Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

Land Rover

Yarım əsrdən artıqdır ki, Britaniyanın Land Rover şirkəti dünyanın hər yerində nüfuzu ilə tanınan avtomobillər istehsal edir. İkinci Dünya Müharibəsinin dəhşətli nəticələrindən sonra yenicə özünə gəlməyə başlayan dünya avtomobil sənayesində bu əfsanəvi markanın yaranma tarixi elə bu avtomobilin özü kimi unikaldır.
Müharibə zamanı çoxsaylı sifarişlər sayəsində mənfəət əldə etmiş Britaniya sənayesində müharibədən sonrakı illərdə istehsal resurslarının və sifarişlərin kəskin çatışmazlığı hiss olunurdu. Hökumət təcili tədbirlər görməli idi. Yaranmış böhranlı vəziyyətdən necə çıxmağı və iqtisadiyyatı necə bərpa etməyi planlaşdırarkən hökumət ölkənin avtomobil sənayesinə xüsusi və mühüm yer ayırdı.
Bu cür mürəkkəb iqtisadi şəraitdə Rover kompaniyası mülki avtomobil istehsalının bərpası üçün hökumətdən icazə aldı və Solihalldakı (Solihull) yeni zavod kompaniyanın ixtiyarına verildi.
Ardı →

Seks üçün ən yaxşı avtomobil

Kanadanın tanınmış “The Globe&Mail” jurnalı seks üçün ən əlverişli şəraitə malik olan avtomobillərin siyahısını dərc edib.
Jurnalın müəllifi Endryu Klark mikroavtobuslar və eləcə də, 60-cı illərin böyük oturacağa malik universal avtomobillərini sekslə məşğul olmaq üçün ən əlverişli yer hesab edir. İndiki avtomobillərin böyük əksəriyyətinin salonu kiçik və dar olduğu üçün, bu məşğuliyyət üçün münasib hesab olunmur.
Davamı →

Nikolaus Avqust Otto

İnsanların avtomobildən istifadə etdiyi yüz il ərzində praktiki olaraq hər şey dəyişib: dizayn dəyişikliklərə məruz qalıb, avtomobil istehsalçılarının bir qismi fəaliyyətinə son qoyub, digər bir qismi fəaliyyətə başlayıb, avtomobil dəbi də dəyişikliklərdən kənarda qalmayıb. Demək olar ki, hər şey dəyişib… Amma… yox. Hər halda dəyişməyən bir şey var. 1876-cı ildən bəri bütün bu dövr ərzində mühərriklərin taktları dəyişməz olaraq qalır. Bu, avtomobil ustalığını öz praktiki təcrübəsi əsasında öyrənmiş ixtiraçı Ottonun sayəsində mümkün olub.
Nikolaus Avqust Otto 10 iyun 1832-ci ildə Taunus çayının sahilində yerləşən kiçik Holtshauzen kəndində anadan olub. Bir neçə ildən sonra o, atasını itirib və ailəni dolandırmaq üçün təhsilini buraxaraq işləməyə məcbur olub.
Davamı →

Jiquli

Hamımızın, əsasən də, yaşlı nəslin çox yaxşı tanıdığı və istifadə etdiyi, günümüzə qədər gəlib çıxan VAZ-2101 markalı “Jiquli” avtomobilinin tarixi İtaliyadan başlayır. Bu avtomobil ilk dəfə İtalyada FİAT-124 adı ilə istehsal olunmuşdur.
FİAT-124 öz dövrünün ən yaxşı avtomobillərindən sayılırdı. 1966-cı ildə istehsal olunmuş avtomobilin rəsmi primyerası Paris şəhərində keçirilib. Bir il sonra 1967-ci ildə FİAT-124 ilin maşını adına layiq görülmüşdür. Görünür, həmin vaxtdan rus çinovnik və texnikləri maşına göz qoyublar.


Ardı →

Şinlərdə təzyiq

Şinlərdə tövsiyə olunan təzyiq istər avtomobil, istərsə də şin istehsalçıları tərəfindən göstərilir. Əgər avtomaşına lazımi ölçülü təkərlər quraşdırılıbsa, təzyiqi yoxlayarkən sürücü, ilk növbədə, avtomobilin istehsalçısının tövsiyələrini yerinə yetirməlidir. Bunun izahı çox sadədir. Avtomobil konstruktor bürolarında yaradılır və şinlərlə birlikdə vahid orqanizm kimi sınaqdan keçirilir, buna görə də asqının rahatlığı, avtomobilin müxtəlif şəraitli yollardan keçmək qabiliyyəti, yanacaq sərfi və digər parametrlər şinlərdə müəyyən təzyiqin olmasından çox asılıdır.

İlk növbədə, şinlərin xarakteristikaları (yırğalanmaya müqavimət, əyləcləmə, yana meyilənmə və s.) bu göstəricidən asılıdır. Bəzən avtomobilə qeyri-standart şinlər taxırlar. Belə hallarda onların təzyiqini istehsalçının tövsiyələrinə uyğun olaraq qoruyub saxlamaq lazımdır. Analoji vəziyyət qış şinləri quraşdırılan zaman yarana bilər, çünki onlar konstruksiyalarına görə yay şinlərindən fərqlənirlər və deməli, onlardakı təzyiq fərqlidir. Bu səbəbdən yaxşı olar ki, şinləri ixtisaslaşmış mağazalardan alasınız, orada satıcılar sizə ixtisaslı tövsiyələr verə bilərlər.
Ardı →

Mühərrikin alışması

Qotlib Daymler mühərrikin alışdırma sistemində açıq alovlu metaləridən borulardan istifadə edirdi. Lakin bu, yanğın təhlükəsi yaradırdı. Üstəlik, akkumulyatorun yükü yalnız bir neçə on kilometr məsafəyə çatırdı. Axı o vaxt akkumulyatoru yükləmək üçün müasir generator tipli hər hansı qurğular mövcud deyildi. Maqneto vasitəsilə yandırma sistemi vəziyyətdən çıxış yolu oldu. Onun tətbiqi alman mühəndisi Robert Boşun başlıca xidməti idi.
O, 23 sentyabr 1861-ci ildə Almaniyanın cənubunda (kiçik Albek şəhərində) çoxuşaqlı ailədə anadan olmuşdu və ailənin on iki övladından on birincisi idi. Valideynlərinin mehmanxanası və pivə müəssisəsi, habelə torpaq sahəsi vardı. Albeker-Ştaybe yolu həmin sahədən keçirdi. Bu sahə Boş ailəsinin əsas gəlir mənbəyi idi. Onlar torpaqlarından keçidə görə ödəniş alırdılar.
Ardı →

Lamborghini

Lamborghini şirkəti Audi-ə məxsusdur, sonuncu isə öz növbəsində Volkswagen AG konserninin bölməsidir. Lamborghini şirkəti 350 km/saatadək sürətlə hərəkət etməyə qadir olan super-avtomobillər istehsal edir.
İtaliyada traktor istehsalçısı kimi tanınan Lamborghini şirkəti 1963-cü ilin oktyabrında Turin avtosalonunda özünün ilk idmansayağı avtomobilini – Lamborghini 350 GT-ni təqdim etdi. Bu, 347 at gücünə malik 3,5 litr həcmli V12 mühərriki quraşdırılmış klassik tərtibatlı ikiyerlik kupe modeli idi. Avtomobilin maksimal sürəti 280 km/saata çatırdı, saatda 100 kilometr sürət yığmağa isə cəmi 6,7 saniyə tələb olunurdu. Bununla şirkətin sahibi Ferruçio Lamborgini sübut etdi ki, Enso Ferrarinin avtomobillərindən heç də geri qalmayan idmansayağı avtomobillər düzəldə bilər (yeri gəlmişkən, Enso Ferrari bir dəfə demişdi ki, Lamborgini onun avtomobilləri kimi sürətli avtomobillər hazırlaya bilməz və bununla da Lamborginini narazı salmışdı).
Ardı →

Toyota-Yapon möcüzəsi

Heç kim yapon şüuru ilə doğulmur, yapon şüuru sonradan formalaşır. Onların sanki mikroskop altında tədqiq edilmiş avtomöcüzəsini daha da maraqlı edən budur ki, həmin möcüzənin yerini yeniləri – Koreya və Çin möcüzələri tutmağa tələsir…
Böyük problemlər tədricən yaranır. 11 mart 1910-cu ildə kiçik Kunisue firması ilk dəfə 4 yerlik və mühərriki 8 at gücü olan kiçik yapon avtomobilinin seriya ilə istehsalına başlayarkən Detroyt üçün problemlər yaranacağını göstərən heç bir əlamət yox idi (xüsusən Kunisue-nin işinə bir ildən sonra son qoyulduğunu nəzərə alsaq). Yetmiş il öncə toxuculuq dəzgahlarının «kralı» Kiiçiro Toyoda avtomobil sənayesi yaratmağa başlamaq istəyəndə də Toyota Motor-un dünyada ilk beş yeri tutan avtomobil istehsalçılarını mövqelərindən sıxışdıracağını təsəvvür etmək çətin idi.
Ardı →

BMW

7 mart 1916-cı ildə iki aviamühərrik istehsalçısı bir kompaniyada birləşərək, sonralar dünyanı «Bavariya mühərrikləri» markası ilə fəth etdi.
İstənilən möcüzənin (hər halda BMW-ni fenomen saymaq olar) öz kökləri var. Almaniya Almaniyadır, Bavariya isə Bavariya. Bavariyalıların öz prezidentləri, doğma hakim partiyaları (XSS) və əlbəttə, öz avtomobilləri var.
Aviatexnologiyalarla işləmək, habelə nəqliyyat vasitəsinin hərəkətinə gözəllik gətirmək bacarığı isə açıq-aşkar bavariyalıların qanındadır.
Onların sonuncu kralı Lüdviq göldə qu quşlarının qoşulduğu qayıqda şütüməyi xoşlayırdı.
Ardı →