Xodda maşını,Nabrana sür (Gülağa və Cavid)

xodda maşını Nabrana sür, nə sizə gedək, nə bizə gedək
İki dənə ceyran götürək iki qardaş dənizə gedək.


Yenə şəhər od tutub yanır,yaydı bu cənnət Bakıda
Adam bayıra çıxa bilmir, istidi dəhşət Bakıda
Yenədə Nabrana min şükür,
xodda maşını Nabrana sür.


Nəyə lazımdır Bakının istisində əzab çəkək?
Manqalı bağdan götürək, gedək meşədə kabab çəkək
Sonra da Atlanta gedək, diskateka səhərə qədər
Cavansan cavanlığ elə, vermə cavanlığıvı hədər.
Axı beş günlükdür ömür...
xodda maşını Nabrana sür,
nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək
iki qardaş dənizə gedək


Yiyək-içək sərxoş olaq, səhərə qədər keyf eliyək
Ömrümüzun bir gününü əyləncəyə sərf eliyək.
Sərin yer sərin hava meşə də ki düz yanımızda
Bir oğlanda ata bilməz qızlara söz yanımızda
Atsa da istəyər üzr...
xodda maşını Nabrana sür,


Yarla əl-ələ sahildə gəzməyin öz ləzzəti var,
Dəniz ədə bir kəllə vurub üzməyin öz ləzzəti var.
Hər nə var dənizdə var nə var dəniz qırağında,
Dənizdən çıxıb eliyərik zaqar dəniz qırağında.
Gün bizi eyliyər kömür...
xodda maşını Nabrana sür,
nə sizə gedək nə bizə gedək
İki dənə ceyran götürək
iki qardaş dənizə gedək


Səndə qara nolyeddi,məndə də ağ nol yeddi,
Peredoku qalxıb yuxarı,nömrəsi nolnol yeddi,
Bardaçoka pivə yığaq baqaja bir yeşik araq
QAİ birdən qovar bizi,benzini də polnu bak vuraq.
Radarı qoyub bağda güdür
xodda maşını Nabrana sür,


Görsən əgər QAİ eliyir arxamızca miqat sürək,
Tutsa pravalar gedir, ikidən dördə at sürək.
Mən sürürəmsə səndə sür dayanma ay brat sürək,
Nabranacan maşın sürək, ordan o yana həyat sürək
Maşında sür həyatda sür...




Yayın ən məşhur mahnılarından biri. Sözlərin yazılmasında göstərdiyi kömyə görə Natiqə təşəkkürümü bildirirəm.


Davamı →

Sevmək gözəldi sevəninə

Mən 9 il bundan əvvəl artıq yaşadığımız bu gözəl mənalı dünyaya əlvida demişəm. Mən bu hekayəni burda mən necə yaşayıram deyə yox sizlərə öz acı, ancaq Böyük məhəbbət tarixçəmi danışmaq üçün yazıram.


Ardı →

Sənə görə

Bilmirəm ilk sozlərimi necə baslayim. Qəlbimdə sənə deyəcək cox sozum var. Sənsiz gunlərimdə sənli gunlərimi xatirlayiram....Yəni ki, gəncliyimin ən gozəl günlərini. Gozlərimdə canlanir o gunlər. Necə gozəl baslamisdi sevgimiz. Məni ozunə cox baglamisdin. Mənə etdiyin o nazlar hec cur cixmir fikrimdən. Səni dəlicəsinə bir sevgi ilə sevirdim. Birdə o gunlər donəcəkmis kimi umid edirəm. Zaman kecdikcə səni o gozəl gunlərimizdəki xatirələrlə sevecem. Qədrini bilmədiyimiz o gunlər.
Ardı →

Azərbaycan fahişələri

Fahişəliyin qədim peşə olduğu vurğulansa da insan alveri sovet dönəmində bu qədər irimiqyaslı olmayıb. Ekspertlərin fikrincə, müstəqil Azərbaycanda sosial problemlərin və işsizliyin qadınları bu peşəyə sövq etməkdə rolu var. Eyni zamanda bu, ən asan pul qazanmaq vasitəsidir. Bundan əlavə, dövlət strukturlarının bu məsələyə münasibəti və fahişəxanaların aşkarlanmasında göstərdiyi fəaliyyəti qənaətbəxş saymaq olmaz.
Fahişəlik nəinki Bakıda, hətta bölgələrdə də sürətlə artır. O da üzə çıxmışdı ki, bölgələrdə fahişəliklə məşğul olanların əksəriyyəti bu yola 16 yaşından etibarən könüllü olaraq düşür. Nəticədə son dövrlər bölgələrdə gənc qızlar arasında yoluxucu xəstəliklər geniş yayılmağa başlayıb. Hətta bir rayondan başqa rayona satılan qadınlar da var. Və yaxud faktlar var ki, analar öz azyaşlı qızlarını satır və ya onları fahişəliklə məşğul olmağa təhrik edirlər. Bəzi hallarda məlum olur ki, insan alveri ilə məşğul olanlara hüquq-mühafizə orqanlarının nümayəndələri himayədarlıq edir.
Ardı →

Döşlər

Hər bir qadın döşlərinin gözəlliyinin zamanla azalmasından narahat olur. Dar alt paltarı seçərək onları dik tutmağa çalışır. Döşlər qadının bədən görünüşündə fiziki bütövlüyü tamamlayan həm funksional həm də estetik əhəmiyyəti olan orqandır.
Dərinin elastikliyinə dəstək olan kremlər istifadə etmək üçün yeniyetməlik dövrü doğru zamandır. (Gənc qızınız varsa bir ana olaraq borcunuz ona düzgün büstqalter seçmək və sürətli böyümə ilə vücudda çatlaqlar yaranmağa başladısa elastiklik artıran kremlər almaqdır.)


Bədəninizin yağ və döş vəzilərindən ibarət olan bu orqanında əzələ yoxdu. Boynunuzdan çənə altından başlayıb belə qədər enən dəri üzərində asılı durur.
Dolayısıyla döşlərin sallanmasında bu dərinin boşalması rol oynayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döş, elastikliyini itirir, zamanla dəri yenilənməsi yavaşladıqca, hüceyrələrdəki köhnəlmə dəri üzərində də müşahidə olunur və diriliyini itirmiş, toxuması yumşalmış döşlər yaranır.


Ardı →

Coğrafi enliklərə görə beynin ölçüsü dəyişir

Britaniya alimlərinin dərc etdirdikləri araşdırmaya əsasən, ekvatordan uzaqlarda yaşayan insanların beyinləri ekvatora yaxın yaşayanlardan böyük olur.


Bundan əlavə alimlər israr edirlər ki, ekvatordan uzaq enliklərdə yaşayan adamların göz oyuqlarının ölçüsü də daha böyük olur.


Lakin araşdırmada o da qeyd olunur ki, bu tapıntılar beyni daha iri olan insanların daha ağıllı olduğunu deməyə əsas vermir.


Alimlərə əsasən, beyin və göz oyuqlarının ölçüsünü müəyyən edən əsas amil iqlim mühitidir. Gün işığının çatışmazlığını orqanizm daha iri beyin sayəsində kompensasiya edir.


Davamı →

Arqo deyimlər-10

Karın götünə ağac soxarlar, deyər, nə taqqa-taqdır?
-ətrafda nələrin baş verdiyindən xəbərsiz olan korafəhim insanlara aid misaldır

Kasıbın ətəyinə qovurğa töksən, s.ki durar vurar dağıdar
-yaxşılıq bilməyən insanlar haqqında.

Kasıbın əkdiyi bitməz, s.kdiyi bitər
-külfəti çox olan kasıb adama lağ mənasında deyilər.

Kor Alı, keçəl malı, s.ki sınıq Seyidalı
-şil-küt, aşağı düzeydən insanlar.


Ardı →

Arqo deyimlər-8

Hara gedirəm, bu göt də mənimlə gəlir
-(«bala qarğa anasına, yuvamız poxludur, demiş, anası, bu göt ki bizdə var hara getsək yenə poxlu olacaq demiş» məsəlinin qısaldılmış ifadə şəkli) -nütfəsində yaramazlıq olan insan harda olsa yaramazlığını edəcək anlamında.

Hava yeyib meh sıçır
-boş-boşuna danışan adam.


Ardı →

Arqo deyimlər-3

Canı yanan, cırt osturan çıxıb
-süni canıyananlıq edən adam haqqında

Cavanlıqda da bir pox deyildi
-bacarıqsızlılığını yaşlılıqla bağlayan adama deyilər
-Molla Nəsrəddin bir gün arxı hoppananda suya düşər, yanındakılara «eh, cavanlıq, cavanlıq» deyər, sonra ürəyində özü-özünə «heç cavanlıqda da bir pox deyildim » deyər

Çox yeyən pox yeyər
-tamahkar insan sonunda ziyanını çəkər


Ardı →