Рейтинг
+16.72

Avtomobil dünyası

26 üzv, 171 topik

Renault

Lui Reno 1877-ci ilin fevralında Parisin tipik burjua ailəsində doğulub. Reno ailənin kiçik övladı idi, onun iki bacısı və iki qardaşı vardı. Atası Alfred uğurlu biznesmen, anası Luiza isə varlı dükan sahiblərinin qızı idi və əyləncəni, incəsənəti sevirdi. Lui ailədə ərköyün uşaq idi.
Renault kompaniyasının tarixi ilk növbədə bir insanın qeyri-adi taleyi ilə bağlıdır.
Bu oğlan erkən yaşlarından hər cür mexaniki əşya və qurğularla, o cümlədən mühərriklə və elekrtik avadanlıqları ilə maraqlanırdı. Renolar ailəsinin Paris yaxınlığında yerləşən Bilankurda evi vardı. Həmin evin bağçasındakı anbarda Lui özünün ilk emalatxanasını düzəltmişdi. Reno təhsilə çox da meyl etmirdi, buna görə də bakalavr pilləsini başa vurduqdan sonra rahatlıqla nəfəs aldı. Təhsildə nəzərəçarpan uğurlarının olmamasına baxmayaraq, bu azdanışan yeniyetmə həyatda uğur qazanmaq üçün iki mühüm xüsusiyyətə – intuisiya və əməksevərliyə malik idi.
Davamı →

Avtomobil kəməri

“Volvo PV 544” avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. Bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi.

Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi.

Təyyarədən avtomobilə

Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin “Volvo” şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu həm də istifadəsi çox asan bir sistem olmalı idi.
Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri 1949-cu ildə “Volvo PV 544” və “Volvo Amazon” modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı.
Əlbəttə, yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət etdilər. Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını qavramağa başladılar.

1963-cü ildə “Volvo” ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı.
“Volvo”nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki təhlükəsizlik kəməri travma riskini 50-60% azaldıb.

1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

0,2 saniyəyə baş verən faciə

Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:

— 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
— 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
— 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
— 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;
— 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
— 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
— 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
— 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
— 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.
Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.

Əlavə edək ki, hava yastıqları ilə təchiz olunan avtomobildə təhlükəsizlik kəməri taxmamaq daha ağır fəsadlara yol aça bilər. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzərinə düşən zərbə də həndəsi silsilə ilə artır.

Kəmər taxaqmı?

Əziz sürücü və sərnişinlər. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2,3, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.

Lətifə

Yol polisi sürücünü saxlayır, ilişmək üçün heç bir arqument tapa bilməyib, sürücünün yanında oturmuş, kəmər taxmış qoca anasını göstərib, başını bulayır:

— Yekə kişisən, utanmırsan 5 manata görə qoca arvadı kəndirlə sarımısan?

 

Qeyd: Yazıda auto.ru saytının materiallarından istifadə edilib.

Vüqar Ələsgərov

 

Avtomobil həvəskarlarının diqqətinə:
Güclü və aqressiv Changan F 70 – Pick-up modeli olan PSA Qrupun Changan ilə ortaq məhsuludur. Ümumilikdə, 3.5 Tona qədər yükü çəkib apara bilən Changan F-70 modelini əldə etməyə tələsin.


Davamı →

Porsche 918 Spyder

Alman şirkəti 2014 Porsche 918 Spyder modelinin bir neçə şəkilini sosial mediyaya təgdim edib. Sarı rəngə boyanmış Porsche möhtəşəmdi.

Porsche 918 Spyder avtomobilinin top veriyası Weissach paketilə  alıcılara təgdim olunur. Avtomobil 0-100 km/s sürətini yalnız 2.6 saniyəyə yığır. 0-200 km/s sürətini yalnız 7.2 saniyəyə,  300 km/s sürətini 19.9 saniyə yığmağa malikdi.


Ardı →

Avtomobil sənayesi tarixində bir ilk

51 yaşlı xanım Meri Barra General Motors`un yeni direktoru seçilib. Avtomobil sənayesi tarixində belə bir hadisə ilk dəfədir baş verir.GM Şirkətin hazırki baş direktoru Den Akerson yanvar ayının 15 — də öz vəzifəsini tərk edəcək.Barra 33 il əvvəl GM`də mühəndis — texnoloq kimi işə başlamışdı, lakin onun bütün həyatı avtomobil ilə bağlıdır. O, ABŞ `ın avtomobil paytaxtı olan Çikaqoda böyüyüb başa çatmışdı. Barra 2011 — ci ildə GM korporasiyasının inkişaf departamentinin direktoru seçilmişdi. Bu da avtomobil sənayesində ilk idi və şirkətdə əsas vəzifələrdən biri idi. O zamanlar çoxları Barra`nın uğur qazanacağına şübhə ilə yanaşırdı.Bu il Barra, Forbes versiyası üzrə dünyanın ən nüfuzlu qadınları siyahısında yer almışdır.
Davamı →

Porsche

3 sentyabr 1875-ci ildə Bohemiyada Maffersdorf deyilən yerdə (indiki Vratislavitse) hazırkı qüdrətli şirkətin gələcək yaradıcısı Ferdinand Porşe (Ferdinand Porsche) anadan oldu. Təhsil aldıqdan sonra Ferdinand ailə biznesini davam etdirərək su xətlərinin çəkilməsində atasına kömək etməyə başladı.
1898-ci ildə gənc mühəndis Jacob Lohner şirkətində işə girdi. Burada o, Lohner-Porsche Electric Car elektromobilini hazırladı. 1906-cı ildə Porşe digər firmanın – Austro-Daimler-in əməkdaşı oldu. Sonra isə firmaya rəhbərlik etməyə başladı. Amma Ferdinand öz qarşısında böyük hədəflər qoymuşdu və tezliklə Ştutqarta (Almaniya) köçdü. Orada Porşe öz mühəndis ofisini açdı və Dr. Ing. h.c. F. Porsche AG şirkətini təsis etdi.
Ardı →

Sovet lüks avtomobilləri

Vaxtilə sovet partiya və dövlət rəhbərlərinin istifadə etdikləri ZİM və «Çayka» markalı avtomobillər təkcə keçmiş SSRİ mənkanında deyil, bütün dünyada məşhur idi.

ZİM-in “doğuluşu”

QAZ-ın tarixində ən orijinal modellərdən biri 12-ci seriyadan olan, ömrünün ilk yeddi ili ərzində ZİM adlandırılan avtomobillər olub. 1948-ci ildə Molotov adına Qorki avtomobil zavodu altı yerlik avtomobil hazırlamaq barədə hökumətdən tapşırıq alıb. Tapşırığa görə, yeni avtomobil öz komfortuna, yanacağa qənaət etməsinə və dinamikliyinə görə prestijli ZiS-110 ilə kütləvi «Pobeda» avtomobilləri arasında aralıq mövqe tutmalı idi. Bu modelin hazırlanması üçün Qorki avtomobil zavodunun mütəxəssislərinə 29 ay vaxt ayrılımışdı. Zavodun mütəxəssisləri yeni modelin hazırlanmasında QAZ-ın əvvəlki buraxılışlarının bəzi elementlərindən istifadə etməli oldular.
ZİM avtomobili
Gərgin zəhmət sayəsində 100 km məsafə üçün 18-19 litr yanacaq işlədən, 1940 kq çəkisi olan, maksimal sürəti saatda 125 km-ə çatan və 37 saniyə ərzində saatda 100 km sürət yığa bilən səssiz mühərrikli yeni model yaradıldı. Konstruktorlar kuzovu hazırlayarkən əsas diqqəti onun möhkəmliyinə yönəltmişdilər. Avtomobilin salonuna üç sərgə oturacaq yerləşdirildi. Orta cərgədəki oturacaqları yığmaq və qabaq oturacağın arxasına qatlamaq olurdu. Bu zaman arxada oturan sərnişinlərin ayaqları üçün olduqca geniş məsafə yaranırdı. ZİM-in uzunluğu 5,53 metrə çatırdı.
Salon o dövr üçün zəngin işlənmiş, üçdiapazonlu radioqəbuledici ilə, bir həftəliyə qurula bilən saatla, siqaret çəkmək üçün elektrik alışqanı və külqabılarla ilə təchiz olunmuşdu. Bundan başqa, cihazlar panelində lampalar vardı ki, onların yanması sürücüyə əl əyləcinin dartılması və soyutma sistemində suyun temperaturunun çox qızması barədə xəbərdarlıq edirdi. ZİM-in maraqlı xüsusiyyətlərindən biri də onun kapotu idi. O, istənilən tərəfə açılırdı və tamamilə çıxarıla da bilərdi. Qatlanan arxa şüşə də bu avtobilin maraqlı xüsusiyyətlərindən idi. Bu, o zaman sovet avtomobilqayırma sənayesi üçün yenilik idi.

Stalin ZİM-in baş konstruktorunu niyə cəzalandırıb?

1949-cu il noyabrın 7-də QAZ-12-nin (ZİM) sınaq nüsxəsi Qorkidə bayram nümayişində iştirak edib. 1950-ci il fevralın 15-də avtomobil, qəbul edilmiş qaydalara uyğun olaraq, dövlət rəhbərlərinin xidmətinə verilib. Məlumatlara görə, sovet partiya və hökumət rəhbərləri yeni avtomobili çox bəyəniblər, deyilənlərə görə, hətta ölkə rəhbəri İosif Stalin özünü saxlaya bilməyərək maşını tərifləyib də. Lakin o, ZİM-in baş konstruktorunun Andrey Aleksandroviç Lipqart olduğunu öyrənərkən əsəbiləşib. Məsələ burasında idi ki, Lipqartın ondan öncə hazırladığı «Pobeda» modeli Stalinin xoşuna gəlməmişdi. ZİM Stalinin xoşuna gəlsə də, o, baş konstruktorun cəzalandırılmasını əmr edib. Rəhbərin göstərişindən sonra üç dəfə «Lenin», iki dəfə «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif edilmiş, beş dəfə «Stalin» mükafatı almış Andrey Aleksandroviç Lipqart 1951-ci ilin dekabrında QAZ-ın baş konstruktoru vəzifəsindən azad edildi və bir neçə aydan sonra isə Ural ZiS-ə sıravi mühəndis vəzifəsinə göndərildi. Çox maraqlıdır ki, ona sonuncu «Stalin» mükafatını məhz ZİM-ə görə vermişdilər. Konstruktor 1953-cü ilin martında, Stalinin ölümündən sonra rəhbər işə qaytarıldı, ancaq QAZ-a deyil, başqa müəssisəyə. ZİM 7 ilə yaxın rəhbər şəxslərin xidmətində oldu. Sovet hökumətinin rəhbərliyi artıq onu köhnəlmiş avtomobil hesab etdiyindən yeni, daha yüksək kateqoriyalı model hazırlamaq məsələsi gündəmə gəldi. Nəticədə Qorki Avtomobil Zovoduna QAZ-13 modelini hazırlamaq tapşırığı verildi.

ZİM maşını,sovet avtomobili

Sovet rəhbərləri üçün yeni maşın-“Çayka”

Yeni avtomobilin ilk sınaq nümunəsinin yığılması 1957-ci ilin iyulunda başa çatdı. QAZ-13-ün ilk buraxılışı Sov.İKP-nin XXI qurultayının keçirildiyi ayda — 1959-cu ilin yanvarında hazırlandı. Bu avtomobilin istehsalı 1978-ci ilədək davam etdi. «Çayka» adlandırılan yeni model öz sələfindən, yəni ZİM-dən görünüşü və quruluşuna, texniki göstəricilərinə görə fərqlənirdi. «Çayka»nın kuzovu qapı şüşələrini qaldırıb-endirən elektrik qurğu ilə, şüşələrin qaldırılıb-endirilməsini mərkəzləşdirilmiş qaydada idarə edən sistemlə, şüşə yuyucusu ilə, «panoramlı» möhkəm şüşə ilə, dumana qarşı faralarla təchiz edilmişdi. ZİM-dən fərqli olaraq, «Çayka»nın arxa qapısı ortadan arxaya doğru deyil, qabaq qapilar kimi açılırdı. «Çayka»da beş oturacaq yeri, habelə oturacağın qatlanması sayəsində iki əlavə yer vardı. Ümumi çəkisi 2100 kq olan avtomobil saatda 160 km-dək sürət yığa bilirdi. Bu cür güclü avtomobil xeyli yanacaq işlədirdi-hər 100 kmə 21 litr.
Çayka avtomobili

Xruşşovun Fidel Kastroya «qara qanadlı» hədiyyəsi

O vaxtlar bir ildə Qorki Avtomobil Zavodunun konveyerindən 150-yə yaxın «Çayka» çıxırdı. Vaxtı ilə Nikita Xruşşov səxavət nümayiş etdirərək adları hamıya yaxşı tanış olan Fidel Kastroya, Yuri Qaqarinə, Mixail Şoloxova və Qalina Ulanovaya xüsusi xidmətlərinə görə «qara qanadlı» «Çayka» bağışlamışdı. Ötən əsrin 70-ci illərində əsasən qara və ağ rəngdə buraxılmış «Çayka»ları da artıq köhnəlmiş avtomobillər saymağa başladılar. İstismar müddəti başa çatmış avtomobillər adətən nazirliklərin qarajlarından nikah saraylarının sərəncamına verilirdi. Hazırda bütün MDB ölkələri kimi Azərbaycanda da ZİM və «Çayka»lar gözə dəyir. Bu «qocalmış» avtomobillər hansısa rəhbər şəxsi deyil, toy mərasimlərinə tələsən bəy və gəlinləri daşıyır.

Mənbə: modern.az

 

Avtomobil həvəskarlarının diqqətinə:
Ən yüksək qiymət zəmanəti ilə avtomobilinizi yeni Changan ilə dəyişə bilərsiz.


Davamı →

Avropanın ən yaxşı 7 avtomobil muzeyi


Avtomobil muzeyləri populyarlığına və insan gəlişinə görə endirimlər vaxtı brend mağazaları ilə rəqabət apara bilər. Muzeylər bütün ili, səhərdən-axşama qədər işləyir və orada daim ziyarətçilər var. Keçmiş avtomobillərin formasına baxaraq avtomobillərin inkişafını izləməkdən maraqlı nə ola bilər ki? Marifia dərgisi sizə Avropada gedə biləcəyəniz ən yaxşı 7 avtomobil muzeyinin siyahısını hazırlayıb.
 
Ferrari muzeyi

Şimali İtaliyada, Modena şəhərindən 18 km aralıda Maranello adlı kiçik şəhərcik var. Bu şəhərcik Ferrarinin zavodu, baş-ofisi və muzeyi ilə məhşurdu. Siz burada təzəcə Ferrari Californianı yarım saatı 80 avroya olmaqla icarəyə götürə bilərsiniz. Sizin yanınızda təcrübəli instruktor nəyi necə etməyinizi başa salacaq. Yarım saat ferrarinin sükanı arxasında oturmaqla uşaqlıq arzunuzu həyata keçirmiş olacaqsınız. 
Bütün muzey eksponatlarla doludu. Burada əvvələr “Formula-1” iştirakçısı olmuş maşınlar, onların motorları,pilotların şəkilləri, kuboklar və s. saxlanılır. Hər bir eksponata əl vuraraq, sözün əsl mənasında tarixə toxuna bilərsiniz.


Muzeyə girərkən gördüyünüz ilk eskponat 1951ci il istehsalı olan Ferrari 166 F2di, onun yanında isə 265 at gücünə malik 1955ci il istehsalı olan Ferrari-Lancia dayanıb. Təbii ki, bu maşınlar bugünkü lüks və komfortdan çox uzaqdılar. Muzeydə məhşur kanadalı pilot- Jil Vilyenevin idarə etdiyi 1980cı il istehsalı olan Ferrari 312 T5 markası saxlanılır. Burada Ferrarinin fəxri olan 575 Marnello markasını və hətta Andrea Bertollinin yarış zamanı geyindiyi geyimi də görə bilərsiniz. Muzeyə səhər-turistlərin az olduğu vaxtda getməyiniz daha yaxşı olardı.
 
Elm və texnika muzeyi

Katolinya mühəndisləri elm və texnika muzeyini yaratmaq barədə hələ XIX əsrin əvvələrindən fikirləşirlər. Lakin onların bu ideyası 1983cü ildə reallaşdı. Onlar 1983cü ildə Terrasda keçmiş toxuculuq fabrikini ələ keçirən mühəndislər burada muzey açmaq qərarına gəlirlər. Fabrikin quruluşu muzey üçün çox sərfəli idi, içəridə divarlar yox idi, sadəcə 300ə yaxın dayaq dirəkləri quraşdırılmışdı.Muzeyin əsas hissəsi nəqliyyat vasitələrinə həsr olunub. Muzeyin mirvarilərindən biri 1923cü il istehsalı olan Ford TT avtomobilidi. Digər dəyərli eksponatlardan biri də, Stremaer şirkətinin ilk və yeganə buxar avtomobili olan Locomobile Stremaerdi.

 
Fransız Qabriel Vuazen tərəfindən hazırlanmış mikroavtomobillər ziyarətçilərin diqqətini çəkir. Vuazen bütün dünyaya 30cu illərdə istehsal etdiyi mikroavtomobillərlə tanınıb, lakin II Dünya Müharibəsindən sonra o istehsalı dayandırmışdı. O, uzunluğu cəmi 2,4 metr olan ikinəfərli Biscooter avtomobilinin yaradıcısıdı. Autonacional firması bu maşını Biscuter adı ilə istehsalına başlamışdı. Onun motoru 9 at gücündədi. 1953-1960cı illər arasında 12000 belə avtomobil istehsal olunmuşdu.
 
Mercedes-Benz muzeyi

Daimler AG zavodunun nəznində ilk muzey 1923cü ildə açılmışdı. Həmin tarixdən bugünə qədər muzeyi dünyanın bütün yerlərindən milyonlarla turist ziyarət etmişdi. 2006cı ildə muzeyin sahəsi bir qədər də genişləndi və nəhəng Mercedes-Benz-Weltnkompleksi yaradıldı. Bu muzey binasının həm xarici, həm də daxili görünüşündən zövq olmaq olur. UN Studio inşaat şirkətinə binanın tikilməsi 150 milyon avroya başa gəlmişdi. Binanın ümumi sahəsi 35000 kv metrdən çox təşkil edir.


Muzey ziyarətçiləri ekskursiyanı mərkəzdə yerləşən əsas girişdən daxil olaraq başlayır, sonra lift ilə ikinci mərtəbəyə çıxırlar. Bundan sonra ziyarətçilərin turu davam etdirmək üçün 2 variantı olur. Lakin bu variantların hansının seçilməsi o qədər də önəmli deyil. Ziyarətçi istədəyi qədər istədiyi eksponatın yanında duraraq ona tamaşa edə bilər. Buradakı hər bir eksponatla yaxından tanış olmaq istəsəniz, bir gün sizə bəs etməyəcək.
 
BMW Muzeyi

BMWya həsr olunmuş muzey Münhen şəhərində, BMWnın baş ofisinin yanında yerləşir. Muzeyin ümumi sahəsi 5000 metr kvadratdı. Hər gün muzeyə 25 000ə qədər ziyarətçi təşrif buyurur. Muzeydə 550ə yaxın eskponat vardı, lakin onların sayı artmaqdadı. BMW həvəskarları burada özlərini cənnətdəki kimi hiss edəcəklər.


Ən görünən yerdə İngiltərədən gətirilən və tamamilə bərpa olunan 1934cü il istehsallı BMW 315 dayanıb. Bu maşın müharibədən sonra Almaniyadan çıxarılmışdı. Yuxarı mərtəbədə idman maşınları dayanıb. Burada Formula 1 iştirakçıları olmuş avtomobillər geniş yer tutur. Burada BMW 328 Mille Miglia bolidləri xüsusi diqqət çəkir. Onlar Mussolini və Hitlerin mərcinə əsasən düzəldilmişdi. Mussolini və Hitler hansı ölkənin Berlin-Roma-Berlin marşrutunu daha tez keçəcəyi barədə mərcləşmişdilər. Təssüf ki, müharibə bu mərcin reallaşmasına imkan vermədi. Burada BMWnın ən məhşur modelləri olan BMW 501, BMW 502 markaları yerləşdirilib. Muzeyin zalları ilə saatlara gəzmək mümkündü.

Porcshe Muzeyi
 
2009cu ildə Ştutqartda Porsche Museum açıldı. Bu muzey müasir arxitekturası və poryektin dəyəri ilə diqqət çəkdi. Proyektin dəyərəi 100 milyon avro idi. Bu proyekti sözlə başa salmaq mümkün deyil. Muzeyə oxşar ikinci bir bina heç yanda yoxdu. Ayrı-ayrı elementlər bir-birilə elə gözəl vəhdət təşkil edir ki, muzey hər bir baxış bucağından fərqli görünür. Muzeydə Porschenin 1939cu il istehsalı olan markalarından tutmuş ən son modellərə qədər 80 eskponat vardı.

 
Muzeyin emalatxanasında 350yə qədər Porsche nümunələri vardır, lakin hər bir ziyarətçi o emalatxnaya daxi ola bilmir, ona görə muzeyə girməmişdən əvvəl emalatxanaya  da bilet almağı unutmayın.

Audi Muzeyi

İqnolşdat vilayəti Audi istehsalçıları üçün çox uğurlu ərazidi. Burada Audinin baş-ofisi, muzeyi və zavodu yerləşir. Muzey 2000ci ildə tikilib, onun görünüşü böyük şüşə silindrə bənzəyir. Muzeyə ziyarət 3cü mərtəbədən başlayır, burada 1899-1945ci illərin istehsalı olan modellər yerləşdirilib. Məhz bu illərdə avtomobil və motosiklet markaları olan Horch, Audi, DKW və Wanderer yaradılmışdı.


1932ci ildə bu şirkətlər birləşərək Auto Union şirkətlər qrupunu yaratmışdı. Şirkətin emblemi də məhşur dörd həlqə olmuşdu. Əfsanəvi qadın pilot Michelle Mutonun idarə etdiyi Audi Rallye Quattro A2 avtomobili muzeydə saxlanılır. Həmçinin burada, saatlarla baxdıqdan sonra belə doymaq olmayan müasir kabrioletlər vardı.

AutoStadt

Volkswagen kimi böyük avtomobil şirkəti təbii ki, muzey mövzusuna toxunmaya bilməzdi. 2000ci ildə Volkswagen şirkətinin tarixinə həsr olunmuş AutoStadt kompleksi açılmışdı. Hər şey Volkswagenin istehsalının artırılması üçün işlərinin başlanmasından başlandı. Şirkət rəhbərləri ofisi genişləndirmək istəyiridilər. Onların bu ideyası o qədər dərinə getdi ki, burada Zeithaus muzeyi, 2 nəhəng yeni maşınlarla təchiz olunmuş avtosalon, test-drayv üçün məkanlar tikildi. Zeithaus muzeyində əsas eksponat təbii ki, Beetle kabrioletidi.


Kabriolet 1938ci il istehsallı “Juke”du. Bu avtomobil zavodun rəsmi açılışından xəbər verirdi.) Burada digər avtomobil markalarının nümunələri də var: Ford T, Rover Mini, Cadillac və s. 2003cü ildə Le-Manda qalibiyyət qazanan Bentley Speed 8 də bu muzeydə saxlanılır. Muzeydə ekskurisya yuxarı mərtəbədən başlayır və siz getdikcə aşağı mərtəbəyə düşürsünüz. Ekskursiya zamanı siz ekponatlara toxuna və onlarla şəkil çəkdirə bilərsiniz.

marifia.com


Avtomobil həvəskarlarının diqqətinə:

Aylıq 543 AZN- dən başlayan kredit şərti ilə Eado DT modellərinə maksimum 5 il müddətinə sahib ola bilərsiniz.


Davamı →

Tarixdə ilk Betmobil


«Heritage Auction» şirkəti dekabrın 6-da hərracda Betmen barədə komikslər əsasında hazırlanmış ilk Betmobili təqdim edəcək.

Orijinal və tarixdə ilk Betmobil 1956-cı ildə Forrest Robinson tərəfindən hazırlanıb. O, avtomobili hazırlayarkən 40-cı illərdə çıxan Betmen barədə komikslərdən ilhamlanıb. 2008-ci ildə bu maşını bərpa etməyə başladılar və onun indiki start qiyməti 90 min dollardır.


Ardı →

Lamborghini Sogna

Çox nadir superkar Lamborghini Sogna modelini almaq istəyən şəxs nə az nə çox 2 380 000 avro ödəməlidi.

Şirkət Sogna modelindən yalnız iki ədəd istehsal etmişdi. Lamborghini Sogna modelini Art & Tech otelyesi tərəfindən yaradılmışdı. «Yaşıl alüminium dəri» altında 455 at gücü, 5.2 litr həcmli mühərrik yerləşir. Avtomobil 5 pilləli mexaniki sürət qutusu ilə təchiz olunub. Maksimal sürət 325 km / s təşkil edir.


Ardı →

Paris Hiltonun avtomobil kolleksiyası

Məşhur ulduz Paris Hilton ən bahalı və dəbli maşınların kolleksiyasını toplayır. Müğənni diqqətçəkən rənglərə xüsusilə önəm verir.

“Bentley Continental GT”, 280 min dollarlıq qırmızı «Ferrari», 375 min dollarlıq sarı rəngli “Lexus”, “Range Rover” onun kolleksiyasına daxil olan ən sevimli avtomobilləridir.


Ardı →