Xristian pritçası

Bir dəfə keşişin yanına bir cütlük gəldi və dedi:

— Müqəddəs Ata — qadın söylədi — mən uşaq gözləyirəm, bizim isə artıq 4 övladımız var. İndi isə, beşinci olacaq. Yaşayışımız çox çətindir. Uşağı götüzdürmək (abort mənasında) istəyirik, bizə xeyir-dua verin.

— Görürəmki, siz çox çətinliklə yaşayırsınız — keşiş cavab verdi — nə etmək olar, övladınızı ölürmək üçün sizə xeyir-dua verirəm. Lakin böyük qızınızı öldürün, onun artıq 15 yaşı var: o bu dünyada az-çox yaşayıb, gün görüb, amma hələ doğulmamış övladınız isə heç günəş şüalarını belə görməmişdir. Onu bundan məhrum etmək ədalətsizlik olardı.

Qadın dəhşət içində üzünü əlləri ilə bağladı və hönkürməyə başladı.
Davamı →

Padşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi. 

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub getmək əmri ver! Ölürəm artıq!

Padşah isə, çiyinlərini çəkdi:
— Yox! Milçəklər mənə tabe deyillər! Milçəkləri qova bilmərəm!

Padşah üzünü çevirərək, əshabələri ilə yoluna davam etdi. Yoxsul isə, yenə də isti Günəş altında taqətsiz halda milçəkləri qovmağa cəhd edirdi.
Elə bu andaca yoxsul kişinin yanına hər tərəfdən insanlar toplaşmağa başladı:
— Bəxtəvər! Yəqinki, padşah sənə varlı olmağa kömək etdi, hə?!
Yoxsul kişi kədərli halda əllərini yellədərək dedi:
— Mən təsəvvür etmirdim ki, padşah belə gücsüz olar. O milçəklərdən belə məni qoruya bilmədi. Axı yaradılmışlar sırasında milçəkdən gücsüz heçnə yoxdur…
Davamı →

Gənclik və Səadət

Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür.

Qədim, gur bir şəhər. Cavanın ürəyi çırpınır. O, aşağı enib şəhərə yaxınlaşır. Darvazaçı gənc olduğunu görüb, onu şəhərə buraxır. O, həyəcanla izdihamlı küçələrdən keçir. Ətrafda çağlayan gözəlliyə, cah-cəlala heyranlıqla baxır. Nəhayət, o meydanların birində dayanıb Gəncliyinə belə deyir:

— Bura bax, görürəmki bu şəhərdə Səadəti əldə etmək o qədər də asan deyil. Bunun üçün mübarizə dolu illər lazımdır. Sən Səadətsiz heçnəsən, sənsiz də Səadətin bir faydası yoxdur. Buna görə, gəl belə eləyək. Mən gedim Səadət üçün mübarizəyə başlayım, sən məni burada gözlə. Heç yana getmə ha!
Cavan oğlan bunu deyib izdihama qarışır. 

Neçə illərdən sonra o, Səadəti ilə Gəncliyinin dalınca gəlir. «Aha, odur həmin meydan. Hardasan, Gəncliyim?» — qışqırır.
Amma artıq Gəncliyi yox idi. İllər alıb aparmışdı.

Əlisa Nicat 
Davamı →

Yaşıl kofe

Yaşıl kofe qovrulmamış təbii kofedir. Zəngilik baxımından adi satışda olan kofedən dəfələrlə zəngindir. Yaşıl kofeni satışdan əldə etmək çox çətindir. Ancaq internet üzərindən axtarıb tapmaq olar və yaxut sifarişlə əldə etmək mümkündür. Yaşıl kofenin qiyməti adi kofedən bahadır. Bu onun qıtlığı ilə bağlıdır.

Yaşıl kofe hal-hazırda piy qatının əridilməsi, arıqlamaq üçün geniş istifadə edilir. Yaşıl kofe istifadə zamanı piy qatının əriməsindən sonra adətən dəridə qırışlar qalmır, bu onunla bağlıdır ki, arıqlama müntəzəm yavaş-yavaş olduğundan bu hal baş vermir. Arıqlamaq üçün yaşıl kofe həm çox təhlükəsiz, həm də ucuz başa gəlir.

Qovrulmuş kofe yağları 16%, yaşıl kofe isə 46% məhv edir. Bu baxımdan yaşıl kofe adi qovrulmuş kofeni üstələyir. Dadına-tamına görə yaşıl kofe qovrulmuş kofedən fərqlənmir. Kofe ağacdan dərilir və istehlak üçün qovrulur. Yaxşı bədən fiqurası əldə etmək üçün yaşıl kofe əvəzedilməz və təhlükəsizdir. Əgər adi kofeni gündə üç stakan içmək məsləhət görülürsə, yaşıl kofeyə məhdudiyyət yoxdur, istənilən qədər içmək olar, faydadan başqa bir təsiri yoxdur.

 Həmçinin yaşıl kofe baş-beynin fəaliyyətini stumilə edir və yorğunluğu aradan qaldırır. O insana güc verir, baş ağrıları zamanı, miqren zamanı,damar spazmalarında effektlidir və tonuslandırıcı təsirə malikdir. Yaşıl kofedən həmçinin kosmetologiyada işlətmək üçün yag da istehsal olunur. Bu yağ tükün köklərini bərkitməklə yanaşı, uzanmasına da kömək edir. Həmçinin yanıqların müalicəsində yaxşı effekt verir.


Davamı →

Jaguar XE


Cenevrə avtosalonu Britaniyanın Jaguar şirkətinin gələcək planlarını bölüşmək üçün yaxşı fürsət olub. Şirkətin rəsmi açıqlamalarına görə, tezliklə Jaguar modellərinə yeni kompakt XE sedanı əlavə olunacaq.


Ardı →

Sosial marketinqdə edilən ən böyük səhvlər

Müştəriləri necə qorxutmamalı?
Azərbaycanda şirkətlərin mütləq çoxluğunun Facebook-da səhifələri var. Şirkətlər, marketoloqlar sosial şəbəkələrin gücündən yararlanmağa çalışırlar. Dünya markalarının sosial mediada irəliləyişində böyük təcrübəyə baxmayaraq, Azərbaycanda heç də bütün şirkətlər bundan düzgün istifadə etməyin yolunu bilmirlər. Hansı səhvləri etməmək və onlardan necə qaçmaq lazım olmasının yolları barədə Tactical Marketing Labs şirkətinin həmtəsisçisi Brett Relanderin məsləhətlərinin yararlı olacağını düşündük.

O, firmaların irəliləyişə nail olmasına kömək edir və internetdə müştərilərin reputasiyasının müdafiəsiylə məşğul olur. Brett digital-marketinq sahəsində 10 ildən çoxdur işləyir, Dallas Cowboys və IKEA kimi korporasiyalarla əməkdaşlıq edib. Texas Universitetində marketinq fənnini tədris edir.


Ardı →

Krişnamurti hikməti

Həqiqət keçilməz bir səddir.Jiddu Krishnamurti

İtaətkarlığın səbəbi qorxudur, bu isə ağlı kütləşdirir.

Ağrıların çarəsi ağrılardır. İztirab özü insanı əzab çəkməkdən xilas edir.

Azadlıq və sevgi bir-biri ilə bağlıdır. Sevgi münasibət demək deyil. Səni sevirəm, çünki, məni sevirsən, bu, sevgi deyil, bu, çox bəsit bir ticarətdir, bazardan mal almaq kimi. Əsl sevgi qarşılığında heç nə gözləmədən verilən sevgidir, nə isə verdiyini hiss etməməlisən və sadəcə bu sevgi azadlığa doğru aparır.

İnsan yalnız təbiətdən uzaqlaşanda məbədlər, kilsələr, məscidlər əhəmiyyət kəsb etməyə başlayır.

Sizə iki şeytanın hekayəsini danışmaq istərdim. Yol boyunca addımlayan iki şeytan qarşıdan gələn bir kişinin yerdən nə isə götürdüyünü və ona nəzər saldıqdan sonra cibinə qoyduğunu görürlər. Şeytanlardan biri «o kişi nə götürdü elə?” — deyə soruşdu. Digər şeytanın cavabı isə „bir parça həqiqət” oldu. “Onda bu sənin üçün çox pis işdir” — dedi şeytan. Cavab isə „Yox, tam olaraq elə deyil. Mən ona bu işi görməkdə kömək edirəm” oldu.
Ardı →

Dünya iztirabları | Artur Şopenhauer

"Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur" (Artur Şopenhauer)

Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.

Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.

Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.

Bizlər, otluqda qurbanını bir-bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin — kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.

Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
Ardı →

Təhsil | Artur Şopenhauer

Uzun müddət oxuyub öyrəndikdən sonra olanlar haqqında bir qədər məlumatsız şəkildə, bəzən isə yalnış təəssüratlarla gənclik dünyamıza daxil oluruq. Davranışlarımızda bəzən əsəbilik, bəzən isə yersiz əminlik hiss olunur. Bunun da səbəbi ondan ibarətdir ki, beynimiz xeyrini görməyə çalışdığımız, amma çox vaxt doğru istifadə edə bilmədiyimiz ümumi ideyalarla doludur. Bu da əvvəlcə ümumi ideyalara, daha sonra xüsusi müşahidələrə yiyələnmək kimi beynin təbii inkişafına zidd əməllərin nəticəsidir: arabanı atın önünə bağlamaq kimi bir şeydi.

Müəllimlər şagirdlərin şeçim etmə qabiliyyətini inkişaf etdirmək, onlara azad düşünmək və mühakimə yürütmək vərdişlərini öyrətmək əvəzinə, bütün enerjilərini başqalarının söylədiyi hazır ifadələri öyrətməyə sərf edirlər. Ümumi ideyaların yalnış tətbiqi nəticəsində ortaya çıxan yalnış həyati görüşlər yalnız uzun illərin təcrübəsindən sonra düzəldilir və çox nadir hallarda bu fikirlər tamamilə düz olur və elə buna görədir ki, təhsil alan insanların çox az qismi sağlam düşüncəyə malik olur, təhsilsiz insanların isə demək olar ki, əksəriyyətində sağlam düşünmək bacarığı olur.
Ardı →

İzahat | Anar

Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm.
Bu il məktəbimizin 70 illiyiylə bağlı başqa veteran müəllimlər kimi məni də

Abşeron istirahət evlərindən birinə on günlük putyovka ilə təltif etdilər. Oktyabrın 5-də istirahət evinə gəldim. Otaqda qonşum başqa bir orta məktəbdə dərs deyən Bəhram adlı müəllim idi. Artıq səkkiz gün idi ki, burdaydı.
 
Elə birinci gün istirahət evində təzəcə yerləşmişdim, səhər yeməyinə çatmadım, nahara getdim. Masamızın arxasında Bəhram müəllimlə məndən başqa iki nəfər də əyləşmişdi. Onlar artıq naharlarını yeyib bitirmişdilər, çay içirdilər. Mənim oturduğum yerdə kimsə məndən əvvəl nahar eləmişdi.

Çox yaraşıqlı gənc xidmətçi qız(o xidmətçidən çox şou ulduzuna bənzəyirdi) masamıza yanaşdı, salam-kalamsız qarşımdakı boşqabdan yemək artıqlarını əlindəki torbaya boşaltdı, yersilən tryapkanı xatırladan çirkli bir əsgiylə həmin boşqabı yüngülvari silib qabağıma qoydu. İri qaşıqla qreçkanı boşqaba çəkmək istəyirdi ki, əlindən yapışdım. –Qızım-dedim. Apar bu boşqabı yaxşı-yaxşı yu, gətir. Ya ayrı, təmiz boşqab gətir.
Ardı →