Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

Beynəlxalq avtomobil lüğəti

Avtomobil həvəskarlarının və istifadəçilərinin rastlaşdıği bəzi terminlər maraq doğurur. Bunu nəzərə alaraq nəzərinizə ən cox rastlanan terminlərin açıqlamasını çatdırırıq.

4WD (Four Wheel Drive) — Arxa və ön dartılı təkərlər

ABS (Antilock Brake System) — Kilidlənməyən əyləc sistemi

AP (Accelerator Pedal) — Qaz pedalı

BAS (Brake Asist System) — Qəfil saxlama zamanı əyləc təzyiqini artıran və bütün təkərlərə bərabər əyləc gücü paylayan sistem.

COMAND (Cocokpit Management and Data System) — Yeni nəsil avtomobillərdə naviqasiya sistemi,telefon,saat,TV,radio və musiqi sisteminin hamısınna nəzarət edən sistem.

DRL (Daytime Running Lamps) — Gün işığında işləyən lampa.

EOT (Engine Oil Temperature) — Motor yağı istiliyi

Fİ (Fuel İnjection) — Yanacaq injektoru


Davamı →

Jaguar

“Yaquar” (Jaguar Cars Ltd.) şirkətinin tarixi ötən əsrin 20-ci illərindən başlayır. 1922-ci ildə Uilyam Layons (William Lyons) və onun ortağı Uilyam Uolmsli (William Walmsley) Britaniyanın şimalındakı dənizkənarı Blekpul (Blackpool) şəhərində Swallow Sidecar (qısa adı SS) kompaniyasının əsasını qoydular. Şirkət əvvəlcə motosikletlər üçün yedəklərin istehsalı üzrə ixtisaslaşmışdı. Olduqca yaraşıqlı Swallow alüminium yedəkləri avtomobil həvəskarlarının diqqətini tez bir zamanda özünə cəlb etdi.
İstedadlı və zirək Uilyam Layons əldə edilən uğurlarla kifayətlənməyərək özünü yeni istiqamətdə – avtomobillər üçün Swallow kuzovlarının hazırlanması sahəsində sınamağı qərara aldı.
Ardı →

İlin avtomobili-2011

Cenevrə avtosalonunun keşirdiyi "İlin avtomobili" müsabiqəsi başa çatmaq üzrədir. Belə ki, 39 avtomobilin qatıldığı müsabiqədə ilk üçlük seçilib. Bu üçlüyə Audi A8, BMW 5-ci seriya və Nissan Leaf daxil olub. Birinci yerin qalibi aprelin 21-də Nyu-Yorkda keçiriləcək motor-şouda açıqlanacaq.

Audi A8
Audi R8

Ardı →

Silgiləri olmayan avtomobillər gəlir



Bildiyimiz kimi avtomobilin siləcəkləri onun ən önəmli hissələri hesab edilir. Xüsusən də payız və qış fəslində avtomobili siləcəksiz idarə etmək təhlükəli hesab edilir. Heç silgiləri olmayan avtomobil təsəvvür edirsiniz? Dünyanın ən mükəmməl idman avtomobil istehsalçısı McLaren isə keçən ilin axırlarından başlayaraq belə bir avtomobil istehsalı üzərində düşünməyə başlayıb.


Ardı →

Dünyada llk avtomobil və ilk avtomobil nomrəsi

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir.

Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülüb. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad edib. Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət edib. Bu, texnika aləmində böyük sensasiya olmaqla bütün dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəldir. O vaxtdan avtomobillər dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilir.


Ardı →

Avtomobil Emblemləri

Emblem Audi – dörd metal halqa. Emblem dörd qurucu şirkətin birliyini simvolizə edir: Audi, DKW, Horch və Wanderer. 1932-ci ildə dördlük Auto Union adı altında birləşdi.

 Avtomobil şirkəti öz yaradıcısının şərəfinə Avgust Horch adlandı. Horch alman dilində “dinlə” deməkdir, latın dilinə tərcümədə isə “audi". Bir sözlə, avtomobil adını latın dilindən götürmüşdür.
 

Emblem BMW – Emblem öz formasının təməlini Bavariya bayrağından götürmüşdür. Bayerische Motoren Werke AG — Bavarian Motor Works sözünün qısaldılmış mənasıdır.
 

 Emblem Infiniti  — əvvəllər avtomobilin logosuna yol və ya sonsuzluq işarəsinin (∞) qoyulması fikri var idi. Markanın tərcüməsi sonsuzluq deməkdir. Daha sonra işarəni indiki logo ilə əvəz etdilər. 
 

 Emblem Mazda – üzərində qanadlı M hərfi qeyd edilib. Firmanın adını zərdüştlük tanrısı olan Ahura-Mazdanın adından götürmüşlər. Bundan əlavə firmanın yaradıcısının soyadı da Tsudziro Mazudadır (1875–1952). Mazdanın hazırkı emblemi  “bayquş”dur, hansı ki emblemdə onun qanadları təsvir olunmuşdur.
 

 Emblem Chevrolet  — Lui Şevrole 1908-cı ildə ilham almaq üçün Parisdə ən bahalı otağa yerləşir. İnanmayacaqsız amma onun həyat yoldaşı olmasaydı, avtomobil bu emblemlə dünyaya səs salmazdı. Həyat yoldaşı plyusa oxşar işarəyə təsadüfən qəzet reklamında rast gəlmişdi.
 

 Emblem Alfa-Romeo – logotipin müəllifi Romano Cattaneodur. O, ağ fon üzərində qırmızı xaç yerləşdirmişdir, hansı ki, Milanın bayrağında da var. Emblemin kənarında isə qıvrılmış ilan təsvir olunub.
 

 Emblem Chery – emblemdə CAC  (Chery Automobile Corporation) hərfləri təsvir edilib. A hərfi hər iki tərəfdən C hərfi ilə əhatə olunub. Emblem həm də insan əlini xatırladır, bu da güc və birliyi bildirir. Chery özündə iki sözü birləşdirir: çincə chery “inkişaf”, “cheery” ingiliscədən tərcümədə isə “qazanmaq arzusu” deməkdir.  
 
Həmçinin bax:Beynəlxalq avtomobil lüğəti

Mənbə: azens.az

 

Avtomobil həvəskarlarının diqqətinə:
Bəyəndiyiniz Changan modelinə endirimli şərtlər ilə sahib olun.


Davamı →

Yeni mühərrikli Opel Astra 2014

Opel rəsmi olaraq Astra 2014 modelini təqdim etdi. Lakin Astra 2014 eksteryer baxımından heç də əvvəlki modelindən fərqlənmir.

Alman şirkətinin müştəriləri yeni 136 at güclü 1.6 litr həcmli CDTI mühərrikli Astra 2014 əldə edə bilərlər. O, 0-100 km/s sürətini 10.3 saniyəyə yığır,orta yanacaq sərfi isə 100 kilometrə 3,9 litr səviyyəsindədi.

Yeni Astra IntelliLink informasiya- əyləncə sistemilə, sensor ekranla, CD-player, Bluetooth, USB və AUXla təchiz olunacaq.


Ardı →

Luks sinfinə aid yeni Lexus LS

Toyota Motorsport GmbH “Lexus LS Sports 650”konseptinin seriya versiyası üzərində çalışır. Sedanın premium sinfinə aid olacaq ilk avtomobili 2015 – ci ildə təqdim olunacaq.

Çox güman ki, bu sıradan bir avtomobil olmayacaq, çünki bu avtomobilin rəqibləri kimi, Audi S8 və Mercedes-Benz S63 AMG kimi maşınların adı çəkilir. Yeni avtomobil haqda detallı məlumat hələ ki, yoxdur. Lakin gözlənilir ki, prototipin ümumi konsepsiyası saxlanaraq bir çox təkmilləşdirmələr həyata keçiriləcək.

Qeyd edək ki, Lexus LS TMG Sports 650  avtomobili 2012 – ci ildə Essen Motor avtosərgisində təqdim olunub. Konsept 5 litrəlik V8 tipli 650 at gücünə malik mühərriklə təchiz olunmuşdu. Həmçinin mühərrik yenilənmiş 8 pilləli ötürücü qutuya malikdir. Avtomobil saatda 100 kilometr sürəti cəmi 4,2 saniyəyə yığır.


Ardı →

Gözəllik və təhlükəsizlik bir arada

Şalvarda və idman ayaqqabısında avtomobili idarə etmək çox rahatdır. Amma sürücülük vəsiqəsi aldıqdan sonra nazikdaban hündür ayaqqabılar, dar cazibədar yubkalar və uzun şubalar qadınların qarderobundan çıxmır. Əsl qadın sürücü öz zərifliyini heç nəyə dəyişməz. Bəs gözəlliklə təhlükəsizliyi necə uzlaşdırmalı?
-   İdman üslublu istənilən geyimlər. Qoy bayağı tövsiyə sizi pərt etməsin. Hazırda “glam-sport” dəbdədir və trikotaj tunikaların, “top”ların, bluzonların, sviterlərin streyç-cinslərlə, leqtinslərlə və trikotaj şalvarlarla kombinasiyası nəinki qadınların cazibədarlığını artırır, həm də onları daha cavan göstərir. Soyuq hava üçün gödəkçə və krossovkalar və ya boğazlı çəkmələr məsləhətdir. Sıx yol hərəkəti axınında onlar sizin hərəkətlərinizi məhdudlaşdırmayacaq. Bu geyimlərdə diqqətiniz avtomobilin idarə olunmasından yayınmayacaq, özünüzü komfortlu və inamlı hiss edəcəksiniz.
-    Uzunluğu dizə qədər və ya dizdən azacıq yuxarı olan yubkalar avtomobili idarə etmək üçün optimal variantdır.
Ardı →