Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Müdrik cavablar

Bir müdrikdən soruşurlar:
«dünyada ən çox kimi sevirsiniz?»
«Dərzimi sevirəm,» deyə cavab verir.
Sualı soruşanlar çaşıb qalırlar:
«Axı ustad, dünyada sevəcək o qədər çox insan var ikən dərzi kimdirki? Niyə dərzi?»
Müdrik, bu suala da belə cavab verir:
«Dostlarım, bəli mən dərzimi sevirəm. Çünki onun yanına hər getdiyimdə, mənim ölçümü yenidən götürür. Amma başqa insanlar elə deyil. Bir dəfə mənim haqqımda qərar verər və ölənə qədər də məni həmişə eyni gözlə görərlər.»
Ardı →

Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir

Twitterdə “Goldman Sachs Elevator” adlı hesab var. Hesabın sahibi Con Levefr deyir ki, o Vall-Stritdə-birjaların yerləşdiyi binada liftdə gedən söhbətləri tvitləyir.

Qeyd: Vall Strit — ABŞ-da, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçədir. İqtisadi inkişaf dövrlərində bu qurumlar iqtisadiyyatın maliyyələşməsində vacib rol oynayırlar.

Həmin Twitter hesabından seçilmiş maraqlı sitatlar:
Mən hər telefon söhbətinə belə başlayıram: “Qulaq as, telefonun enerjisi çox az qalır, hər an sönə bilər, nə deyəcəksənsə, tez de”.

İnsana balıq tutmağı öyrət və o seçkidə balıq vəd edənlərə səs verəcək.

Əgər sizdə maddələr mübadiləsi yaxşı gedirsə, saçınız tökülməyibsə və yaxşı işiniz varsa, cavan evlənməyin – 10 ildən sonra seçim edərsiniz.

Mən səninlə razılaşardım, amma onda ikimiz də səhv olacağıq.

Musiqi o vaxt gözəl idi ki, çirkin adamlara oxumağa icazə verirdilər.

Əgər məni işdən çıxaracaqlarsa, o zaman mən arvadımın nə qədər sədaqətli olduğunu biləcəm, əgər vəzifəmi yüksəldəcəklərsə, onda mənim nə qədər sədaqətli olacağımı bəlli olacaq.


Ardı →

Yaxşı kitab aysberqə oxşayır

Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.


Ardı →

Paxıllıq haqqında aforizmlər

Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.   ( Onore de Balzak )
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər.   ( Klod Adrian Helvetsi: Fransız filosofu )
Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.   (İohann Höte: Alman şairi )
Ardı →

Yaşamaq haqqında aforizmlər

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən — həyatın məqsədi məhz bundan ibarətdir.   ( Cəlil Məmmədquluzadə )
Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır.   ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )
Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.   ( Conatan Svift: İngilis yazıçısı )
Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam.   ( Artur Şopenhauer: Alman filosofu )
Ardı →

Özümü sevəndən sonra anladım

Charles Spencer ChaplinÖzümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.

Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.

Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.

Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.


Ardı →

Danışır Konfutsi

Oxudum, unutdum, gordum, xatırladım, etdim, oyrəndim.Dərin olan quyu deyil, qısa olan ipdir.

Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

Ehtiyatlı adamlar az hallarda səhv edir.

Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.

Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

Ətraflı çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.

Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

İnsanlar məni tanımır deyə üzülməyəcəyəm; insanları tanımıram deyə üzüləcəyəm.


Ardı →

Nitsşenin söz xəzinəsindən

-Məni öldürməyən şey məni gücləndirir.Nitsşe

-Öz alovlarınızda yanmağa hazır olmalısınız. Külləriniz olmadan necə dirilə bilərsiniz ki? 

-Ümid ən pis şeydir. Çünki işgəncəni uzadır. 

-İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir. 

-Aforizm formasında qanıyla yazan adam oxunmağı yox, əzbərlənməyi istəyir. 

-Bilik müdrikləri olmağı bacarırsınızsa heç olmasa, bilik döyüşçüsü olun. 

-Küləyə qarşı tüpürməkdən çəkinin. 

-Siz dostlar, zövqlər və rənglər haqda mübahisə olunmaz, deyirsiniz. Amma həyat zövqlər uğrunda mübahisədən ibarətdir. 

-İmkan vermə ki, özünün əldə edə biləcəyin bir hüququ sənə versinlər...

-Nəsənsə o ol!
Ardı →

Hikmət dənizi

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )

* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.

* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.

* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.
Ardı →

Məşhur filmlərdən sitatlar

İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. (Kosmopolis)

Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir.(Pianist)

Ən önəmlisi ümidini heç vaxt itirmə. (Pinin həyatı)

Uzun müddət maska taxsanız, maskanın altındakı kimliyinizi unudarsınız. (V for Vendetta)

Paris həmişə var olacaq. (Casablanca)

Bir damla və bir damla böyük bir damla yaradar, iki dənə yox. (Nostalgia)

Nankor insan-hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insandır. (Yerdəki ulduzlar)

Güvən- əlimizdə sübutu olmayan şeylərə qarşı duyulan inancdır. (Filadelfiya)

Həyatın verdiyi ən yaxşı dərslərdən biri bacardıqlarını və bacarmadıqlarının fərqində olmağına şərait yaratmasıdır. (Hötenin ilk sevgisi)
Ardı →