Рейтинг
+60.64

Biologiya

43 üzv, 118 topik

Dombalan göbələyi nədir?

Dombalan çox gözəl ətirli bir göbələkdir. Bizdə zəngin olmasa da, Avropada dombalan ətrinin necə deyərlər aşiqləri var. Dombalan çiy halda rəndələnir, yeyilən yeməklərə qarışdırılır, bu yeməklər çox bahalı yeməklər olduğundan, hamı bu yeməkləri yeyə bilmir, necə deyərlər əli çatmayanlar isə belə edir. Dombalanı rəndələyib, rafinə olunmamış zeytun yağına qarışdırıb, 3 gün 50 dərəcə temperaturda saxlayıb, süzürlər. Dombalanın gözəl ətri zeytun yağına keçir və bu yağı istifadə olunan yeməklərə və salatlara qarışdırırlar. Buna da əli çatmayanlar və dırnaqarası işbaz restoranlar sintetik üsulla alınmış dombalan ətrindən istifadə edirlər, oralara yolunuz düşsə dombalan dadmaq istəsəniz bu yazdıqlarıma diqqət edin.
Davamı →

Canlı orqanizmlərin məskunlaşması və yayılması

Bitkilərin yayılması. Təbiətdə çiçəkli bitkilər meyvə və toxumlarla yayılır. Bu onlara yeni ərazilərdə məskunlaşmağa imkan verir. Meyvə və toxumlarının yayılmasına görə bitkiləri əsasən iki qrupa bölmək olar: toxumlarını özləri yayanlar və toxumlarını müxtəlif amillərlə yayanlar.
Toxumlarını özləri yayanlar. Bəzi bitkilər toxumu özləri yayır: məsələn, alaq bitkisi – itxiyarı yetişmiş meyvəsindəki toxumlari seliklə birlikdə meyvədən kənara atır. Sarı akasiya, lobya, xaşxaş və lalənin meyvələrində isə meyvəyanlığı quruyur, çatlayır və açılaraq toxumlarını ətrafa səpələyir.
Davamı →

Orqanizmlərin cinsi çoxalması

Örtülütoxumlularda cinsi çoxalma prosesi. Çiçəyin yaranması ilə əlaqədardır. Onun çoxalmada iştirak edən əsas hissəsi erkəkcik və dişicikdir. Bu orqanlarda mürəkkəb proseslər gedir və cinsi çoxalmada iştirak edən cinsi hüceyrələr yaranır.
Tozcuğun və rüşeym kisəsinin yaranması. Erkəkcik tozluğunda hüceyrənin bölünməsi gedir və nəticədə tozcuq yaranır. Tozcuğun xarici qatı dişicik ağızcığına ilişmək üçün girintili-çıxıntılı və ya tikancıqlı olur. Dişiciyin yumurtalığının daxilində yumurtacıq inkişaf edir. Yumurtacığın miqdarı müxtəlif bitkilərdə müxtəlif olur. Buğda, arpa, çovdarda bir ədəd, xaşxaş və lalədə isə minlərlə yumurtacıq olur. Hər bir yumurtacığın üzəri örtüklə örtülmüşdür. Onun içərisində rüşeym kisəsi inkişaf edir. Rüşeym kisəsinin daxilində yumurtahüceyrə, mərkəzi hissəsində isə mərkəzi hüceyrə əmələ gəlir.
Davamı →

Canlılarda qeyri-cinsi çoxalma

Qeyri-cinsi çoxalma formaları. Bu çoxalmada bir valideyn iştirak edir və cinsi hüceyrələr – qametlər yaranmır. Bu səbəbdən yeni yaranan qız fərdlər ana fərdin əlamətlərini daşıyır. Qeyri-cinsi çoxalmanın bölünmə, spor, tumurcuqlanma, vegetativ çoxalma kimi formaları var.
Adi amöb, evqlena kimi birhüceyrəlilər və bakteriyalar iki bərabər hissəyə bölünmə yolu ilə, bir çox yosunlar, mamırlar, qıjıkimilər, əksər göbələklər birhüceyrəli sporlarla, maya göbələyi və şirinsulu gölməçələrdə yaşayan hidra tumurcuqlanma yolu ilə çoxalır.
Davamı →

Heyvanlarda daşıyıcı sistem

Heyvanlarda maddələrin daşınması. Heyvanların əksəriyyətində maddələrin bədəndə daşınmasını təmin edən nəqliyyat sistemi olur. Bu, ürəkdən və qan damarlarından ibarət qan-damar sistemidir. Bu sistemlə qan dövr edir. Әksər heyvanlarda o, rəngsiz maye olan plazmadan və qanın formalı elementlərindən ibarətdir. Qanın tərkibində olan qırmızı qan hüceyrələri (eritrositlər) qana
qırmızı rəng verir və toxumalara oksigen daşıyır. Onlar həm də toxumalarda yaranan karbon qazının bədəndən çıxarılmasında iştirak edir.
Davamı →

Heyvanlarda hərəkət və dayaq sistemi

Hərəkətin müxtəlifliyi. Әksər canlılara xas olan əsas xüsusiyyətlərdən biri hərəkətdir. Heyvanlarda hərəkət necə baş verir? Birhüceyrəli orqanizmlər – adi amöb – sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində yaranan yalançı ayaqlar vasitəsilə hərəkət edir. Digər birhüceyrəlilərdə isə yerdəyişmələr qamçıların dalğavari hərəkəti, kirpikciklərin birgə fəaliyyəti sayəsində mümkün olur.
Çoxhüceyrəli heyvanlar da mühitdə fəal hərəkətetmə qabiliyyətinə malikdirlər; məsələn, soxulcanda hərəkət həlqəvi və uzununa əzələlərin növbə ilə yığılması və boşalması hesabına baş verir.
Davamı →

Heyvanların qidalanması

Heterotrof qidalanma. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun. “hetero” – müxtəlif, “trofe” – qidalanma) orqanizmlər adlanır.
Həzm prosesi. Heyvanların həzm prosesi ilk növbədə qidanın tutulması və udulması ilə başlayır. Quru ilbizləri qidanı əzələli udlağı ilə xırdalayır. Arı, kəpənək və milçəklər çiçəklərin nektarını sorurlar. İlanlar şikarlarına hücum edərək onları bütöv udsalar da, qurbağalar yapışqanlı dilləri ilə tuturlar. Əksər orqanizmlərdə qidanın mənimsənilməsi həzm sistemi vasitəsilə həyata keçirilir. Məməlilərdə həzm sisteminə ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq aiddir.
Davamı →

Bakteriya və göbələklərin qidalanması


Bakteriyaların qidalanması. Bakteriyaların bir çoxu hazır üzvi maddələrlə, yəni heterotrof yolla qidalanır. Heterotrof bakteriyaların bir qismi məhv olmuş orqanizmlərin üzvi qalıqları ilə qidalanır. Bunlara saprofit bakteriyalar deyilir. Saprofit bakteriyalar məhv olmuş orqanizmlərin çürüməsində, südün qatığa çevrilməsində, kələmin turşumasında və s. iştirak edirlər.
Bitkilərin, heyvanların və həmçinin insanın müxtəlif toxumalarında yaşayan və xəstəliktörədən bakteriyalar da məlumdur. Onlara parazit bakteriyalar deyilir.
Davamı →

Bitkilərdə tənəffüs

Canlılarda tənəffüs. Әksər orqanizmlər həyat fəaliyyəti prosesində oksigeni udur və karbon qazını xaric edir. Bu proses tənəffüs adlanır. Tənəffüs zamanı orqanizmlər tərəfindən fasiləsiz udulan oksigen üzvi maddələrin karbon qazı və suya qədər parçalanmasında iştirak edir. Belə parçalanma nəticəsində həyat üçün zəruri olan enerji ayrılır. Bu enerji böyümə, inkişaf, çoxalma kimi müxtəlif həyat proseslərinə sərf olunur.
Davamı →

Hüceyrənin qeyri-üzvü birləşmələri

Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.
Su hüceyrənin həcmini müəyyən edir və ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir.
Davamı →