Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Üç sadə cümlənin Azərbaycan ehtişamı

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri — Qarabağ...
Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız — deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı… Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa… Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq… Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə «Mən Azərbaycanınam» deyir Qarabağ.

Davamı →

Sabir Rüstəmxanlı | Həmrəylik -Milli ideyanın özülüdür

«El bir olsa...». Məşhur ozanımızın dilindən yayılan bu ifadənin bəlli bir yaşı olsa da, xalqın ürəyindəki birlik istəyinin yaşını təyin etmək mümkün deyil; bu istək elə xalqın özü ilə birgə, bütün müşküllərin həlli, bütün hədəflərə çatmaq yolu kimi doğulub.
Bütün faciələr, məğlubiyyətlər bölünmələrdən, qardaşı qardaşa yad edən xəyanətlərdən, mənasız iddialardan, mənəm-mənəmliklərdən başlanıb. El birliyi, əl birliyi, fikir, söz və əməl birliyinin həsrətini də daha çox parçalanmış xalqlar çəkiblər. Azərbaycan folklorunun və ədəbiyyatının dərd və ağrı qatı da bu bir ola bilməmək faciəsi ilə, dünyada yaşayan azərbaycanlıların milli həmrəylik, özünüdərk, dövlət müstəqilliyi arzuları və bu ideallara qovuşmaq yolunda aparılan mübarizələrin uzun tarixi ilə bağlıdır.

Davamı →

Pənah xanın ruhu

Şuşanın da, Qarabağın da tarixi ulu əcdad sayılan Pənah xanın adı ilə başlayır.
Şuşanın tarixi, əslində, Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzillər Qarabağ insanının düşüncəsində «ilk əcdad», onun yaşadığı dövr «ilk zaman», «mifik zaman», Şuşa isə sakral və «ilk məkan» idi. Ona görə də tarixçilər, salnaməçilər haqlı olaraq onun adını əcdad kultu sistemində yerləşdirirlər, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xan kultu durur.

Davamı →

Stalinin öpüşü və ya staxanovçu Fatimə

Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə aparan, eyni zamanda milli-mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından gen-bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.

Davamı →

Müqəddəs qələbəyə and içirəm

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.

Davamı →

Azərbaycanlı feministlərin sülh anlayışı

“…mən istəyirdim (Qarabağın işğaldan azad olması) sülh yolu ilə olsun. Dövlətlər yığılsın bir yerə, bu iki respublika sülh yoluyan bərpa olsun, sülh yoluyla torpağımız alınsın… Allah yer kürəsini canlı üçün yaradıb. Sərhəd qoymayıb Allah təala ki, burdan xristian keçəcək, ordan müsəlman keçəcək. Belə şey yoxdur. Quranda da yoxdur. Yaxşı olardı, sülh yoluyla həll olardı. Məsələn, mən “Youtube”da sadə ermənilərin övladlarını əsgər yola salanda ağladığını görmüşəm. Bizimkilər də eyni ağlayırlar. Hamı eyni ağlayır. Hamı eyni düşüncədədir ki, balam gedir ölümə. Sülh yoluyla olsaydı, qırğın olmazdı…” Bu sözləri məcburi köçkün Nigar Həsənova müsahibəsində deyir.

Davamı →

Mixaylonu qəbirdən niyə oğurladılar?

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov “Hümmət” təşkilatının üzvü, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən olub. Daha sonra o, Azərbaycan milisinin rəisi olub, ölkə ərazisində banditizmə qarşı mübarizə aparıb, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsində müdir işləyib.

Davamı →

Dövlətin idarəetmə formaları

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Xalqımız səsvermə yolu ilə onu özünə rəhbər seçib.
Bəs görəsən, dünyanın bütün dövlətlərində bu belədirmi? Gəlin birgə müəyyən edək.
Dövlətin idarəetmə forması dedikdə aşağıdakılar nəzərdə tutulur:
Dövlət başçısının funksiyası, dövlət orqanlarının necə yaranması, səlahiyyətlərin bölgüsü və s.

Davamı →

Dövlətçilik ənənələrimiz

Uğur Azərbaycanda doğulub. O, ölkənin paytaxtı Bakıda yaşayır. Xalası qızı İnci isə azərbaycanlı olsa da, Moskvada doğulub və orada böyüyüb. Azərbaycana qonaq gələn İnci Uğurdan ölkəmiz haqqında məlumat verməyi xahiş etdi. Uğur ona tarixi yerlərimiz və dövlətimiz haqqında məlumat verdi
Siz də dövlətimiz haqqında bildiklərinizi sinif yoldaşlarınızla müzakirə edərək dəftərinizdə qeyd edin.
Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.

Davamı →

İntellektual bazarlıq

Azərbaycanda azad və ya qismən azad siyasətçilər, yazıçılar, sənətkarlar, jurnalistlər, aktivistlər, oxumuşlar və digərləri özlərinə auditoriya qurmaq üçün köhnə metodlardan istifadə edirlər. (Burada müxalif və azad deyilərkən, hökumət spektrindən kənarda fəaliyyət göstərən və ya ona əks olan şəxslər nəzərdə tutulur; hökumət spektrində olanlar bu yazı üçün maraqlı deyillər.) Özünə auditoriya qazanmaq istəyən istənilən kəs təbii ki, manipulyasiyaya əl atır, manipulyasiyaya əl atmadan özünə siyasi tərəfdar, oxucu, tamaşaçı, pərəstişkar qazana bilməzsən. Bizim azad və ya qismən  azad siyasətçilərin, yazıçıların, sənətkarların, jurnalistlərin, aktivistlərin, oxumuşların və digərlərinin (onların hamısını ağıllı, çoxbilmiş və intellektual olmaq iddiası birləşdirdiyindən, gəlin onları qısaca “yerli intellektual” adlandıraq) manipulyasiya metodları isə köhnəlib. Bu metodlar yeni dövrün şərtlərinə cavab vermirlər və yeni dövrün reallığında çox kobud görünürlər.   

Davamı →