Oğlum Əli üçün

Oğlum Əli üçün (18.11.2013)

Sənin gözlərindən ilham alıram,

Sənin baxışınla qalxır həvəsim.

Sənin gülüşündən mən kam alıram,

Səsinlə ucalır eşq dolu səsim. 

Sənin baxışındır saxlayır məni,

Qaranlıq yollarda azmağa qoymur.


Ardı →

Budda dənizinin sahilləri yoxdur

Kiməsə yol gostərməmişdən əvvəl oz gedəcəyin yolu oyrən.Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur.

İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.

Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.

Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.

Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.

Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.


Ardı →

Səbr et, Allahın yardım əli həmişə üzərimizdədir.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.
Ardı →

Xəzər Dənizi poemamdan parçalar... (ordan-burdan)

Şairlərin qələmindən,
            sözündən süzülüb,
Oğlu şəhid anaların ürəyindən,
           gözündən süzülüb yarandı bu göl... 
Buludların göyüzündən,
           göyün çölündən, düzündən süzülüb yarandı bu göl...
Öz dərdini sıxıb özündən süzülüb yarandı bu göl...

Sahilləri qayalandı, təpələndi,
Hər qayaya dərd gətirdi,
           dərd sahilə səpələndi.
Cuşa gəldi, dalğalandı,
           dalğalandı, ləpələndi
DƏNİZ OLDU BU GÖL... 

         *     *    *

Ürəyində min-min arzu,
Dalğasında ah gətirib.
Baş götürüb qaçıb dəniz,
Sahilə pənah gətirib.

Çırpıb özün daşa-dağa,
Hər damlası coşqun dalğa.
Ya gəlib günah yumağa,
Ya bizə günah gətirib.

Göydən süzülə-süzülə,
Gah tərs gedib, gah düzünə.
Bu allahsız yer üzünə
Göylərdən allah gətirib...

      *         *       *

Dərdlərimi al qoynuna,
Al qoynuna çək, Xəzərim!
Xəyalım yükdü boynuna,
Götür tez gedək, Xəzərim!

Gəl xəyala bir düşək biz,
Söhbət edib dərdləşək biz.
Bir az lilli, çirkli dəniz,
Bir az gömgöyçək Xəzərim.

Dərdlərimi çağladırsan,
Ürəyimi dağladırsan.
İstəyəndə ağladırsan
Eyləyirsən ərk, Xəzərim!

2003-cü il. 

 
Davamı →

Sadə hökmlər və onların növləri

Hökmlər sadə mürəkkəb olmaqla iki növə bölünür. İki anlayış arasında əlaqəni ifadə edən hökmə sadə hökm deyilir.Məsələn, “Məntiq elmdir”, “Cəfər sürücüdür”.Mürəkkəb hökmlər isə bir neçə sadə hökmü birləşdirir.  Sadə hökmlərin özü də aşağıdakı üç yerə bölünür.

1) Atributiv ( xassə, əlamət sözündəndir ) hökmlər.Atributiv hökm predmetin əlaməti haqqında fikirdir.Burada müəyyən xassənin, əlamətin və halın predmetə məxsus olması iqrar və ya inkar edilir.Məsələn, “Bakı şəhəri “qara qızıl” diyarıdır”, “İnsan şüurludur” və s.Atributiv hökmlərin formulu belədir: “S – P-dir” S – P deyil”.

S hökmün subyektini, yəni hökmün predmeti haqqındakı məfhumu, P isə hökmün    predikatını, yəni hökmün predmetinin əlaməti haqqındakı məfhumu ifadə edir.


Ardı →

Sinxay inqilabı

Yarımfeodal  ölkə  olan  Çində  XX   əsrin əvvəllərində     sosial-iqtisadi     ziddiyyətlər kəskinləşmişdi. Çin xalqı həm də iri xarici dövlətlərin müstəmləkə zülmündən də əziyyət çəkirdi.
Bütün bunlar, Çində vətənpərvər qüvvələrin formalaşmasına və baş qaldırmasına səbəb olurdu. Artıq XX əsrin əvvəllərində Çin xalqının mancur əsarətinə və müstəmləkə zülmünə qarşı mübarizə şəraiti yaranmışdı. 1903-1905-ci illərdə Çinin bir sıra şəhərlərində inqilabi təşkilatlar və cəmiyyətlər meydana çıxmışdı. Onlardan biri də Sun Yatsenin başçılıq etdiyi "Çinin dirçəliş ittifaqı" idi. Onun Çində və başqa ölkələrdə 40-a qədər təşkilatı fəaliyyət göstərirdi. 1905-ci ilin sentyabrında Tokioda onlar birləşərək «Çin inqilabı birlik İttifaqı» (Cjiyu Temin Tunminxuey) yaratdılar. Onun prezidenti Sun Yatsen, vitse-prezidenti isə Xuan Sin seçildilər «İttifaq»ın proqramının əsasını liberal demokratizm prinsipləri təşkil edirdi. O, Sun Yatsenin «üç xalq prinsipinə-«millətçilik, demokratiya və xoşbəxtlik» prinsiplərinə əsaslanırdı. O, «Minbao» (Xalq) qəzeti nəşr etdirirdi.
Ardı →

Verner Heyzenberq

Verner Karl HeyzenberqVerner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Həyatı
Verner Heyzenberq 1901-ci ildə Vürzburqda Bizans tarixi professoru Avqust Heyzenberqin ailəsində anadan olmuşdur. Fizikanı Münhendə Zommerfildin rəhbərliyi altında öyrənmişdir. Universiteti cəmi üç ilə bitirmişdir. «Maye axınlarının stabilliyi və turbulentliyi“ mövzüsunda dissertasiya müdafiə edir. 1924-cü ildə Göttingendə Maks Bornun assistenti işləyir. Bir müddət isə Kopenhagendə Nils Borun yanında çalışır. Növbəti illərdə Maks Born və Paskual Yordanla birlikdə kvant mexanikasının ilk variantı olan matriks mexanikasının əsasını qoyur. 1927-ci ildə cəmi 26 yaşında Leypçiq universitetinin professoru təyin olunur. 1932-ci ildə isə fizika üzrə Nobel mükafatına layiq görülür. 1942-45-ci illərdə Kayzer Vilhelm adına fizika institutuna rəhbərlik edir və Berlin universitetində dərs deyir. Məhz Berlində ikən 3-cü Reyxin Silahlı Qüvvəlır İdarəsinin uran layihəsində iştirak edir. 1945-46-ci illərdə İngiltərədə saxlanıldıqdan sonra Almaniyaya qayıdır və Münhendə Maks Plank adına fizika institutunun direktoru təyin edilir.

Dahi fizik 1936-cı ildə Elizabet Şumaxerlə evlənir və yeddi övlad atası olur. Oğullarından biri- Martin Heyzenberq genetika professoru olur.


Ardı →

Məşhur əsərlərin həqiqi qəhrəmanları

Alisa Lidell“Alisa möcüzələr ölkəsində” – Alisa Lidell
Luis Kerroll imzası ilə tanınan yazıçı Çarlz Doçstlant “Alisa möcüzələr ölkəsində” əsərini yazanda ən çox Alisa Lidell adlı balaca qızcığazdan təsirlənib. Kerroll bir çox uşaqlarla vaxt keçirsə də, ən çox sevdiyi məhz Alisa olub. O, 1860-cı ildə yeddi yaşlı Alisanın şəklini çəkərək “Alisanın Yeraltı səyahəti” adlı ilk kitabının sonuncu səhifəsində verib. Deyilənə görə, Doçstlant qızcığaza qarşı intim hisslər bəsləyirmiş və bu səbəbdən də 1963-cü ildə Lidell ailəsi ilə arası dəyib. Qəribədir ki, yazıçının Alisa ilə münasibəti dövründə — 1958-63-ci illərdə yazdığı gündəliklər yoxa çıxıb. Şayiənin doğru olub-olmadığı hələ də naməlum qalır. 

“Dorian Qreyin portreti“ – Con Qrey 
Uayldın məşhur “Dorian Qreyin portreti” əsəri yayımlandıqdan sonra təkcə dostları deyil, bütün mətbuat əsərin baş qəhrəmanın şair Con Qreyə bənzədiyindən yazıb. Şair və tərcüməçi Con Qrey də baş qəhrəman Dorian Qrey kimi 25 yaşında olsa da, üz cizgilərinə görə 15 yaşlı oğlana bənzəyirmiş. Con Qreyin Uayldla dostluq və sevgi münasibətləri yazıçının həbsə girməyi ilə soyuyub.
Ardı →