Portağal sukatı

Sukat bəzi meyvələrdən hazırlanan, marmalada oxşar şirniyyat növüdür. Sukatdan çay içmək üçün və ya tortların bəzənilməsi zamanı istifadə edilir.

Portağal sukatı hazırlamaq üçün əvvəlcə portağalın qabıqlarını 5-8 dəqiqə qaynatmaq lazımdır. Sonra bişmiş qabıqlar soyuq suda 3 gün saxlanılır. Suyu 6 saatdan bir dəyişdirmək lazımdır.

Dördüncü gün qabıqlar istənilən formada kəsilir və qaba tökülür və üzərinə şərbət əlavə edilir. Qabıqlar şərbətin içərisində 5-6 saat saxlanılır, sonra bişirilir.

Soyuduqdan sonra 3-4 dəfə yenidən qaynamağa qoyulur və 10 dəqiqə bişirilir. Axırıncı dəfə bişirildikdən sonra qabıqlar, kəfkirlə şirənin içərisindən çıxarılıb süzkəcə sərilib qurudulur. Bu üsulla bişirilmiş sukatı uzun müddət saxlamaq olur.

500-600 qram portağal qabığından sukat hazırlamaq üçün 500 qram şəkər tozu lazım gəlir və 250 qram məhsul əldə edilir.
 

0 şərh