Şanssız…(hekayə)
Kənd məktəbində rəsm müəllimi işləyən Davud uzun illərdi müəllimliklə yanaşı yazı-pozuyla, belə desək bədii yaradıcılıqla məşğul idi.Hələ orta məktəbin aşağı siniflərində oxuduğu vaxt qonşu kənddən olan bir gəncin “Ulduz” jurnalında şəklini görmüş, şeirlərini oxumuşdu. Bu onun şair olmaq istəyinə səbəb olmuşdu. Sonralar da ədəbiyyat dərslərində şairləri öyrəndikcə ona elə gəlirdi ki, dünyanın ən namuslu, qeyrətli, xalqını, vətənini sevən, ən ülvi hisslərin yolunda canından keçməyə hazır olan, dünya varında tamahı olmayan, pak, müqəddəs insanı şairlərdir. Bax buna görə də, o da şair olmaq, haqq adamı kimi hörmət qazanmaq arzusu ona daxilən xüsusi güc, ilham verirdi.
Ardı →
Ardı →