Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

101 üzv, 302 topik

EŞQ haqqında

Eşq hər şeyin səbəbi,başlanğıcı və sonudur ( Jan Batist Anri Lakorder:Fransız yazıçısı və ictimai-siyasi xadimi)
Şirin xəyallara uymaq,göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşıdır (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Eşqdə susmaq danışmaqdan faydalıdır (Yapon atalar sözü)
Ayrılıq əziyyətini görməyənin,eşq bəlasını çəkməyənin dərdi dərmansızdır (İmadəddin Nəsimi)
Ardı →
 

Yaddaş haqqında deyilən aforizmlər

Elmin düşməni yaddaş zəifliyidir.(Nəsrədddin Tusi:Azərbaycan alimi və dövlət xadimi)
Nə qədər ki,yaddaş var,ölənlər unudulmayacaq.(İvo Andriç:Serb yazıçısı)
Yaddaş qəribə görüntülər yaratmağı bacarır.O,ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir.Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur,lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır.(Cerom Klapra Cerom:İngilis yazıçısı)
Ardı →
 

Vətən haqqında


Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir
Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz! (Nikolay Alekseyeviç Nekrasov:Rus şairi)
Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır.(Jan Leron Dalamber:Fransız riyaziyyatçısı)
Öz Vətəninə mənsub olmayan insan bəçəriyyətə də mənsub deyil.(Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
Vətən uğrunda ölüm həyatın davamıdır.(Cambul Cabayev:qazax şairi)
Vətən uğrunda qan,dostunuz uğrunda göz yaşı,ailəniz uğrunda tər tökün.(Atalar sözü)
Vətən borclu deyil,biz borcluyuq Vətənə.(Bəxtiyar Vahabzadə:Azərbaycan xalq şairi)
Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? (Kvint Flakk Horatsi:Qədim Roma şairi)
Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir.(Jozef Fletçer:Amerika yazıçısı)
Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük:Türk siyasətçisi)
Qılıncla alınan Vətən pulla satılmaz.( İkinci Əbdülhəmid:Osmanlı imperatoru)


Davamı →
 

Min illiyin hikməti

Müharibə cəldliyi sevir ( Napoleon)
Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir (Onore De Balzak)
Oxumağı tərk edən insan düşünməyi də tərk edər ( Onore De Balzak)

Vaxt az olduqda daha qiymətlidir (Kramnik — Şahmat üzrə dünya çempionu)
Ədalət gözəldir hakimlərdə olduqda daha da gözəldir (Hz. Əli)
Dövlətli olmaq üçün qənaət, kasıb olmaq üşün israfçı olmaq yetər ( Hz. Əli)
Davamı →
 

Hədislər

1. Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.


2. Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.

3. Gəncliyindən qocalmamış, sağlamliğindan da xəstələnməmiş istifadə et.

4. Allah qorxusundan ağlamaqla günahlar yuyular.

5. İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.
Ardı →
 

Dahilərin fikirləri

Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır… (B. Fletcher)


İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)

Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)

Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)

Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)
Ardı →
 

Dahilərin sevgi haqqında fikirləri

Bir dəfə sevən daha sevməz.

Aleksandr Puşkin

Sevgi körpü qurmaqdır.İnsanlar körpü quracaqları yerdə,divar tikdikləri üçün yalnızdırlar.

İsaak Nyuton 

Sevgi birliyə, eqoizm təkliyə aparar. 
Fridrix Şiller
Ardı →
 

Həzrəti Muhəmməd ( s.ə.v. )

(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )

Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )

Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )

Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.)
Ardı →
 

Dahi fikirlər

Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır… (B. Fletcher)
İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)
Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)
Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)
Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)
Ardı →
 

İbrətverici və düşündürücü sözlər

Nöqtəni qoyduğum zaman nə səndən bir əsər qalacaq,nə məndən bir iz...
Cəsarətin bitdiyi yerdə əsarət başlayır...
Kim demiş ki sərxoşluq pisdi?Mən ki gər şeyimi ayıqkən itirdim....
Ana uşaq vaxti bir yerim ağrayanda öpərdin,keçərdi....İndi qəlbim ağrayır...Gücün varsa onu da öp keçsin....
İnsanlar gülümsəyərək acılarını gizlətməyi bacarırlar...Amma çox nadir hallarda bu gülümsəmə acını tamamilə məhv edir....
Zaman acılar sağaltmır,sadəcə acıyla yaşamağı öyrədir…
Ardı →