Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaqlar və televiziya

Məhdud televiziya təması uşaqlar üçün niyə vacibdir? Televiziya mövzusu uşaqlarda necə olmalıdır? Rəqəmsal dövrdə doğulan uşaqların ekrandan tamamilə təcrid olunması düzgündürmü?
Uşaq nə vaxt ekran qarşısında vaxt keçirə bilər?
Əvvəla, rəqəmsallaşdırma və texnologiyanın sürətlə yayıldığı bugünki dünyada uşaqları ekrandan tamamilə uzaqlaşdırmaq əlbəttə ki, mümkün deyil. Onları müasir texnologiyaları yaşamaqdan məhrum etmək də düzgün deyil. Əlbəttə ki, övladınız televizoru nəzarətli bir şəkildə izləyə və ağıllı bir cihazdan istifadə edə bilər. Ancaq burada iki çox vacib detal var: Yaş və müddət.

Davamı →

Uşaqlarda eşitmə itkisinin qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 32 milyon uşaqda eşitmə itkisi mövcuddur.
Hər xəstəlikdə olduğu kimi uşaqlarda inkişaf edən eşitmə itkisində də erkən diaqnoz vacib əhəmiyyət daşımaqdadır. Bunun səbəbi isə uşaqların nitq funksiyalarının böyük bir hissəsinin ilk 2 yaşda tamamlanmasıdır.
Bu səbəbdən bu dövrdə təsbit edilə bilməyən eşitmə itkisi uşağın danışma və dil inkişafına mənfi istiqamətdə təsir edir və bərpası çox çətin olan problemlərə gətirib çıxarır.

Davamı →

İnternetin uşaq inkişafına təsiri

Bilirsiniz, internet istifadəsi indi həyatımızın hər tərəfindədir və uşaqlar artıq internetdə ciddi vaxt keçirirlər. Əlbəttə ki, internet istifadəsinin böyük faydaları var, lakin vəziyyətin internet asılılığına və hətta virtual dünyada yaşamağa səbəb ola biləcək nəticələri ola bilər. Bu səbəbdən də məqaləmizdə internet və uşaq inkişafı haqqında bilməli olduğunuz şeylərdən danışdıq.Buyurun oxuyun!

Davamı →

Uşaqlarda iştahsızlıq

Uşaqlarda müvəqqəti iştahsızlıq tez-tez olur və nadir hallarda narahatlığa səbəb olur. Ancaq çəki itkisi və ya digər xroniki xəstəliklərlə əlaqəli olduqda ola bilər. Uşağınızda davamlı bir iştah itkisi və inkişaf mərhələlərindən geridə qalmasını müşahidə edirsinizsə,həkimə müraciət edin.
Bu yazıda uşaqlarda iştahsızlığın səbəbləri və körpənizin iştahını necə yoluna qaytarmaq barədə danışırıq.

Davamı →

Zahılıqda saçların tökülməsi

Adətən hamiləlikdən bir müddət sonra qadınlar saçlarının ifrat şəkildə tökülməyinə görə narahat olurlar. Bu narahatlığa tamamilə bəraət qazandırmaq olar. Daraqda qalan lopa-lopa saçlar istənilən insanı vahiməyə salmağa qadirdir.
Yaranan vəziyyətlə bağlı ən geniş yayılmış fikirlərdən biri əmizdirmənin saçların tökülməsinin səbəbkarı kimi göstərməkdir. Lakin əgər daha diqqətlə araşdırsaq, məlum olacaq ki, zahılıqda saçların tökülməsi bircə gün belə əmizdirməyən qadınlarda da mövcuddur. Demək ki, saçların tökülməyində günahkarı ananın körpəsinin süd ilə əmizdirməsində görmək səhv fikirdir.

Davamı →

Relaktasiya – süd istehsalının yenidən stimullaşdırılması

Adətən ananın bədəni hələ hamilə olarkən laktasiyaya hazır olur və körpənin doğulması prosesi süd istehsalı üçün ananın döşlərinə ötürülən siqnal rolunu daşıyır.
Körpə əmdikcə, süd ifraz olunmağa davam edir. Körpə doğulduqdan dərhal sonra döşə qoyulmasa və ya əmizdirmə qısa müddət sonra dayandırılsa, süd “quruyur”.
Relaktasiya, laktasiya dayandıqdan bir neçə həftə və ya aylar sonra ananın süd ehtiyatını yenidən bərpa etməsi prosesidir. Bu proses səbr və əzm tələb edir, lakin mümkündür. Körpənin əmməsi, süd ifrazını stimullaşdırır. Hətta bəzi analar, övladlığa götürdükləri körpəni əmizdirmək üçün döşlərində süd əmələ gətirməyə nail olublar. Bu, süd istehsalının yenidən stimullaşdırılması adlanır.

Davamı →

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir?
Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətər yetirə bilər. Körpələrə su, çay, şəkər suyu və şirələr kimi digər mayelərin verilməsi təcrübəsi, həyatın ilk aylarında bütün dünyada geniş yayılmışdır. Bu təcrübə daha çox körpə həyatının ilk aylarında həyata keçirilir. Lima, Peru ətrafında aparılan araşdırmalar göstərir ki, körpələrin 83 faizi həyatın ilk aylarında su və çay alır. Qambiya, Filippin, Misir və Qvatemalanın bir sıra icmalarında aparılan tədqiqatlar göstərdi ki, yenidoğulanların 60 faizi şəkər suyu və ya çay alır.

Davamı →

Köp əleyhinə dərmanlar körpəni sakitləşdirsə də, qazı yox etmir

Körpələrin 99%-i ilk 3 ayda qarnına köp yığılma problemindən əziyyət çəkir. Bu mərhələni olduqca çətin keçirən körpələr ağlamaqla yanaşı gecə ilə gündüzü səhv salır, qidalanmaqdan imtina edir, yatmır. Nəticədə isə böyümə üçün vacib olan ilkin 3 ayı uşaq yatmalı olduğu halda ağlayaraq və narahat bir halda başa vurur.

Davamı →

İştahsız uşaqlar

Bir çox ailə uşaqlarının az yemək yeməsindən, iştahsız olmasından və ona görə də sağlam böyüməyəcəyindən narahat olur. Uşağın az yeməsi, seçici qidalanması ya da arıq olması onun sağlam olmadığı demək deyildir. Amma nəzərə alınmalıdır ki, bir çox ciddi xəstəliklər də iştahsızlığa səbəb ola bilər. Ona görə iştahsız uşaqlar həkim tərəfindən müayinə olunmalı və ciddi xəstəliklər inkar olunmalıdır.

Davamı →

Mən valideynəm

Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.
Özünə inam dediyimiz şey nədir?
Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir.

Davamı →