Utanma

Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir.


Ardı →

Daşa dönən şəhər “Pompey”

PompeyBizim eranin 79-cu ilində İtaliyanın indiki Neapol şəhərinin yaxınlığında yerləşən Vezuvi vulkanından dumanlar yüksəlməyə başladı. Bir partlayış olacağını anlayan yerli xalq limana tərəf qaçmağa çalışdı. Gəmilərə minməyi bacaranlar bir daha geri dönməmək üzrə şəhərdən uzaqlaşmağa başladılar.Silkələnmə başlayanda 20 dəqiqə çəkən bir həyəcan yaşandı. Xalq təşvişə düşdü və Sarno çayından 600 m uzaqda yerləşən limana tərəf qaçmağa başladı. Bədbəxtçilikdən onların yolunu dəniz qabarması kəsdi. Silkələnmədən yaranan nəhəng dalğalar gəmiləri sanki oyuncaq kimi şəhərin sahilindəki qaynar lava dənizinə tərəf tullayırdı.Eyni vaxta göydən isti qum dənələri şəklində kiçik daşlar yağmağa başladı.
Ardı →

Qoşalıq və ya tənhaların qəm nəğməsi

  • Esse
Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən

Davamı →

Kəliməbaz I Sözlər

“Dəftər”lə “literatura”nın, “dəri” ilə “dermatologiya”nın, “cins” ilə “genetika”nın arasındakı etimoloji bağlılıq nədir?

İlk baxışdan heç kimin ağlına da gəlməz ki, görünüşcə büsbütün fərqli olan “dəftər” və “literatura” kəlmələri eyni sözün əsasında yaranıb, amma Şərq və Qərb xalqlarının dillərində fərqli şəkildə inkişaf edib.

Qədim Yunanıstanda yazı vəsaiti kimi papirusdan başqa keçi dərisindən xüsusi şəkildə hazırlanmış “diftera” adlanan lövhədən də istifadə edilirdi. Bu kəlmə sonradan fars dilinə keçdi, oradan isə  azərbaycancaya “dəftər” kimi daxil oldu. 


Ardı →

Fobiya növləri - 3

Hərəkətlər (təsirlər)

●Üzmək — ablutofobiya (Ablutophobia)

●Uzanıb yatmaq — klinofobiya (Clinophobia)

●Maşını idarə etmək — amaksofobiya (Amaxophobia)

●Doğmaq — malevziofobiya (Maleusiophobia)

●Köçmək — tropofobiya (Tropophobia)

●Geyinmək — vestifobiya (Vestiphobia)

●Kompyuter arxasında işləmək — kiberfobiya (Cyberphobia)

●Hazırlamaq — maqeyrokofobiya (Mageirocophobia)


Ardı →

Bir

Bir ağac bir meşənin başlanğıcı ola bilər.
Bir quş, baharın müjdəçisi ola bilər.
Bir gülümsəmə bir dostluğu başlada bilər.
Bir qucaqlaşma əhvalınızı yüksəldə bilər
Bir ulduz, dənizdə bir gəmiyə yön göstərə bilər.
Bir tək söz, böyük bir idealı izah edə bilər.
Bir zərrə günəş işığı, bir otağı işıqlandıra bilər.
Bir şam, qaranlığı yırta bilər.
Bir gülüş, hüznü fəth edə bilər.
Bir addım, uzun bir səfəri başlada bilər.
Bir dua, bir sözlə başlar.
Bir səs, müdrikliklə danışa bilər.
Bir ürək həqiqət olanı anlaya bilər.
Bir həyat çox şeyi dəyişdirə bilər.
Gördüyün kimi.
Hər şey sənə bağlı!..
Nə qədər əhəmiyyətli olduğunuzu heç vaxt unutmayın!

 
Davamı →