Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Başdan-başa təbiət təbli şair

Xalq duyğulu, elat qəlbli, “Arif” təxəllüsü ilə bahəm “qağa” ləqəbli Hüseyn Arif
Bu şairin yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularının dərinliyinə “qaib”, sərinliyinə “hayıf” bir “kölgə” salmış… Ana təbiətlə bu şairin təbiəti arasındakı fərqlər bu ki; biri yaradılandı, biri yazılan, birində dörd fəsil var, birində — “qəza-qurban övlad” ladlı notların istisnası ilə — yalnız yaz-bahar...

Öncə, bu büsbütün təbiət təblimizin dünyagəlişi, cəmiyyət, sər-səlahiyyət “yaradıcılığı” haqda. 1924-cü il iyunun 15-də Ağstafada doğulub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Qorki adına Ədəbiyyat İnstitutunun (Moskva) aspiranturasını bitirib. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) və Xalq şairidir (1989).
Davamı →

Dəllək | Cəlil Məmmədquluzadə

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
 
“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.
 
“Bala, get sәn dә burnunu qanat!” — anası Mәmmәdvәliyә dedi.
 
Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.
 
Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:
Davamı →

Soyuq daş | Yusif Səmədoğlu

Cığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.

Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır.

Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, palçalanıb cingildəyir.
Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi eşidir və qəribə-qəribə rənglər görür. Səhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir...

Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oğlana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bilə-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.
Davamı →

Qoca Məcnun | Rafiq Tağı

Onu öz adıyla yox, Məcnun kimi tanıyırlar. “Tanıyırlar” demək bəlkə düz çıxmaz da; millət Məcnunu tanıyır, bir vaxt onu səhnədə təcəssüm etdirmiş birisi kimi də bunu. 

Hüsnü həyatda qocaldıqca, teleekranlarda da qocalır, yaxşı kontrastlı televizorlarda üzü və boynundakı durğun venoz kapillyarlar aydınca görsənirdi. 

Elə bir vaxt gəlib çatdı ki, daha onun qoca simasını Məcnundakı cavan çöhrəsiylə heç cür uzlaşdıra bilmədilər. Getdikcə də subtitrlərdə ismini oxuyub Hüsnü bildikləri adamın keçmiş Məcnun olduğunun fərqinə varmırdılar. 
Davamı →

Bomba | Əbdürrəhimbəy Haqverdiyev

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
— A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
 
Kərbəlayi Zal cavab verərdi:
— Arvad, sən hökümətin ləzzətini anlamırsan.
 
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq.
 Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
 Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
Davamı →

Usta Zeynal | Cəlil Məmmədquluzadə

Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi. 
 
Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə  şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir. 
Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər. 
Davamı →

Pir | Əbürrəhimbəy Haqverdiyev

“Qurban оlum pir sana!
Nə yatıbsan, dursana!”
 
Mirzə Cavad bərk yоrulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil оlub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qоydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qоyub, özünü yıxdı оcağın qırağına. Arvad əlində tоxuduğu cоrabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qоydu. Mirzə başını mütəkkənin üstünə qоyub uzanmaqda оlsun, biz də оnun kim оlduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə оnları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə İki-üç kitab, bir qələmdan, neçə varaq kağız, əyləşib müştəriyə müntəzirdirlər. Bu mirzələrin müştəriləri əksərən İran hambalları оlar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar, dua və cadu yazdırarlar…
Davamı →

Zəmanəyə ayna tutan “Zəmanə adamı”

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil keç, dedilər, saqqal altından
Vüqarlı qəddimi əyə bilmədim.
Vidadi Babanlı

Böyük və dəyərli yazıçımız Vidadi Babanlı özü zəmanə adamı ola bilməsə də “Zəmanə adamı” haqqında iki hissəli möhtəşəm bir roman yazdı, roman içində roman. Bu əsəri mən vaxtilə böyük ədəbi hadisəyə çevrilmiş “Vicdan susanda” əsərinin davamı kimi təsəvvür edirəm.
Rəngarəng, qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin bir romanla qarşılaşdım.
Nə yaxşı ki, bu iki romanda bir dənə də müsbət qəhrəman yoxdur. Axı Vidadi müəllimin yaradıcılıq manerası köhnə steoretiplərdən həmişə uzaq olub. Sadə, həm də mürəkkəb sujet xəttinə malik əsərdə hadisələrin gedişatı qəhramanların ömrünü “yeyir”. Elə yeyilməlidir də.  
Romanda əsas qəhrəman (mənfi qəhrəman) Əfsun bütün əxlaq və mənəviyyat normalarını ayaq altına atan, öz mənfəəti üçün min bir sifətə düşən dələduz bir adamdır. O, birinci romanda fatalizmə və şəhvətə uymuş bir qadının ailəsini dağıdır, ailə namusuna təcavüz edir. Elə buna görə də müəllif roman içində birinci romanını “Ləkələnmiş namus” adlandırır. Sonra isə siyasi dələduzluğa başlayır, özünü xalq hərəkatına sırımaq istəyir, həyasızlığı o dərəcəyə çatır ki, xalqın elçisi də olmaq istəyir.
Davamı →

Vampir/Şiringül Musayeva

Balaca, qara, tör-tökünük ,yöndəmsiz… çox   qəribə   görkəmi   var   idi. Onu  görəndə  nədənsə “ Heyvanlar   aləmi”ndə   seyr   etdiyim  kaftarları   xatırlayırdım.Bu   bənzətməmdən   utanırdım,  amma  bu  məndən   asılı   deyildi. İnsanın  hər  hansı  bir  heyvana  bənzəməsi, doğrudan  da,  mümkündür.Qəribə  xışıltılı səsi ,sanki  kirdən  boğulmuş   rəngi,doymaq  bilməyən   ac   ğözləri  adamı  xırpalayırdı.Onunla  haradan   tanış  olduğumu   söyləməyəcəyəm:  bəzən  həyatda  yöndəmsiz  insanlarla  müəyyən  əlaqələrimiz   olur.
Davamı →

Uca dağ başında | Əbdülrəhim bəy Haqverdiyev

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sоl ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.

Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda оlan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal оlub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, о şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni оlmuşdur.

May ayının birindən sentyabrın оrtasınadək şəhər şənlik və abad оlur. Yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır.

Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi оlsun ki, оnu оynatmaqla camaat vaxtını keçirsin. Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qоnşu qəzaya gedir. Şəhərin meydanına varid оlub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda о baş-bu baş gəzdirir.


Ardı →