nağıllar

Bir gun saytlarin birinde taniw bir adam bele bir weir paylawmiwdi.

Aci heqiqetler bal dadir indi, 
Arisi olmayan bal satir indi, 
Keceli saclilar aldadir indi,
Daha nagillara inanmiram men... 

Ele yuxularda atlar kishnedi, 
Divleri qazana saldim, bishmedi, 
Gozledim goylerden alma dushmedi, 
Daha nagillara inanmiram men...

Ve men ona bele bir cavab yazdim.

El acib yalvaraq uca allaha,
Yalanlar doqrudan olubdur baha.
Tulkunun hiylesi iwlemir daha,
Daha naqillara inanmiram men.

Kiwiler soz verib sozu bitirmir,
Verilen sozleri yere yetirmir.
Nenemin naqili yuxu getirmir,
Daha naqillara inanmiram men.

Koroqlu,Babekler cixibdi yaddan,
Kinolar cekilir indi Poladdan.
Cirtdan da,Divler de duwubdu moddan,
Daha naqillara inanmiram men.

Goz yawi oluban gozden axiram,
Ozumu alova,oda yaxiram.
Geceler youtubda sekse baxiram,
Daha naqillara inanmiram men.

Davamı →

Danışır Konfutsi

Oxudum, unutdum, gordum, xatırladım, etdim, oyrəndim.Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.


Ardı →

Kişilər üçün etik qaydalar.

1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.
2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir
3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadınıdan icazə qaldıqdan sonra edə bilər.
4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.…
5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkan arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkan qabaqda getməklə öz yoldaşını «sığortalamalıdır»


Ardı →

Burberry Prorsum 2014 Resort kolleksiyası

Burberry Prorsum, Londonda 2014 Resort kolleksiyasını nümayiş etdirib. Burberry Prorsum, klassik cizgisini unutmadan ancaq daha yaxşı inkişaf etdirərək yeni kolleksiya hazırlayıb. Klassik incə və qısa pencəkləri hər zamankı kimi çox bacarıqla hazırlanıb. Trasnparan detallara sahib qələm ətəklərin ön plana çıxdığı kolleksiyada metalik rənglər, pastel tonlu jaketlər və rəngli çantalar diqqət çəkir.

Yeni kolleksiya təkcə qadınları deyil, kişilərin də ürəyincə oalcaq. Kişilər, Burberry resort 2014 kolleksiyasından bəhrələnən qadınları görəndə heyranlıqlarını saxlaya bilməyəcək. Eyni zamanda ziyafət libasları mükəmməl kürək dekoltesinə və düz kəsimlərə sahibdir. 


Ardı →

İbrətamiz hekayələr

1. Bir gün siçan görür ki, fermanın sahibi tələ qoyub. O bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Amma onlar hamısı bele cavab verdilər: «Tələ — bu sənin problemindir, onun bizə heç bir aidiyyəti yoxdur»!

Az sonra bu tələyə ilan düşür və fermerinın sahibinin arvadını sancır. Onu sağaltmaq üçün toyuqdan şorba hazırlanır. Sonra qoyunu kəsdilər ki, xəstəni görməyə gələn hər kəsi yedizdirsinlər. Və nəhayət, inəy kəsildi ki, dəfin mərasimini layiqincə versinlər.

Bütün bu müddət  ərzində siçan baş verənlərə divardakı deşikdən baxıb,  baş verənləri müşahidə edərək, bəzilərinin hec kimə hec bir adiyyatının olmaması haqda fikirəsirdi.

İbrət: Əgər Sizə nəyinsə bir başa dəxli yoxdursa, elə düşünməyin ki, bu nəsə hec vaxt Sizin başınıza gələ bilməz.


Ardı →

Sualtı heykəllər muzeyi

Britaniyalı heykəltəraş Jason deCaires Taylor bu yaxınlarda sementdən hazırladığı daha bir skulpturu təqdim edib. Yer altı heykəllər muzeyi Meksikanın şərqində Qəraib dənizinin sahilində yerləşən Kankun kurortunun yaxınlığında yerləşir. Burada 500 heykəl və skulptut mövcuddur.
 
Ardı →

Norveç dağları

Norveç Krallığı — Skandinaviya yarımadasının qərb hissəsində yerləşən dövlətdir. Skandinaviya yarımadası çoxlu sayda kiçik adalarla əhatə olunmuşdur. Norveç — gözəl səliqə-sahmana və infrastruktura malik bir ölkədir. Burda 2 fiordu, 5 şəlalə, çoxlu dağlar, bir dəmir yolu və böyük bir buzxana var.


Ardı →

Evi az vaxtda təmizləmək üçün

Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
 

* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.

* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.

* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.

* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.


Ardı →

Sevgilim, sadəcə mənim olarsanmı?!

  • Sevgi

Sevgilim, sadəcə mənim olarsanmı?

Əlini tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı?

Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına «Mən səni sevirəm» deyəndə, «Mən də səni sevirəm» deyən olarsanmı?

Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı?

Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı?

Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı?

Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək isteyen olarsanmı?

Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı?

Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsanmı?

Hər gün yuxu görürəm. Bəzən səni də görürəm… Hər gün yuxumu bəzəyən mələk olarsanmı?

Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı?

Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı?

Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, sevgilim? Mənim olarsanmı?

Sevgilim, sadəcə mənim olarsanmı?


 


Davamı →