Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadınları təhsilə cəlb edən bəy qızı - Tanımadığımız Nigar

  • Qadın
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Davamı →

Nərimanovun Stalindən gizlədiyi azərbaycanlı alim

  • Qadın
Sara Balabəy qızı Aşurbəyova 1906-cı il yanvarın 27-dә Bakıda anadan olub. Onlar ailədə dörd bacı, bir qardaş olublar. Sara «Müqәddәs Nina» qızlar mәktәbindә tәһsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra atası Balabəy dövrün digər ziyalıları kimi həbs olunub.
Lakin Nəriman Nərimanovun köməkliyi ilə ailə 1918-ci ildə İstanbula mühacirət edir. Sara İstanbulda “Janna Dark” adına kollecdə təhsil alır.

Davamı →

Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Gözünün ağında qəlpə gəzdirən Xalq artisti

Bərdə şəhərində anadan olsa da hamı onu şuşalı kimi tanıyır. Özü bu haqda belə deyir: “Mən Şuşanı ən az orda doğulan insanlar qədər sevirəm. Şuşaya ilk dəfə gələndə o yerlərə aşiq olmuşdum. Şuşa mənim taleyimdir.”
Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğum müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır.

Davamı →

Qadın halları

Zaman su kimi axıb gedir. Buna görə bəzi anlar dünən baş vermiş kimi canlanır zehnimizdə. Bəzən illərin necə keçdiyinin fərqində olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu haqlayıb iyirmi havasında oluruq.
Şəkillərə baxanda eyni olduğumuzu düşünür, yaşadıqlarımızı xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər dəyişdiyimizi fərq edirik. Yaxşı, bəs insanın dəyişməyi mümkündürmü? Məsələn, tamamilə, büsbütün… Araşdırmalar bunun mümkün olduğunu göstərir. Amma bu, həmin şəxsin özü ilə arasında həll edəcəyi məsələdir. Əgər yanlış və zərərli xüsusiyyətinin fərqinə varar, bundan sonrakı həyatını fərqli formada davam etməyə qərar verərsə, dəyişimin reallaşması mümkün ola bilər.

Davamı →

Azadlığı azadsızlıqda tapanlar

Günlərdir, sosial şəbəkələrdə, az qala, hər kəs belarus qızlarının Azərbaycan kişilərinin üzünü güldürən, qadınlarının könlünü bulandıran kreativ etiraz fotoları paylaşılır. Deyəsən, belarusların sərbəst geyimləri, cəsarətli davranışları, mədəni şəkildə öz səslərinə sahib çıxmaq cəhdləri ambivalent duyğular yaşayan bizlərə azadlığın simvolu təsiri bağışlayır. Necə deyərlər, qonşunun toyunun səsinə biz öz evimizdə oynayırıq.

Davamı →

Nigar Rəfibəylinin film kimi həyatı

Nigar Xudadat qızı Rəfibəyli 1913-cü ilin iyun ayında Gəncədə anadan olub. Babası Ələkbər bəy Rəfibəyli tanınmış maarifçi, «Difai» partiyasının yaradıcılarından biriydi. Atası Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi. Xarkov Tibb Universitetini bitirdikdən sonra, 1907-ci ildə təcrübəli həkim kimi Gəncəyə qayıtmışdı.
Nigar Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, adı ilə çağırmağa ürək eləmirlər. Bir gün türkiyəli şair Nigar xanımın "Əfsus" adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istəyir: «Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq». Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olunur.

Davamı →

Sevinc Elsevərin Ağrı hekayəsi

Ağrıdan ikiqat olmuşdu, səhərdən dırnaqlarıyla döşəyi eşirdi. Hər ay ev əhli narahatlığından, əzilib-büzülməyindən, anasının işə buyurmağa qıymamasından, ayağına qalın yun corab geyindirməsindən Səmranın halından hali olurdular. Həmin günlərdə çalışırdılar qızı rahat buraxsınlar, işə-gücə, ora-bura yollamasınlar. Hətta əzazil qardaşı Rüstəmin də onda bacısına ürəyi yanır, yaxasını rahat buraxırdı. Həmin günlərdə arvadını döyəndə Səmranı da arvadına qatıb döymürdü.

Davamı →

Mübariz qadın

Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım Həsənağa qızı Hacıbəyovanın (Terequlovanın) həyat və fəaliyyəti haqqında ölkəmizdə insanlar məhdud məlumata malikdirlər. Bunun müəyən obyektiv səbəbləri də vardır. Həmin səbəblərdən biri də əvvəlki dövrlərdə nəşr edilmiş bir çox kütləvi nəşrlərdə, o cümlədən ensiklopediyalarda Məleykə xanım Hacıbəyova haqqında hər hansı bir məlumatın dərc edilməməsidir. Halbuki, Məleykə xanım Hacıbəyova pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakı şəhərində fəaliyyət göstərmiş ayrı-ayrı rus-tatar məktəblərində müsəlman qız uşaqlarının məktəbə və təhsilə cəlb edilməsi və onlara savad öyrədilməsi işində yaxından iştirak etmişdir.

Davamı →

Dünyanın ən varlı qadını – Makkenzi Skott

Makkenzi Skott… Yəqin ki, əvvəlcə çox adam bu adı eşitməyib. Bəziləri isə onu Makkenzi Skott Beyzos kimi tanıyır. 1993-cü ildə evləndiyi Cef Beyzosdan 2019-cu ildə boşanan Makkenzi Skott  rekord səviyyədə — 35 milyard dollar boşanma müqaviləsi imzalamışdı. Razılaşmaya əsasən, “Amazon” səhmlərinin 4 %-i Skotta verilmişdi.

Davamı →