Albinos adamlar

Albinoslar — belə insanlar genetik cəhətdən ferment çatışmazlığından əziyyət çəkirlər. Albinoslar görünüş cəhətdən adi insanlardan çox fərqlidirlər: onların dərisi bəyaz, saçları çox açıq rəngli və gözlərinin ətrafı, demək olar ki, rəngsiz olur. Onların dərisi heç vaxt qaralmır, lakin gün şüası onların dərisini qızardır.

Qədim zamanlarda bu xəstəlik ilə doğulan insanlar böyük təhlükələrlə üzləşirdilər. Orta əsrlərdə onları şeytanın köməkçisi hesab etdiklərinə görə tonqalda yandırırdılar. İndiki dövrdə albinoslar cəmiyyətdən tam olaraq təcrid olunmurlar. Amma bəzi maneələrlə rastlaşırlar. Buna baxmayaraq Afrikanın bəzi əyalətlərində albinoslar hələ də təhlükəli şəraitində yaşayırlar.

Yerli cadugərlər hesab edirlər ki, albinosların bədən üzvləri bəzi cadu və tilsimin gücünü artırır. Onların öldürülməsinə görə muzdlu qatillər çox yaxşı pul alırlar, hətta bu pul adi bir afrika vətəndaşının yarım illik əmək haqqından daha yüksəkdir. Bununla əlaqədar olaraq albinos uşaqların təhlükəsizliyi üzrə birlik yaradılmışdır və burada onlar təhsil alır və qorunur.

Statistikaya əsasən “rəngsiz” insanlara Afrikada Avropadan 6 dəfə çox rast gəlinir.

Maraqlı fakt: belə körpələrin dünyaya gəldiyi ailələrdə valideynlərin hər ikisində genetik problem olur və onların qanının qarışması nəticəsində albinos xəstəliyi övlada keçir.


Davamı →

Tənbəlliyə qalib gəlmənin 5 yolu

1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompüter arxasında oturmayın, yeməyin, oxumayın, musiqi dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.

2. Buda 5 dəqiqəlik iş var.
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüz 5 dəqiqə işləyəcəyinə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdırcaqsınız.

3. Böyük işləri hissələrə ayırın.
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur!


Ardı →

Çubuqla yeməyin faydaları

Uzaq keçmişdən indiyədək müasir dövrümüzdə belə, Şərqdə, əsasən də Çin və Yaponiyada yemək yeyərkən çubuqlardan istifadə edirlər.

 Onların özlərinin dediklərinə görə, yemək yeyərkən çubuqlardan istifadə etmək olduqca rahatdır. Digər tərəfdən səyyahların, zəvvarların, yolçuların özləri ilə yemək üçün ləvazimat gəzdirməsinə ehtiyac qalmır. Yemək üçün çubuqları istənilən ağac budağından hazırlamaq mümkündür.

  Çin və yapon xalqlarına görə, çubuqlarla yeməyin müsbət və xeyirli tərəfləri çoxdur. Belə ki, yemək yeyərkən çubuqlardan istifadə edərkən, yeməyi az-az götürmək olur. Gigiyenik baxımdan –  barmaqlar yeməyə toxunmur. Digər xeyirli tərəfi – sağlamlıqdır.

Qədim Çin həkimləri bunu belə izah edirdilər: yemək zamanı çubuqlardan istifadə edərkən əllərdə həyat üçün vacib olan 40-a yaxın nöqtələr masaj olunur. Yapon həkimləri isə əmin edirlər ki, çubuqlarla yeməyə başlayan uşaqlar qaşıqla yeməyə başlayan uşaqlara nisbətən daha tez böyüyürlər və daha sağlam olurlar.


Ardı →

Qədimlərə söykənən Stomatologiya

Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.

  Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.

  Misirdə aparılan arxeloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, hələ eramızdan əvvəllərdə də insanlar dişlərin müalicəsi, dəyişdirilməsi, əvəz edilməsi ilə çox ciddi məşğul olmuşdur.


Ardı →

Litr kimdir?

Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan – Batist Litrin adını daşıyır. Laboratoriya qablarını ilk dəfə o hazırlamışdır. Təəssüf ki, onun tərcümeyi – halının çox az hissəsi dövrümüzə gəlib çıxmışdır. Təkcə bu məlumdur ki, onun valideynləri  də şərab şüşələri hazırlamaqla məşğul imişlər.

  İsveç astronomu Anders Selsi ilə tanışlıq onun həyatında böyük rol oynamışdır. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölümündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi.


Ardı →

Gözün optik sisteminin defekti- Astiqmatizm

Astiqmatizm  gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.


Ardı →

Qocalma prosesi konkret hansı yaşdan başlayır

Alimlər qocalma prosesinin konkret olaraq hansı yaşdan  başladığınımüəyyən ediblər.

Cinsindən, həyat tərzindən və ya çəkisindən asılı olmayaraq insan 39 yaşından sonra qocalmağa başlayır. Belə hesab olunur ki, məhz bu yaşda, həyat yolunun bu yarısından sonrakı idrak və dayaq-hərəkət funksiyaları getdikcə zəifləməyə başlayır.

Alimlər kəşflərini belə izah edirlər ki, insan 39 yaşında insanda myelin maddəsinin ifrazı azalır. Myelin qatı sinir hüceyrəsi neyronlarının üzərini örtərək onları kənar mənfi təsirlərdən qoruyur. Məhz Myelin ifrazının dayanması orqanizmin hərəkət və idrak funksiyasının zəifləməsinə səbəb olur. Həmçinin məlumdur ki, myelin örtüyünün zədələnməsi dağınıq skleroz kimi qorxulu xəstəliklə nəticələnir.


Ardı →

Allergiyanın diaqnostikası

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

Dəri sınaqları 
Bu sınaqlar — insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir. Sonra həmin sahəyə mikroskopik miqdarda allergen (məsələn, bitkilərin çiçəklərinin tozcuqları, məişət tozu, heyvan tükləri, qida maddələri və s) sürtülür. Bir müddət keçdikdən sonra həmin yerdə bir qədər şişkinlik və dərinin qızarması baş verə bilər ki, bu da həmin allergenə qarşı allergiyanın olmasını göstərir.Dəridaxili sınaqlar – allergiyanın diaqnostikası üçün kifayət qədər dəqiq olan və uzun zaman ərzində yoxlanılmış bir üsuldur.
Ardı →

Xristian pritçası

Bir dəfə keşişin yanına bir cütlük gəldi və dedi:

— Müqəddəs Ata — qadın söylədi — mən uşaq gözləyirəm, bizim isə artıq 4 övladımız var. İndi isə, beşinci olacaq. Yaşayışımız çox çətindir. Uşağı götüzdürmək (abort mənasında) istəyirik, bizə xeyir-dua verin.

— Görürəmki, siz çox çətinliklə yaşayırsınız — keşiş cavab verdi — nə etmək olar, övladınızı ölürmək üçün sizə xeyir-dua verirəm. Lakin böyük qızınızı öldürün, onun artıq 15 yaşı var: o bu dünyada az-çox yaşayıb, gün görüb, amma hələ doğulmamış övladınız isə heç günəş şüalarını belə görməmişdir. Onu bundan məhrum etmək ədalətsizlik olardı.

Qadın dəhşət içində üzünü əlləri ilə bağladı və hönkürməyə başladı.
Davamı →

Padşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi. 

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub getmək əmri ver! Ölürəm artıq!

Padşah isə, çiyinlərini çəkdi:
— Yox! Milçəklər mənə tabe deyillər! Milçəkləri qova bilmərəm!

Padşah üzünü çevirərək, əshabələri ilə yoluna davam etdi. Yoxsul isə, yenə də isti Günəş altında taqətsiz halda milçəkləri qovmağa cəhd edirdi.
Elə bu andaca yoxsul kişinin yanına hər tərəfdən insanlar toplaşmağa başladı:
— Bəxtəvər! Yəqinki, padşah sənə varlı olmağa kömək etdi, hə?!
Yoxsul kişi kədərli halda əllərini yellədərək dedi:
— Mən təsəvvür etmirdim ki, padşah belə gücsüz olar. O milçəklərdən belə məni qoruya bilmədi. Axı yaradılmışlar sırasında milçəkdən gücsüz heçnə yoxdur…
Davamı →