Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Bakıxanovlar sülaləsi

Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə başlayırsa, Bakıxanovlar sülaləsinin şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmişdir. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun böyük xidmətləri olub. 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağışlamışdır. O kəndlər bunlardır: Rustov, Hacı Qaraqaşlı, Əmsar, Qaraqaşlı, Qarabağlı, Qulamlı və Şıxnəzərli.
Davamı →

Bakı Şirvanşahlar dövründə

Şirvanşahlar sarayında I Fəriburzdan sonra taxta I Mənuçəhr, ondan sonra isə II Mənuçəhr çıxmışdı.
1149-1203-cü illərdə isə Kəsranilər dövlətini II Mənuçəhrin oğlu I Axsitan idarə edirdi. Məhz Axsitan dövründə Şirvanşahlar iqtisadi və siyasi cəhətdən xeyli inkişaf edərək müstəqil bir dövlət kimi bütün Yaxın Şərq ölkələrində tanınmışdı. Bu vaxtadək Xəzər dənizində cüzi miqdarda gəmilərə sahib olan Şirvanşahlar indi güclü dəniz donanması ölkəsinə çevrilmişdi.
Şirvanşahlar səlcuqların əsarətindən bir dəfəlik xilas olmaq məqsədilə Gürcüstan çarı ilə yaxın qonşuluq əlaqələri yaradır.
Davamı →

Tarixi Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı kompleksi Bakının ən qədim və geniş əraziyə malik tarix-memarlıq abidəsidir.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikdirilib.

Saray 6 əsrlik tarixi ərzində bir çox hadisələrlə üzləşib. Bir növ Azərbaycan tarixinin son 600 ilində baş vermiş hadisələr birbaşa adıçəkilən saraya təsir etmişdir. 1500-cü ildə Fərrux Yasarın Səfəvilərlə döyüşdə məğlub olaraq öldürülməsinə qədər müstəqil Şirvanşahlar dövlətinin himayəsində olan saray Səfəvilərin bura daxil olması ilə yağma və dağıntılara məruz qalıb. Elə məhz bu səbəbdəndir ki, tarixin o dövrlərindən günümüzə saraya aid çox az eksponat gəlib çatıb. Daha sonra Səfəvi-Osmanlı müharibələrində Osmanlıların qələbə qazanması ilə Bakı şəhəri və uyğun olaraq, Şirvanşahlar sarayı Osmanlıların himayəsinə keçib. Hətta sarayın Şərq darvazası da o vaxtkı Osmanlı sultanı III Muradın şərəfinə tikilib.
Davamı →

Məmməd Həsən Hacınski=Bakı Bulvarının banisi


Bakı Bulvarının ideyası Bakı Şəhər Dumasının mühəndisi Məmməd Həsən Hacınskiyə məxsusdur.

Görkəmli mühəndis, siyasətçi və ictimai xadim olan M. Hacınski 1875-ci il martın 3-də Bakıda doğulmuşdur. 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında isə doğma Bakıya qayıdaraq, şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur.

M.H.Hacıncki 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir; şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910 illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və dəniz hamamının tikilməsi M.H.Hacınskinin fəaliyyəti ilə bağlıdır.
Ardı →

Naftalanın əfsanəvi kəşfi

Azərbaycanın köksündə damarlarından sarı-qızılı qarışığı olan tünd qonuru rəngli qan axan bir ürək döyünür.
Bu naftalandır, yəni, “müalicəvi neft”.

Naftalanın tarixi qədimlərə, eramızın VI əsrinə gedib çıxır. O zamanlar indiki Naftalanın yerində tutqun, bulanlıq sulu gölməçələr mövcud idi. Bu yerlərdən yolu düşən tacir karvanlarının sahibləri dəvələrin bu gölməçələrdən su içməsinə icazə vermirdilər. Karvan sahibləri bu bulanıq gölməçələrin suyunun dəvələrin sağlamlığına ziyan vura biləcəyindən ehtiyatlanırdılar.

Bir dəfə bir hadisə baş verir və bu hadisədən sonra Naftalan haqqında əfsanələr bütün aləmə yayılır. Belə ki, keçmiş zamanlarda indiki Naftalan yerləşən ərazilərdən karvan keçirmiş. Bu karvanda olan dəvələrin içərisində zorla hərəkət edən, ayaqları üstə zorla dayanan bir xəstə dəvə varmış. Bu dəvə sarvanı ( karvan başçısı) artıq yorub, bezdiribmiş. Xəstə dəvədən bezdiyindən sarvan həmin dəvəni karvandan ayırıb buraxır ki, qoy, bu “zəhərli” sudan içib ölsün. Xəstə dəvəni orada buraxırlar, karvan isə öz yoluna davam edərək gedir. Neçə vaxtdan sonra karvan geri qayıdarkən, həmin yerdə gümrah, sağlam bir dəvənin otladığını görürlər. Sarvan və onun yanındakılar dəvəyə yaxınlaşarkən, onu tanıyırlar. Bu karvandan ayırdıqları həmin xəstə dəvə idi. İndi isə çox gümrah və sağlam idi.
Ardı →

Şəmkir rayonu

Şəmkir haqqında tarixi məlumat...
Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.
Ardı →

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan Əlifbası və Azərbaycan dili Gunu
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.
Ardı →

Kəlbəcər rayonu

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi

«Kəlbəcər» toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car «qala» mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Ardı →