Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

Boğaz ağrısının müalicəsi üsülları

Boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Ağrının əsas əlaməti faringitdir. Amma «boğaz ağrısı» və «faringit» terminləri tez-tez bir-birlərinin yerinə istifadə edilir.

Boğaz ağrısının ən məşhur səbəbi, soyuqdəymə və ya qrip hesab olunur. Bir virusun səbəb olduğu boğaz ağrısı, ümumiyyətlə evdə baxılma ilə özbaşına keçər.

Boğaz ağrısının daha az görülən bir digər səbəbi bakterial infeksiyalar hesab olunur. Buda antibiotik müalicəsi tələb edir.

Boğaz ağrısının digər səbəbləri isə  kompleks bir müalicəni tələb edə bilər. Tibbdə faringit olaraq tanınan boğaz ağrısı boğazın iltihablanması nəticəsində formalaşaraq mikroblar və maddələr mübadiləsində olan müxtəlif problemlər nəticəsində ola bilir.

Boğaz ağrısı hər yaşda insanlar arasında görülən problemlər arasındadır. Amma ən çox 4-7 yaş arası uşaqlarda boğaz ağrısına daha çox rastlandığı bildirilir. 1 yaş altı uşaqlarda isə boğaz ağrısı çox nadir olaraq görülən vəziyyətlər arasındadır. Boğaz ağrısı bəzi hallarda təhlükəli ola bilər və tədbir alınması vacib hesab olunur. Məsələn bakteriya ilə bağlı boğaz ağrısı varsa bu yüksək temperatura gətirib çıxara bilər. Yüksək qızdırma nəticəsində 40 dərəcəyə kimi temperatur yüksələ bilər. Bu zaman boğaz ağrısının müəyyən əlamətlərinə səs batıqlığı, öskürək, boğazda yüngül yanma hissi, yorğunluq, nəfəsdə qoxu, tozlu mühitdə problem yaşanması kimi vəziyyətlər aiddir.


Ardı →

Baş ağrılarının əllə müalicəsi

Tez-tez təkrarlanan baş ağrıları asan bir şəkildə müalicə edilə bilər. Bu müalicə üsullarından biri əllə müalicədir. Miqren və ya gərginlik  daha çox baş ağrılarına təsir edir. Bu baxımdan masaj və manipulyasiya etdirmək  lazımdır.

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklər üçün profilaktik tədbir görmək olur. Həmçinin əzələlərin qısalması və ifliclər zamanı əllə müalicə lazımdır.

Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər.

Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər.


Ardı →

Hirudoterapiya- zəli müalicəsi

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
 
Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir.

Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.

Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar.


Ardı →

Suda boğulma zamanı ilk tibbi yardım

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.

Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. 

Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

Suda boğulma zamanı ilk tibbi yardım:

— dərhal “təcili yardım” çağırmaq;


Ardı →

Yanıq zamanı yol verilən səhvlər

Yanıqlar cürbəcür olur, yəni qaynar su yanığı, qaynar yağ yanığı, oddan yanma, elektrikdən yanma, radiasiya yanıqları, kimyəvi yanıqlar və s.
Bir şeyi də xatırladaq ki, uşaqlar arasında baş verən yanıqlar daha çox qaynar su (məsələn, qaynar çaydanın aşması, qaynar stəkanın dağılması və s.) yanığıdır ki, bu da daha çox diqqətsizlikdən və dəcəllikdən irəli gəlir. Buna görə də yanıqlar daha çox 1-3 yaş arası uşaqlarda müşahidə edilir. Odur ki, həmişə çay dəmləyərkən və ya süfrəyə çay verərkən diqqətli olmaq lazımdır.

Bəs yanığı müalicə edərkən ilk olaraq nəyə diqqət yetirmək lazımdır? — Daha geniş nahiyəni əhatə edən və əl-üzü örtən yanıqlar mütləq xəstəxanada müalicə olunmalıdır. Yanığın nə dərəcədə dərin olduğu nəzərə alınmalıdır. Əgər yanıq səthidirsə, daha doğrusu, dərin deyilsə, 3 həftəyə, səthi deyilsə, yəni dərindirsə, daha uzun müddətə sağalır. Ümumilikdə isə sağalması 3 həftədən çox çəkən yanıqlar cərrahi müdaxilə tələb edir.


Ardı →

Epilepsiya tutması keçirən şəxsə yardım

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir.

Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır.

Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur.
Ardı →

Anafilaktik şokun profilaktikası

Anafilaktik şokun əsas “günahkarları” – dərmanlardır. Buna görə də hər bir həkim xəstəyə bu və ya digər müalicə yazmamışdan qabaq, xəstədən həmin preparatı və ya onun analoqlarını qəbul edib-etmədiyini, müalicəni necə keçirdiyini, bu dərmanlara reaksiyanın olub-olmadığını (əgər olubsa, hansı formada olduğunu) soruşmalıdır.

Əgər Sizdə və ya Sizin uşağınızda nə vaxtsa anafilaktik şok baş vermişsə, mütləq ona səbəb olan allergenin (dərman, qida və s.) adını yazıb özünüzdə saxlayın!

Əgər əvvəllər belə reaksiya olmayıbsa, lakin Sizdə və ya Sizin uşağınızda allergiyaya meyllik olarsa, bu barədə də mütləq həkimə məlumat verin!

Əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar. Bu halda hətta anafilaktik şok inkişaf edərsə, tibb müəssisəsində sizə tez bir zamanda təcili yardım göstərə bilərlər.
Ardı →

Tibbi bankalar haqqında həqiqət

Yaxın keçmişdə tibbi bankalar tez-tez istifadə olunan müalicə üsullarından biri idi.

Bankaları xəstələrə həkimlər təyin edirdi. Lakin hal hazırda bankaları daha çox xalq təbabəti üsullarına aid edirlər və həkimlərin əksəriyyəti onları xəstələrə təyin etmirlər.

Əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır. Lakin bu qismən belədir.

Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə) başlayır və tez yayılır. Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya, plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.
Ardı →

Uşaqlarda baş travmaları zamanı ilk yardım

Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar.

Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar — əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.

Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur.


Ardı →

Qanaxma zamanı ilk tibbi yardım

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.

Bundan başqa, bu zaman bütün həyati vacib orqanlar da (qara ciyər, böyrəklər, xüsusən də baş beyini) oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər.

Əgər iri arteriya zədələnərsə, xüsusən də söhbət uşaqdan getdikdə, bir neçə dəqiqə ərzində zərərçəkən hətta tələf ola bilər! Uşaq orqanizmi böyüklərə nisbətən qan itirilməsinə xeyli ağır reaksiya verir.

Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.
Ardı →