Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Şəki rayonu

Bu dəfə qərara gədim ki, özünəməxsus təbiəti, yeməkləri ilə məhşur olan Şəkihaqqında yazım. Şəki daha çox özünün halvası, pitisi, maraqlı lətifələri və Xan sarayı ilə tanınır. Amma Şəkinin zənginliyi bununla bitmir istərdir ki, bu rayonun bizə məlum olanmayan tərəflərindən də yazım. Odur ki, ardını oxuyun.Şəki rayonu 1968-ci ilədək Nuxa 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir. Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd vardır.
Ardı →

Azərbaycan Respublikası ərazisinin relyefi

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir.
Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir.

Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.


Ardı →

Azərbaycan rabitəsinin inkişaf yolu

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.


Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.


Ardı →

Neft strategiyası

Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda «qara qızılın» sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.


XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.


Ardı →

Molokanlar haqda (молокане)

Molokanlar — xristian dini təriqətlərindən birinin daşıyıcılarıdırlar. Molokanların di­ni hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein(Семен Уклеин) qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla, təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra, təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təbliğatçüarının nailiyyətləri daha da artır.İmperator I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən, duxoborluların aqibəti, molokanların da başına gəldi: hökumət yaşamaq üçün onların Qafqazda yerləşdirilməsi haqqında qərar çıxardı.Son zamanlar molokanlar baptizmə meyl göstərməyə başlamışlar. Molokanlar başqa protestant qrupların təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər
Ardı →

Azərbaycan Respublikasının Gerbi

Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət  tərəfindən müsabiqə  elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il  mayın 1-də qurtarmalı idi.
Müsabiqə  XalqCümhuriyyətinin  rəmzlərinin,  orden  və medallarının  ilk nümunələrinin  meydana çıxmasını  sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış «Molla Nəsrəddin»çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin,  R.Telinqaterin  yaradıcılığına  xas üslub xüsusiyyətləri diqqəti cəlb  edir.
Davamı →

Azərbaycan Respublikasının Dövlət Himni

28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
«Himn» yunanca   «təntənəli  nəğmə»  deməkdir.   O,  siyasi təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.


Ardı →

Yallı rəqsi

Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.

Davamı →

Türkmənçay müqaviləsi

I MADDӘ
Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri arasında, onların vәrәsәlәri vә taxt-tacın varislәri, onların dövlәtlәri vә qarşılıqlı surәtdә tәbәәlәri arasında bundan sonra әbәdi sülh, dostluq vә tam razılıq olacaqdır.

II MADDӘ
Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri hörmәtlә qәbul edirlәr ki, razılığa gәlәn yüksәk tәrәflәr arasında baş vermiş vә indi xoşbәxtlikdәn qurtarmış müharibә ilә Gülüstan traktatının qüvvәsi üzrә qarşılıqlı tәәhhüdlәr dә başa çatmışdır; onlar göstәrilәn Gülüstan traktatını Rusiya vә İran arasında yaxın vә uzaq gәlәcәyә sülh vә dostluq münasibәtlәri qurmalı vә tәsdiq etmәli olan indiki şәrtlәr vә qәrarlarla әvәz etmәyi zәruri hesab etdilәr.

III MADDӘ


Davamı →