Yuxularımızda oxşarlıq varmı görəsən? ("Esther`ə Məktublar" adlı kitabımdan)

...Günəş xəfif addımlarla yaxınlaşır Bakıya...
Şərqdən gələn ilk şəfəqləri hiss edən quşlar bir ağızdan oxuyurlar.
Mən bunu anladım o səslərdən :
— Nəisə başlayacaq.
Bu qaranlıq çəkildiyi vaxt, daha öncə heç nə olmamış nəisə olacaq. Bütün canlıların dörd gözlə gözlədiyi, yoxluğuna neçə vaxtır ki güclə davam gətirəcəyimiz nəisə. Bir möcüzə.
Ardı →

Mikrodalğalı sobanın təmizlənməsi

Siz yağlı mikrodalğalı sobanızı təmizləmək üçün rahat və ucuz vasitə axtarırsınız?
O zaman sizin bununla bağlı  bütün suallarınızın cavabı adicə bir  limondadır.

Sobaya hopmuş yağla uzun müddət mübarizə artıq geridə qaldı. Dərhal limondan istifadə edin və məsələnin rahat həllini tapın.
 
İlk növbədə yarısı sıxılmış limonun şirəsini bir boşqab su ilə, təxmini 300 ml, qarışdırın. Sonra isə hazırladığınız məhlulu sobanın içərisinə qoyun və maksimal istilik dərəcəsinə çevirərək 5-10 dəqiqə saxlayın.

Nəticədə buxar sobanın divarlarındakı yağı əridəcək. Sonda isə limon təravəti hopmuş sobanı çay dəsmalı ilə qurulayın. Və budur həm problem həll olundu, həmdə sobanız təmizləndi.
Davamı →

Divar dekorları


Bizim hər birimizin evində toyuq qanadları və ya digər ət növləri aldığımız ərzaq qabları var. Nə üçün onları yenidən istifadə etməyəsiniz? Siz bu qabları götürün və onları istədiyiniz rəngdə rəngləyin və üzərlərini dekorasiya kağızları ilə örtün.
Ardı →

İmtahanda vaxtın düzgün istifadəsi

İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər.  Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz  bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.

İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur.  Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.

Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın  davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd  vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır.  İmtahanın bitməsinə  nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.


Ardı →

3 sağlam vərdiş

Narahatlıqdan əl çək
Narahatlıq sağlam vərdiş deyil. Sizin nəzarətinizdən kənarda olan bəzi şeylər var.

Məsələn, siz ehtiyyatla maşın sürməyə çalışırsınız, lakin ətrafınızda heç də diqqətli olmayan sürücülər var. Sizi vura biləcək içkili sürücünü siz idarə edə bilməzsiniz. Lakin siz bu qəzadan sonra, öz münasibətinizi və edəcəyiniz hərəkəti nəzarət alında saxlaya bilərsiniz.

Narahat olmaq sizin sağlamlığınıza xeyir gətirmir. Bunun yerinə problem nə olursa olsun, nəysə etməyə çalışın. Əgər nə edəcəyinizi bilmirsinizsə, kimdənsə yardım istəyin.

Şükür et
Sahib olduğun üçün şükür et. Yaşadığın yeni gün üçün şükür et. Səhər oyana bilməyən insanları düşünüb, oyandığın gün üçün şükür et. Səndən də pis vəziyyətdə olan insanların var olmasını unutma. Belə bir sitat var «Mən, ayaqları olmayan insanı görənə kimi, ayaqqabılarım yox idi deyə ağlayırdım»

Əhvalını yüksəlt
İnsan xromosomların azalması səbəbi və yaşla əlaqədar olaraq xəstəliklərə qarşı həssas olur. Yeni tədqiqatlar göstərir ki, həyat tərzinin dəyişdirilməsi xromosomların çoxalmasına səbəb olan fermentləri artıra bilər.


Davamı →

Uşaqlar üçün ən faydalı 10 qida

Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.

Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:

1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.

2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.


Ardı →

Xiyarın faydaları

  • Flora

Xiyar o tərəvəzlərdəndir ki, onsuz yay salatlarını təsəvvür etmək mümkün deyil. Çünki xiyarın tərkibi faydalı maddələrlə zəngindir. Xiyarın əsas hissəsi sudan ibarətdir. Strukturlaşdırılmış və asanlıqla həzm olunan xiyar suyu demək olar ki, orqanizmə  lazım olan bütün mikroelementlərlə zəngindir. Xiyarın tərkibində o qədər də çox vitamin yoxdur (C, E, B1, B2, Provitamin A), amma tərkibində bu qədər mikroelement və mineral olan tərəvəz azdır.

Xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.

Tərkibindəki kaliumun zənginliyi sayəsində xiyar qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə malikdir. Yod qalxanvari vəzinin fəaliyyətini təmin edir və skleroza qarşı mübarizə xüsusiyyətini daşıyır. Mis, mərkəzi sinir sisteminin fəaliyyəti və orqanizmin insulin istehsalı prosessində iştirak edir. Bu da, xiyarı şəkər xəstələri üçün mühüm qida məhsulu olmasını təmin edir.


Davamı →

Düzgün nəfəs almaq


Şübhəsiz ki, nəfəs alıb vermək sağlam insanlar üçün çox asan bir işdir. Çox vaxt «Necə nəfəs alıb verməliyik?» mövzusunda danışmırıq, çünki nəfəs alıb vermək hər zaman etdiyimiz bir fəaliyyətdir. Bizim həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. Yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik, amma  nəfəs almadan bir neçə dəqiqə belə həyatda qala bilmərik. Buna görə də danışılması zəruri olan ən əhəmiyyətli mövzulardan biri doğru nəfəs alıb verməyi öyrənməkdir.

Doğru nəfəs alıb verməyin əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk əvvəl qeyri-kafi və nizamsız nəfəs alıb verməyin zərərlərinə bir nəzər salmaq lazımdır. Orqanlarımıza oksigen daşınmasına kömək edən ürəyimiz bu kimi bir vəziyyətdə çətinliyə düşən ilk orqanımız ola bilər; yəni, infarkt keçirmə ehtimalımız artacaq. Qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, sətəlcəm, astma, danışma problemləri, stresslə mübarizə nizamsız nəfəs alıb verməklə yaranan  problemlərdir.

Digər tərəfdən, doğru və idarəli nəfəs alıb verməyimizin bir çox faydası vardır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqinin düşməsi, qan dövranının sürətlənməsi, həzmin asanlaşması, stresslə daha asan mübarizə, anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu məhv etmək bunlardan bir neçəsidir.

Bu faydaları düşünərkən  gündəlik yaşamamızda «Necə doğru nəfəs alıb verməliyik?» sualını cavablandırmalıyıq. Dünya Sağlamlıq Təşkilatının standartlarına görə doğru nəfəs alma dedikdə aşağıdakılar nəzərdə tutulur:


Ardı →

Qeyri-adi bayram: “Beynəlxalq İnternetsiz gün”

Məlum olduğu kimi, bayram tarixləri sırasında “İnternet günü” ilə yanaşı “Beynəlxalq İnternetsiz gün” adlı qeyri-adi bir bayram da mövcuddur.

Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaqdır.

Böyük Britaniyanın sosial ixtiralar institutunun təsisçisi olduğu bu bayram 2000-ci illərin əvvəllərindən etibarən keçirilməyə başlayıb. Təbii ki, o vaxtdan bəri qlobal şəbəkə dünyasında əhəmiyyətli dəyişiklilər baş vermişdir. Həmin dövrlərdə İnternet-istifadəçilərin sayı az idi və onları qlobal şəbəkədən “qoparmaq” daha asan idi. Lakin son 10 ildə onların sayı 5 dəfə artaraq 3 milyarda çatmış, İnternet həyatın bütün sferalarına sürətlə nüfuz etmişdir.

Bir çox ölkələrdə qeyd olunan bu günün təsisçiləri bütün dünyanın İnternet istifadəçilərini ilin heç olmasa bir gününü doğmalarıyla keçirməyə, öz sevimli məşğuliyyətlərinə həsr etməyə, muzeyə və ya sərgiyə getməyə çağırır.




iсt.az saytına istinadən


Davamı →