Рейтинг
+5.71

UNIVERSAL BLOQ

11 üzv, 44 topik

İnsanlıq ölürmü?

      Bir bazar axşamı, divanda əyləşib, mavi ekranda nəinki Azərbaycan xalqının, hətta az qala dünya əhalisinin yaxşı tanıdığı Xoşqədəm xanım Hidayətqızının təqdimatında efirə gedən «Səni Axtarıram» telelahiyəsinə baxırdım.

 

      Düzdü, hər dəfə bu veriliş efirə gedərkən, bizlər bir-birindən daha tükürpədici hadisələrin və ayrılıqların şahidi oluruq. Çoxsaylı tamaşaçı auditoriyasına malik olan bu verilişin daimi izləyicisi olmağıma baxmayaraq, həmin axşam daha da dəhşətə gəldim və baş verən hadisə məni bu kiçik məqaləni yazmağa vadar etdi:


Ardı →

Azərbaycan alimlərindən yeni təklif

      Danışıq, internet, musiqi üçün istifadə etdiyimiz bu telefonlar artıq həkim funksiyasını da yerinə yetirəcək. Bu layihənin tətbiqi ilə bir çox insan öz xəstəlikləri haqqında ilkin

xəbərdarlığı elə öz telefonlarından alacaq.

      Anspress xəbər verir ki, mobil telefon vasitəsi ilə özlərinin ürək döyüntüsü, nəfəs yollarının küyünə qulaq asan insanlar ürək-damar xəstəlikləri və qrip kimi xəstəliklərdən

bu xəstəliyə yoluxmaq üzrəykən xəbər tuta biləcəklər.

      Təcrübə sınaqlarından uğurla keçən bu layihənin mobil telefonlara tətbiqi üçün dünyanın tanınmış mobil telefon istehsalçılarından təkliflər gözlənilir.

       Əgər mobil telefon istehsalçıları bu layihəni telefonlara tətbiq etsələr, Azərbaycan alimlərinin kəşfindən hər kəs yararlanacaq. Bu kəşf isə Azərbaycan İnformasiya

Texnologiyalarının inkişafında irəliyə doğru ən önəmli addımlardan biri kimi tarixə düşəcək.

Mənbə: populyar.az


Davamı →

Ailədə sərbəstlik və intizam

Sizin ailənizdəki vəziyyətə uyğun gələn variantı seçin. Valideynlərin müsbət cəhətdən həmfikirliliyi ailədə sərbəstlik və intizamın yaranmasına səbəb olacaqdır.

      1. Evimizdəki intizam qaydalarının tələbləri ilə ikimiz də razıyıq. (Tez-tez, hərdən, heç vaxt).

      2. Qoyulmuş intizam qaydalarına əməl etməyə çalışırıq. (Tez-tez, hərdən, heç vaxt).

      3. Uşaqlarım evdən kənarda özlərini pis aparan zaman, onları alçaltmadan hər şeyi yoluna qoymağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt). 

      4. İcazə verilən hərəkətlərin sərhəddi əvvəlcədən təyin olunmuşdur və onlara sözsüz əməl edilir. (Tez-tez, hərdən, heç vaxt).

      5. Mən yalnız yerinə yetirə biləcəyim şeylər üçün söz verirəm və sözümün üstündə dururam. (Tez-tez, hərdən, heç vaxt).

      6. Hətta uşağım özünü pis aparan və pis əhval-ruhiyyədə olan zaman, mən yenə də ona hörmətlə yanaşıram. (Tez-tez, hərdən, heç vaxt).


Ardı →

Bayraqla düzmü davranırıq?

Ətrafda bayrağımızın rəngləri ilə bəzədilən hər nə desən görmək olar. Dirəklər, səkilər, hətta skamyalar.

     Elə hey aydınlaşdırmağa çalışıram ki, bu, üçrəngli bayrağa olan məhəbbətin ifadəsidir, ya yox. Xalq Artisti Aygün Kazımovanın yayımlanan klipindən sonra bu məsələ mənim üçün daha da anlaşılmaz oldu. Futbolu təbliğ edən klipdə rəqqasə qızlar Azərbaycan bayrağından bir qarış paltar geyinib, o ki var tullanıb düşürlər.Bayraq müqəddəsdir. Bizim üçün ələlxüsus. Çünki biz onu 70 illik əsarətdən sonra yenidən ucalda bilmişik.


Ardı →

Namaz qılmayan şəxsə şeytanın cavabı

      Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: 
      — Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir. 
      Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: 
      — Mən səninlə dostluq etmək istəmirəm! 
      Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: 
      — Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!
 
Davamı →

Kişi kimi kişi

         “Qadının yanında söz danışmayın? Hulqumu yoxdur”. Anlaşılan dillə desək, xanımlar emosionaldır. Hər hansı hissə qapılıb sözünü saxlaya bilmir. Keçmişdə belə deyərdilər. İndi  tam fərqlidir. 

        Emosionallıq da, hulqumsuzluq da indi kişilərin azarına çevrilib. Üstəlik qeybət edən, gileylənən, xəbər daşıyan kişilərin də sayı artıb.Qısacası, qadınların başı ailə saxlamağa, bəzi kişilərinki isə söz-söhbət yaymağa qarışıb. Hərdən adam xoflanır. Cəmiyyətdə dəyişkənlik baş verir? Qohum-əqrəbada küsülünü barışdıran, ehtiyacı olana əl tutan, yetimə yiyəlik edən, bir kəlməsi ilə qan bağlayan buxara papaqlı, əli təsbehli kişilərimiz niyə yoxa çıxıb?  Yerini araqızışdıran,  ev yıxan, yetimin malına göz dikən “kişilər” tutub. Yoxsa bu da avropalaşmaqdır? Əgər belədirsə, onda vay bizim halımıza. Çünki böyüyən uşaqlar əsl Azərbaycan kişisinə xas keyfiyyətləri yadırğayacaqlar. Axı, onlar böyüdükdə ucqar rayonlarda qalan tək-tük buxara papaqlı, sərtbaxışlı, sözü kəsərli kişilər də qalmayacaq. Onda doğrudan da halımız xarab olacaq. Övladlarımız kimə baxıb tərbiyələnəcək? Kimi təqlid edib böyüyəcək?Düşünək. Və çalışaq ki, hərəmiz evimizdə heç olmasa bir kişi kimi kişi böyüdək. Buxara papağı olmasa da olar. Əsas odur ki, aslan kimi ürəyi olsun. Ürəyi olsun ki, ürəklərdəki torpaq həsrətini söküb ata bilsin. Bax, bizim belə kişilərə ehtiyacımız var. Əgər hər şeyi Qərbin, Avropanın ümidinə qoysaq, onlar bizə özləri kimi kişi tərbiyə edəcəklər. Elə kişi ki, bir məsələyə iki yanaşma sərgiləsin, elə kişi ki, bir yox, bir neçə üzü olsun. Elə kişi ki, söz xətrinə söz desin. Necə ki, illərdir  Qərbin müxtəlif statuslu, müxtəlif rəngli kişiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kəsəri olmayan min bir bəyanat səsləndirirlər.  Bizə kişi kimi kişi lazımdır!
Davamı →

Hörmət edinki hörmət görəsiniz!

Buyurun, əyləşin! “Çox sağ ol, oğlum” və ya “Allah razı olsun, qızım”. Yaxın keçmişdə bu ifadələri tez-tez eşidirdik.İctimai nəqliyyatda daim kiçiklər böyüklərə yer verərdi. Mənzərə isə belə olardı. Böyüklər oturur, kiçiklər isə ayaq üstədir.Son vaxtlar daha çox başqa mənzərəni müşahidə edirəm: Kiçiklər oturur, böyüklər ayaq üstədir.

Heç qulağıma “buyurun, əyləşin”, ”çox sağ ol, oğlum və ya qızım” sözləri də dəymir. Nə baş verir? Niyə gənclərimiz ayaq üstə, ayıq-sayıq yox, yarıyuxulu oturaqlı vəziyyətdədir? Bəzən elə ən böyük problemlər xırda hesab edilib diqqət ayrılmayan məsələlərdən doğur; ciddi xəstəliklər adi soyuqdəymədən, böyük oğurluqlar kiçik yalanlardan, pis vərdişlər əhəmiyyət verilməyən alışqanlıqlardan qaynaqlanır.


Ardı →

Həyatımızın tarazlığı

Bəzən xırda bir əngəl həyatımızın tarazlığını poza bilir. O qədər çarəsiz bir vəziyyətdə ola bilərik ki, burdan çıxış yolu tapa bilmərik.Əslində isə o kiçik maneənin bizim həyatımıza, altına girdiyimiz yükə dəxli yoxdur. Sadəcə ondan asılı olduğumuz üçün yaranan situasiya bizi çaş-baş qoyur.
 
 “Nu poqadi” cizgi filmində belə bir epizod var: canavar özünə güvənərək ağırlığı qaldırmağa cəhd edir. Nəticədə, o, bunu bacarır. Lakin haradansa uçub gələn və ağırlığın üstünə qonan kəpənək ona mane olur, tarazlığı pozur. Bu zaman canavar gülünc vəziyyətə düşür. Artıq onun üçün ağırlıq yox, haradansa gəlib çıxan kəpənək önəmli yer tutur. Böyük işin altına girdiyinin fərqində olmadan  canavar özünü çıxılmaz bir vəziyyətin pəncəsinə atır. Artıq onun üçün uğurun tək səbəbi kəpənəyi oradan uzaqlaşdırmaqdır. Canavarın seçimi bizə gülünc gəlir. O, kəpənəyi uzaqlaşdıraraq ağırlığın öhdəsindən gələcəyini düşünür və nəticədə güc-bəlayla qaldırdığı ştanq əlindən düşür. Kəpənək isə artıq işini bitirmiş kimi oradan uzaqlaşır.
Ardı →

Valideynlərə münasibət

      Uşaqlar başa düşməlidirlər ki, dünyaya göz açandan onların qayğısına qalan və xəstələnən zaman onlara qulluq edən valideynləri qarşısında borcludurlar. Onlar həm də başa düşməlidirlər ki, valideynlər onlardan ötrü narahat olurlar.

      «Ata və anana hörmət et ki, ALLAHIN Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun» (çıx. 20:12). Bu qanunda əhd də verilmişdir. Uşaqlar da, gənclər də, orta və ahıl yaşlı adamlar da bu qanunu yerinə yetirməlidirlər. Həyatda elə bir dövr yoxdur ki, uşaqları valideynlərə hörmət etmək məcburiyyətindən azad etmək mümkün olsun. 

        Valideynlərə məhəbbət. Valideynlərin başqa heç bir insanın layiq olmadığı dərəcədə məhəbbət və hörmətə haqları çatır. ALLAH özü buyurmuşdur ki, uşağın ilk yaşlarında valideynlər onunçün ALLAHI əvəz etsinlər. Öz valideynlərinin qanuni haqlarını rədd edənlər ALLAHIN hakimiyyətini də rədd etmiş olurlar.
Ardı →