Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

"Gədə" | Azad Qaradərəli

Kəndə xəbər yayıldı ki, Vadər yenidən Rusiyaya qaçıb. Gedib yox ha, məhz qaçıb.
Getməyinə qalanda burda qəribə şey yoxdu ki...
Onsuz da kəndin əli ağac tutanlarının yarısı Rusiyada, yarısının yarısı Türkiyədə, qalan yarısı isə Bakıdaydı.
Zivər arvad yana-yana deyirdi ki, xarabada toyuq başı kəsən tapılmır.
Elə özlərini tanıyan kimi Yolaşandan aşırlar o üzə, day bir də geri qayıtmırlar...
Axırda arvad yandığından baltanı iki qıçının arasına qoyub yezidə lənət oxuya-oxuya “bissimillah” deyib bıçağı əlinə alıb özü toyuq başı kəsməyə başladı. (Elə bil kişi qısmını kənddən yezid qaçaq salmışdı)
Ardı →

"Div ürəyi"

Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə. Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı. Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.
Ardı →

"İlk məhəbbət" (Hekayə) | Eyvaz Zeynalov

Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.
Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:
— Harda qaldın, Rasimə?.. – Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:
— Gəlirəm, – dedi və əlindəki çaydanı krantın altına tutdu.
Ardı →