Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

14 milyon dollarlıq avtomobil

Ferrari 250 LM
«Ferrari 250 LM» ralli yarışlarında qalib gəlmiş Fausto Morella və Qilyermo Orteqaya məxsus olub.

1964-cü il istehsalı olan «Ferrari 250 LM» hərracda öz sinfi üzrə rekord qiymətə alıcı tapıb. Carrozzeria Scaqliettinin dizaynında hazırlanmış avtomobil Nyu Yorkda keçirilən hərracda 14,3 milyon dollara satılıb. 


Ardı →

Luks sinfinə aid yeni Lexus LS

Toyota Motorsport GmbH “Lexus LS Sports 650”konseptinin seriya versiyası üzərində çalışır. Sedanın premium sinfinə aid olacaq ilk avtomobili 2015 – ci ildə təqdim olunacaq.

Çox güman ki, bu sıradan bir avtomobil olmayacaq, çünki bu avtomobilin rəqibləri kimi, Audi S8 və Mercedes-Benz S63 AMG kimi maşınların adı çəkilir. Yeni avtomobil haqda detallı məlumat hələ ki, yoxdur. Lakin gözlənilir ki, prototipin ümumi konsepsiyası saxlanaraq bir çox təkmilləşdirmələr həyata keçiriləcək.

Qeyd edək ki, Lexus LS TMG Sports 650  avtomobili 2012 – ci ildə Essen Motor avtosərgisində təqdim olunub. Konsept 5 litrəlik V8 tipli 650 at gücünə malik mühərriklə təchiz olunmuşdu. Həmçinin mühərrik yenilənmiş 8 pilləli ötürücü qutuya malikdir. Avtomobil saatda 100 kilometr sürəti cəmi 4,2 saniyəyə yığır.


Ardı →

Mercedes - Benz C - Class

Mercedes-Benz şirkəti rəsmi olaraq ilin ən gözlənilən yeniliyini təqdim edib. C – Class modelinin səviyyəsi qalxdı. Nəticədə W205 modelinin uzunluğu 95 mm ( ümumi uzunluğu 4686 mm), eni 40 mm (ümumilikdə 1810 mm ) artırılmışdı. Eyni zamanda hündürlüyü 1442 mm təşkil edir.

 Dizayn baxımıdan avtomobil yenilənmiş E — Class və yeni nəsil S — Class modellərinə oxşayır. Yeni modelin yanacaq sərfiyyatı 20 % gədər azaldılıb.Sedan satışa üç mühərriklə buraxılacaq.
Ardı →

Porsche 918 Spyder

Alman şirkəti 2014 Porsche 918 Spyder modelinin bir neçə şəkilini sosial mediyaya təgdim edib. Sarı rəngə boyanmış Porsche möhtəşəmdi.

Porsche 918 Spyder avtomobilinin top veriyası Weissach paketilə  alıcılara təgdim olunur. Avtomobil 0-100 km/s sürətini yalnız 2.6 saniyəyə yığır. 0-200 km/s sürətini yalnız 7.2 saniyəyə,  300 km/s sürətini 19.9 saniyə yığmağa malikdi.


Ardı →

2014-cü ildə təqdim ediləcək Avtomobillər

 Bir sıra avtobil şirkətləri 2014-cü ildə gözlənilən yeni avtomobillərinin təqdimatını edib.

2014 Alfa Romeo 4C: “Fiat” və “Chrysler”in ortaqlığından yaranan yeni modelin həm Amerika avtomobilləri gücündə, həm də İtalyan avtomobilləri yüngüllüyündə olması gözlənilir. Maşının gələn il 1200 ədəd təqdim olunacağı və ABŞ-da 55 min dollardan satışa çıxarılacağı düşünülür.


Ardı →

Yeni Cadillac Escalade

Los Ancles avto-sərgisində Cadillac dördüncü nəsil Escalade modelini təqdim edib. Tamamilə yeni görünüşlü bu avtomobil öz unikal stilini qoruyub saxlayır saxlamışdır.

Yeni modelə iri radiator barmaqlığı və diod fənərlər quraşdırılmışdı. Avtomobilin uzunluğu 5180 mm, çəkisi isə 2541 kq təşkil edir.

Cadillac yeni Escalade-i 8 silindrli, 420 at güclü, 6.2 litrlik mühərriklə təchiz edib. Eləcə də yeni model kruiz-kontrol sistemilə təchiz olunur .


Ardı →

Avtomobil sənayesi tarixində bir ilk

51 yaşlı xanım Meri Barra General Motors`un yeni direktoru seçilib. Avtomobil sənayesi tarixində belə bir hadisə ilk dəfədir baş verir.GM Şirkətin hazırki baş direktoru Den Akerson yanvar ayının 15 — də öz vəzifəsini tərk edəcək.Barra 33 il əvvəl GM`də mühəndis — texnoloq kimi işə başlamışdı, lakin onun bütün həyatı avtomobil ilə bağlıdır. O, ABŞ `ın avtomobil paytaxtı olan Çikaqoda böyüyüb başa çatmışdı. Barra 2011 — ci ildə GM korporasiyasının inkişaf departamentinin direktoru seçilmişdi. Bu da avtomobil sənayesində ilk idi və şirkətdə əsas vəzifələrdən biri idi. O zamanlar çoxları Barra`nın uğur qazanacağına şübhə ilə yanaşırdı.Bu il Barra, Forbes versiyası üzrə dünyanın ən nüfuzlu qadınları siyahısında yer almışdır.
Davamı →

Lamborghini Sogna

Çox nadir superkar Lamborghini Sogna modelini almaq istəyən şəxs nə az nə çox 2 380 000 avro ödəməlidi.

Şirkət Sogna modelindən yalnız iki ədəd istehsal etmişdi. Lamborghini Sogna modelini Art & Tech otelyesi tərəfindən yaradılmışdı. «Yaşıl alüminium dəri» altında 455 at gücü, 5.2 litr həcmli mühərrik yerləşir. Avtomobil 5 pilləli mexaniki sürət qutusu ilə təchiz olunub. Maksimal sürət 325 km / s təşkil edir.


Ardı →