Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşaq tərbiyəsində cəzalandırma necə olmalıdır?

Uşaqda arzuolunmaz davranışı aradan qaldırmaq üçün adətən valideynlər cəza tətbiq edirlər. Ailələr ümumiyyətlə evdə asayişi qorumaq və uşağın intizam şüurunu artırmaq üçün cəza metodundan istifadə edirlər. Cəza, uşaq üçün lazımlı və uşaq tərbiyəsində vacib rol oynayan məqamlardan biridir. Amma bu üsul düzgün tətbiq edilmədikdə,
Davamı →

Uşaqlara kitab oxumağın faydaları

Uşaqların məktəbdə, işdə və ümumiyyətlə həyatda uğur qazanması üçün oxu bacarıqlarının əhəmiyyəti danılmazdır. Onlara çox erkən yaşlarından kitab oxumaqla övladlarınızın uğurlu olacağına zəmanət verə bilərsiniz. Gəlin, uşaqlara kitab oxumağın ən böyük faydalarını və mütaliənin onların gələcəyini necə dəstəkləyə biləcəyini öyrənək.

Davamı →

3 yaşlı uşağın oyun və oyuncaq anlayışı

3 yaşlı uşağın oyun və oyuncaq anlayışı dəyişkəndir. Bu dövrdə uşaqların əl bacarıqları artır və rol oynamaq qabiliyyətləri inkişaf edir. Bu yolla cəmiyyətdəki fərqli sosial kimlikləri öyrənir, özlərini tanıyır və sərhəd anlayışına cavab verirlər, özlərinin başqalarından  fərqli cəhətlərini anlayırlar.
Bu müddətdə zəkasını inkişaf etdirəcək oyunlarla uşağınıza dəstək ola bilərsiniz. Onun əyləncəsini təmin edən maarifləndirici oyunlarla oynaması və vaxtını keçirməsi üçün yer yaratmağınız çox vacibdir. Seçməli olduğunuz oyuncaqlar barədə bir fikir verə biləcək 3 yaşlı oyuncaqların siyahısını hazırladıq.

Davamı →

Necə yaradıcı uşaq böyütmək olar?

Nəyə görə bir çox “dahi uşaq” öz ixtisaslarında uğursuz olur? Çox vaxt uşaqlara sənət, elm və ya atletika sahəsi kimi hər hansı spesifik sahədə  erkən yaşlarında xüsusi olduqlarını öyrətdikdə onlar uğur və qələbəyə meyl edirlər. Müvəffəqiyyətə alışmaq, uşaqları müvəffəq olmağa layiq olduqlarını hiss etməyə səbəb ola bilər və buna görə də praktik olaraq səy göstərmək, fəaliyyətə davam etməyə onlar üçün motivasiya olmur. Uşaqlarda görülməsi mümkün olan ən pis vəziyyətlərdən biri də motivasiya hissinin itirilməsidir. Çalışqanlıq və zəhmətkeşlik uşaqların asanlıqla imtina etməmələrinin və ya xəyallarını gerçəkləşdirmək  üçün həvəsli və çalışqan bir şəxsiyyətə çevrilmələrinin ayrılmaz hissəsidir.

Davamı →

Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz?

Valideynlərin hər işdə uşağın yerinə qərar verməsi, onu yönləndirməsi, məsuliyyət verməməsi və istəmədiyi şeylərə məcbur etməsi uşağın şəxsiyyət kimi formalaşmasının qarşısını alır, onda valideyndən daima uzaq qalmaq istəyi formalaşdırır".
Manset.az xəbər verir ki, bunu psixoloq Fuad Əsədov bildirib. Onun fikrincə, doğru olan isə budur ki, uşaq böyüdükcə onun azadlığının ölçüsü də get-gedə artmalıdır. Aşağıdakı hallar olduğu təqdirdə uşaq böyüyəndə də özünü yetkin kimi hiss etmir və başda valideynlər olmaqla hər kəsdən uzaq durmağa çalışır.uş

Davamı →

Necə ağıllı bir uşaq böyütmək olar?

Uşaqlar elm insanı olaraq dünyaya gəlirlər. Çiçəkləri, yarpaqları qoparırlar. Daşları tərsinə çevirirlər. Hər zaman geniş  ölçüdə yox edici işlər görürlər. Əşyaları parçalara ayıraraq, təkrar onları birləşdirib, birləşdirə bilməyəcəyini öyrənmə istəyi kəşf etməyə cəhd göstərmə anlamına gəlir. Uşaqların da etdiyi məhz budur. Yetkin yaşlı elm insanı da əsla böyüməyən bir uşaqdır. Bir yetkin yaşlı elm insanının da etdiyi budur.

Davamı →

Uşaq nədir qucaq nədir

Desəm ki, günümüzdə uşaqlarını xüsusən oğlan uşaqlarını yalnız yatarkən qucaqlayan və əzizləyən valideynlər var, inanarsınızmı? Bəli, onlar bizim aramızda yaşayır, işləyir, çalışırlar. Bu növ valideynlər düşünürlər ki, uşaq valideyndən nə qədər çox fiziki nəvaziş, qayğı və sığal görərsə tərbiyə prosesi bir o qədər mürəkkəbləşər və uşaqlar ipə-sapa yatmazlar.

Davamı →

Uşaqların özünə inamına xələl gətirəcək valideyn davranışları

Uşaqların özünə inamını zədələyən ən böyük problem valideynlərinin davranışlarıdır. Valideynlərin tez-tez fərqinə varmadan söylədikləri bəzi sözlər, hərəkətlər və davranışlar uşaqların özünəinamına dərin ziyan vurur və xarakterlərində qalıcı problemlər yarada bilir.
Bəs, valideynlərin uşaqlarda özünə inamını pozan davranışları nədir, özünə güvənən uşaqları böyütmək üçün hansı hərəkətlərdən çəkinmək lazımdır?

Davamı →

Kuklalarla oynamağın uşaqlara faydası nədir?

Bir valideyn olaraq bilirik ki, övladının inkişafı üçün ən öyrədici və yaradıcı oyuncaqları seçməyə çalışırıq. Bu istiqamətdə, ümumiyyətlə, riyaziyyat, həndəsə və buna bənzər elm sahələri ilə yoğrulmuş əl bacarıqlarını inkişaf etdirən yaddaş kartlarını, tapmacaları və oyuncaqları seçim edə bilərsiniz. Yəni övladınızın inkişafına töhfə verən yeganə oyuncaq növləri bunlardır? Oyuncaqlara gəldikdə isə ilk ağla gələn körpələrin uşaq inkişafında payı yoxdurmu? Əslində bu kuklaların övladınız üçün nə qədər əhəmiyyətli olduğunu yazımızda görəcəksiniz.

Davamı →