gözəl tanıyır, onu sevir, onunla fəxr edir: Emmanuel Bear — Avropanın ən cəsarətli və gözəl xanımlarından biri.

“Bədən aktyorun alətidir. Lüt çəkilməyin mənəviyyata zidd olduğunu heç vaxt düşünməmişəm. Təəccüblənmək və hiddətlənmək də gərək deyil”. 

Atası şansonye və şair (Qay Bear), anası model (Jenevyeva Qalea) olan aktrisanın uşaqlığı səs-küylü paytaxt həyatından kənarda keçib. Bear xatırlayır:
“Biz Yerlə birbaşa təmasda idik. Günəşi, təbiətin ritmini hiss edir, təpələrlə, ağaclarla söhbət edirdik. Mən kinonun, musiqinin və teatrın olmadığı mühitdə böyümüşəm. Bütün uşaqlığım yarıçılpaq və ayaqyalın keçib. Bu səbəbdən, kinoda çılpaq səhnələri oynayarkən zərrə qədər sıxılmamışam”.


Ardı →

Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Hamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur. Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.

Bu halın səbəbləri arasında:
— Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).

— Abortlar.

— Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.

— Valideynlərdə olan müxtəlif xəstəliklər.

— Hamiləliyin patoloji gedişatı.

— Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.

— Çoxdöllülük.

Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər  hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.


Ardı →

Menstruasiya zamanı bunları etməyin!

Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir.

Qadının cinsiyyət orqanlarında, hormonal fonunda, bəzi qan göstəricilərində (qanın laxtalanması və s.), sinir sisteminin vəziyyətində (qadın daha həssas və əsəbi olur), immun sistemində və s. dəyişikliklər baş verir.

Bu səbəbdən qadın menstruasiya zamanı bunlardan çəkinməlidir:

1. Menstruasiya zamanı ağır fiziki yükləmələrdən (peşəkar idman və s.) imtina etmək lazımdır. Bu qanaxmanın artmasına səbəb ola bilər. Əgər bu mümkün deyilsə, qadın mütləq fiziki yükləmələri azaltmalıdır.

Ümumillikdə isə ağır fiziki yükləmələr qadında menstrual funksiyanın pozulmasına səbəb ola bilər, hətta menstruasiyalar tam kəsilə bilər.


Ardı →