Рейтинг
+11.66

Biosfer

15 üzv, 16 topik

Torpaq

Yer səthinin üst münbit, mineral maddə və üzvi qalıqlardan ibarət yumşaq qatına torpaq deyilir. Torpağın 90-95%-ni aşınma nəticəsində qırıntı halına çevrilmiş ana süxurlar təşkil edir. Digər 5-10%-i isə məhv olmuş canlı orqanizmlərin qalıqlarından-hümusdan (yəni çürüntüdən) ibarətdir. Hümusun miqdarı torpağın münbitliyini müəyyən edən əsas göstəricidir. Hümus nə qədər çox olarsa, torpağın rəngi bir o qədər tünd və məhsuldarlığı çox olar. Məhsuldarlığına görə torpaqlar:
a) münbit (qara, qonur, qəhvəyi) — hümusun miqdarı 5-I5%, məsaməli, qalınlığı 1 m-dək:
b) qeyri-münbit (boz, sorakət) — hümus 2-5%, məsaməsiz, kəsəkli, suvaşqan.


Ardı →

Səhralar

Bəziləri səhvən elə güman edirlər ki, səhralarda qumdan başqa heç nə olmur. Amma bu, düzgün deyil. Səhralarda qum çox olsa da, onların hər birinin özünəməxsus xüsusiyyəti var.

Saxara səhrası


Davamı →

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

Antroposen – insan fəaliyyətinin planetar əhəmiyyət qazandığı bir dövrdür. Bu, son illərdə elm cəbhəsində irəli sürülən qeyri-rəsmi termindir. Bununla əlaqədar, təbiət tarixindəki bir sıra hadisələr yenidən qiymətləndirilib və vaxtilə marginal sayılanlar indi “Nature”, “Science” və digər ciddi elmi dərgilərdə dərc olunur.
Antroposenin başlanğıc nöqtəsini haradan saymaq olar? Ən geniş yayılmış fikir 18-ci əsrin sonları – sənaye inqilabının başlanması dövrüdür. Digərləri isə Antroposenin şəfəqini, 20-ci əsrin ortalarındakı “böyük sürətlənmə” ilə planetin radioaktiv maddələrlə çirkləndirildiyi nüvə sınaqlarının başlanğıcı ilə əlaqələndirirlər. Nəhayət, Antroposenin çox-çox əvvəl – bir neçə min və ya on min il əvvəl başladığı barədə rəylər də var.

Davamı →

Torpaq və onun xüsusiyyətləri

Torpaq üzvi və mineral maddələrin, qazların, mayelərin və mikroorqanizmlərin qarışığından ibarət həyat mənbəyidir. Yerin torpaq örtüyü önəmli funksiyalara malikdir. Bu funksiyalara bitkilərin inkişafı üçün suyu saxlamaq, minerallaşdırmaq və filtrasiya etmək, atmosferi tənzimləmək, canlı orqanizmlərin mövcudluğunu təmin etmək aiddir. Torpaqda mövcud olan maddələr 4 əsas qrupa ayrılır: minerallar, üzvi maddələr, hava və su. Bir çox bitkinin böyüməsi üçün ideal sayılan torpaqda 45 faiz mineral, 25 faiz su, 25 faiz hava və 5 faiz üzvi maddələr olmalıdır.

Davamı →

Coğrafi təbəqənin inkişafı

Coğrafi təbəqənin inkişafının sonunda biosfer — həyat təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki elmə tam məlum deyil.
Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır.
Davamı →

Dünyanın iqlim qurşaqları və iqlim tipləri

Yerin iqlim qurşaqlarının formalaşması, əsasən, coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır. Bunlar əsas iqliməmələgətirən amillər sayılır. Əsas iqlim qurşaqlarında ilboyu eyniadlı hava kütlələri hakim olur. Keçid iqlim qurşaqlarının özünəməxsus hava kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim qurşaqlarının hava kütlələrinin təsirinə məruz qalır.
Davamı →

Günəşin yerə təsiri

Günəş Yerə hərtərəfli təsir edərək həm canlı, həm də cansız təbiətin mövcud olmasına şərait yaradır. Günəş işığı və istiliyinin Yer səthində qeyri-bərabər paylanması fəsillərin yaranmasına, iqlim qurşaqları və iqlim tiplərinin formalaşmasına səbəb olur. Günəş işığının təsiri ilə fotosintez prosesi baş verir. Günəş şüalarının Yer kürəsinə təsiri maddələr və enerji dövranını yaradır, Yerin ayrı-ayrı təbəqələrini əlaqələndirir.
Günəşdən kosmik fəzaya gələn şüaların, hissəciklərin, maqnit sahələrinin məcmusu günəş küləyi adlanır. Günəş küləyi 3-4 gün müddətinə, bəzən də daha tez Yer səthinə çatır. Günəş küləyi ilə Yerə gələn şüalara görünən günəş işığı, infraqırmızı və ultrabənövşəyi radiasiya daxildir.
Davamı →

Coğrafi təbəqənin qanunauyğunluqları

Coğrafi təbəqənin quruluşunun və inkişafının özünəməxsus ümumi qanunauyğunluqları var. Bu qanunauyğunluqlar bütün təbii komplekslərə xasdır. Bunlara coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığı aiddir.
Coğrafi təbəqənin bütövlüyü dedikdə ona daxil olan komponentlərin qarşılıqlı təsiri və bir-birindən asılılığı nəzərdə tutulur. Hər bir komponent digər komponentlərə təsir edir və özü də onların təsirinə məruz qalır. Komponentlər arasında qarşılıqlı asılılıq maddələr dövranının nəticəsində yaranır. Bir komponent ayrı-ayrılıqda mövcud ola və inkişaf edə bilməz. Onların arasındakı əlaqə o qədər möhkəm və davamlıdır ki, komponentlərin birində baş verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Bütövlük qanunu təbiətdən istifadənin əsasını təşkil edir.
Davamı →

Üzvi maddə istehsalçıları

Təbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.
  1.  Qida əlaqələri necə yaranır?
  2.  Maddələrin cansız təbiətdən canlı təbiətə “axın”ını həyata keçirən hansı canlılardır?
  3.  Onlar bu “axın”ı necə reallaşdırırlar?
  4.  Bu canlıları necə qruplaşdırmaq olar?

Davamı →

Ekoloji siyasət

XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inkişafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə ekoloji böhran xarakteri almışdır.

Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar:


Davamı →