Su haqqında bildiklərimiz və bilmədiklərimiz...

Su və həyat

          Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 2/3 hissəsini su təşkil edir. Hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Təbiəti susuz təsəvvür etmək də mümkün deyil. Elə bu baxımdandır ki, su haqqında olan bütün fikirlər, su haqqında olan bütün elmlər çox maraqlı və ecazkardır. Əslində isə su həyat mənbəyi deyil, elə həyat suyun özü deməkdir. Son zamanlarda insanlar Günəş sistemi planetlərindən hansındasa həyat əlamətləri axtarmağa başlayıb. Bəs kosmosa uçan insan orada həyatın olub-olmadığını hansı əlamətlərə görə, hansı üsullarla axtarır? Yenə də su göz önünə gəlir: insan dühası qonşu planetlərdə məhz suyu axtarır – bilir ki, su olan məkanda mütləq həyat olacaq.

          Su müqəddəsdir. Və bu müqəddəs nemət olan su heç də şəffaf göründüyü kimi sadə bir nemət deyil. Su elə bir sehirli nemətdir ki, onun dərinliklərdə yatan bəzi incə sirrləri hələ də elmə məlum olmayan tərəfləri ilə ön plandadır. Biz bu müqəddəs sayılan suya təbiətdə müxtəlif hallarda rast gəlirik. Suyun müqəddəsliyi özünü yuxularımızda da göstərir. Yuxuyozan alimlər belə qənaətə gəlirlər ki, yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə şərh olunar. Bir kimsənin yuxuda suyu evində görməsi, səadətə, toplu mala, çox xeyirə və subaydırsa evlənməyə şərh olunar. Yuxusunda su içən, gözəl bir həyata qovuşar. Qədəh içində olan saf suyu içdiyini görən kimsə, uşaq və xanımından xeyirə çatar. Çünki şüşə qadınların cövhərindəndir. Onun içindəki su isə, ana bətnindəki uşaqdır. Saf bir suya atladığını görən kimsə, tez sevincə çatar.


Ardı →

Nüsrət Kəsəmənlinin lirikası


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç


Ardı →

İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
Ardı →

Allan Pon - Qara pişik hekayəsi

Danışacağım bu heyrətləndirici hekayəyə inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm.   Mənim, özümün inanmadığım bir şeyə sizləri inandırmağa qalxışmağım dəlilik olar. Bununla belə dəli deyiləm və xəyal da görmədim. Amma sabah öləcəyim üçün, bugün içimi boşaltmaq istəyirəm. Məqsədim hərkəsə açıq, qısaca, çeşidli düşüncələr, görüşlər irəli sürmədən, evimdə olub-bitənləri başa salmaqdır. Bu hadisələr, ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldular. Yenə də, bunları açıqlamağa çalışmayacam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr, başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də gələ bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri, Danışacağım şeylərin bir-birlərini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub, gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.


Ardı →

Sözün şəklini çəkənlər

Sənin bir günahın yox idi mənim balam. Anan səni belə doğmuşdu. Heç ananın da bir günahı yox idi. Sadəcə gələcəkdə həyatın bəzi çirkinliklərini söyməyəsən deyə zalım dünya səni lal yaratmışdı. Sən sevgilinə sevirəm demədin amma sevgini ona göstrədin. Ürəyinlə, gözlərinlə göstərdin. Barmaqların sənin dilindir barmaqlarınla dedin sevdiyini. Sən sevginin şəklini çəkdin barmaqlarınla mənim balam. Beş barmağın beşi də bir deyil, hər barmağın bir söz dedi, hər barmağında bir həyat yaşadın. Dilinə- barmaqlarına qurban olum. Barmaqlarını sox gözümə qoy kor olum. Sən lal olunca mən kor olaydım sənin bu gününü görməyəydim mənim balam…
Davamı →

Qəribə vergilər

  • Vergi

Vergilər bəşər tarixinin özü qədər qədimdir. İbtidai icma quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə vergilər də dövlətin maliyyə mənbələrinin əsas elementi kimi meydana çıxmışdir. Məğlub edilmiş xalqların qaliblərə ödədiyi bac-xərac verginin ilkin forması hesab olunur. Vergilər əsasən coğrafi şəraitə və iqtisadi vəziyyətə uyğun olaraq formalaşmışlar. Tarixi inkişaf dövründə müxtəlif vergilər və vergi sistemləri yaradılmışdır. Bununla belə tarixdə qədim zamanlardan müasir dövrümüzə qədər bəzi qəribə vergilər də mövcud olmuşdur.

Bizim eranın 70-ci illərində Roma imperatoru Tit Flavi Vespasian dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vergiləri artırmış, yeni vergilər tətbiq etmişdir. İctimai tualetlərin təmizlənməsi üçün təyin etdiyi “tualet vergisi” ni gülüş hədəfinə çevirənlərə Vespasian bir cümlə ilə cavab vermişdir: “Puldan iy gəlmir”. Digər məlumata görə oğlu vergini iyrənc saydığından Vespasian qızıl pulu oğluna qoxlatdıraraq belə söyləmişdir.


Ardı →

Hansı dövlətin bayrağında Kalaşnikov avtomatının şəkli var?

Danimarka başqalarından necə fərqlənir?

    Əksər dünya ölkələrinin qanunvericiliyində dövlət bayrağını yandırmaq, cırmaq və ya hər hansı zərər yetirməyə görə cəza nəzərdə tutulur. Danimarkada isə vəziyyət başqadır, bu ölkənin  bayrağı istisna olmaqla başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır. 

Birləşmiş Krallığın bayrağı necə yaranıb?



Ardı →

Fotolarda gözəl düşməyin sirləri

Bəzi insanalr gözəl olmadığı halda fotolarda gözəl düşür. Bəziləri isə həyatda qeyri-adi gözəlliyiə malik olsa da, şəkildə çirkin düşür.  Şəkillərinizi çəkinmədən və utanmadan sevdiyiniz insanlara göstərmək üçün 10 məsləhətə əməl edin.

1. Hər zaman təbii olun. Poz verməyə çalışaraq özünüzü sıxmayın.

2. Çiyinlərinizi şəkil çəkdirərkən dik tutun. Belə daha təbii görənəcəksiniz.

3. Alkoqol qəbul etdikdən sonra heç vaxt şəkil çəkdirməyin. 3 qədəhdən sonra gözləriniz axacaq.

4. Küçədə şəkil çəkdirəndə kölgəli yer seçin. Çünki kölgəli yerdə hər qadın gözəl düşür.

5. Şəkil çəkdirəndə çənənizi azca yuxarı qaldırın.

6. Şəkildə arıq düşmək üçün obyektivin yuxarıda, uzun görünmək üçün isə azca aşağıda olmağı lazımdır.

7. Fonun və rəngin eyni tonda olmamasına diqqət edin.

8. Solğun və aşırı parlaq dodaq bayası yerinə, təbii tonlara üstünlük verin.
Ardı →

Aylı Sonata | Bethoven məhəbbəti

Bethoven“Aylı sonata” Lüdviq van Bethovenin ən möhtəşəm əsərlərindəndir. Bu — çox maraqlı bir məhəbbət məcarasından yaranmış bir musiqi əsəridir.

Belə ki, bu möhtəşəm musiqi əsərini dahi bəstəkar gənc qız Culyetta Qviççardiyə həsr etmişdir. Bu gənc qız bəstəkarın ürəyini fəth etmiş və sonra isə bəstəkarın ürəyini  “qəddarcasına” qırmışdır. Amma bu möhtəşəm  musiqiyə qulaq asarkən aldığımız zövqə görə, məhz Culyettaya minnətdar olmalıyıq.

 L.V.Bethoven (1770-1827) Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çox ağır keçmişdir. Atası onun musiqi istedadından insafsızcasına öz məqsədləri üçün istifadə etmişdir. Səhərdən axşamacan klavesin arxasında oturmağa atası onu məcbur edirdi. 

 L.V. Bethoven ilk dəfə 8 yaşında ikən kütləvi konsertlər verərək pul qazanmışdır. Təbii ki, bu pulları atası mənimsəmişdir. 20 yaşında ikən isə o, artıq klavesində və skripkada çox gözəl ifa edirdi. Lüdviq çox istedadlı olması ilə bərabər, çox qapalı, təkliyə meyilli, ünsiyyətsiz idi. Gənc yaşlarında ikən, onun sinif rəhbəri olan Kristian Qotlib Lüdviqdə təbiətə, insanlara sevgi, ətrafdadakılara xoş münasibət hissi oyatmışdır. Məhz o, Lüdviqə qədim dilləri, fəlsəfəni, ədəbiyyatı, tarixi və etikanı öyrətmişdir. Bundan sonra Bethovendə humanistlik, insansevərlik,azadruhluluq yaranmışdır.


Ardı →

Lamborghini Veneno

İnternetdə Lamborghinidən təzə superkarın fotoları yayılıb. Bu öz dizaynı ilə göz qamaşdıran rodster  Lamborghini Veneno-du. Dünya üzrə cəmi üç rodster istehsal ediləcək. Qiyməti isə nə az nə çox $5,3 milyon olacağı təxmin edilir.

Ardı →