Zibilləmək- zibilləşmək

Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..

Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama... düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi? 

Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?
Özümüzü təmiz zənn edirik. Çünki, gündə neçə dəfə çimir, səliqəli, təmiz geyinir, özümüzə baxır, evimizi yığışdırıb səhmana salırıq. Vəssəlam. Bununla təmizliyi sərhədləmiş. Amma halbuki təmizliyin sahəsi daha genişdir. Ətraf mühitin təmizliyi özü özlüyündə böyük bir sahədir.

Bəzən çox deyinirik ki, camaat işini görmür, küçələr süpürülmür, yuyulmur, zibillər vaxtında yığışdırlmır...və s. Amma bəs biz özümüz bu yolda hansı işləri görürük?

Lap pəncərən aşağı zibil atan olmasa da küçədə adi tum çırtlamağamız belə natəmizliyə yol açır, mədəniyyətsizlik sərgiləyirik.
Ətraf mühiti çirkləndirməklə başqalarını da narahat etmiş oluruq. Halbuki biz insanlar heç bir canlıya zərər verməməli, heç kimə narahatlıq yaşatmamalıyıq, əksinə çalışmalıyıq ki, hamımızın könlü xoş olsun.

Dinimiz də buna şiddətlə qarşıdır. Lap din də bir yana İnsanların oturub qalxdığı yerlərin, gəlib keçdiyi yolların, istirahət məkanlarının çirkləndirilməsi əxlaq normasına sığmır, insanlığa yaraşmır.

Küçədə gəzirsən biri elə tüpürür ki, gəl görəsən. Başqa biri üzr istəyirəm burnunu çəkir, digəri tum çırtlayır. Məndə də olur ki, gəzərkən və ya hardasa oturarkən tum çırtlayıram, amma zibilimiz əlimə yığır, sonra da lazım olan yerə atıram. Hərçənd ki, bizdə bir çox yerlərdə zibil qabı tapmaq özü də müşkül məsələdir. Zibildən bol olsaq da zibil qabı sarısından qıtlıq çəkirik.
Nə bilimee, dərin və ağrılı mövzudur. Başından tutmuş ayağınacan hər birimizin bir yalnış əməli var.

Biz camaatın nifrətini qazana-qazana hara gedirik belə? Çirkab içində sonumuz nə olacaq? Sadəcə olaraq biz sevginin nə olduğunu anlamrıqı, başa düşmürük. Bizdə vətənə bağlılıq, vətənə sevgi çatışmır, bizdə vətənpərvərlik ruhu çatışmır. Off.. bizdə o qədər çatışmayan şeylər var ki...

Qısacası, ətraf mühitin çirklənməsinə vəsilə olaraq nifrət qazanmaqdansa, onun təmizliyinə səbəb olub sevgi, rəhmət qazanaq bəlkə?!

 

 

14 şərh

2ral
Küçə qırağında olan zibilliklərdə alt paltarları,qadın bezləri və s. görmək mümkündür.
bloqçu
Bir sözlə, biyabırçılıq…
papatürk
Biz camaatın nifrətini qazana-qazana hara gedirik belə?
Sizin bu sualın cavabını illərdir ki ziyalı adamlar fikirləşir,amma tapa bilmirlər.
Silen_ce
Hətta metroda qatarla gedəndə əlindəki zibili pəncərədən tunelə atanlar var
Aynur
Elmlər Akademiyası metrosunda qatarların dayandığı yerə burunlarını silib salfetka atirlar.
Cavid
Həqiqətən çox ağır bir vəziyyətdir ancaq görəsən başqa metroların halı necədir.
Rovsen
Problemin həll yolu çox sadədir. Polis küçəyə zibil atmağa görə ştraf yazsa heç kim küçəniz zibilləməz.
Cavid
Sizinlə razıyam. Məsələn İngiltərədə siqaretin kötüyünü yerə atmağın cəriməsi 50£ dur, Buna şəxsən özüm şahid olmuşam.
Zeynal
Bakı küçələrini gəzdikdə yerdə zibil tullantısı görəndə öz-özlüyümdə fikirləşirəm: görəsən paytaxtımız belədirsə, qıraq kənd, rayonlar nə gündədir?!
bahar
Kənd və rayonlarda  iş-gücdən başlarını ayırıb tum çırtlamağa vaxt tapmırlar.Kəndlərdə  çipsilərə pul verib kağızını küçəyə atmırlar.
BaRLeLiTa
Hər birimizin oxuması gərəkən bir mövzüdür.
Toxunduğunuz bir çox məqamla da mən rastlaşmışam,təmizlik,küçələrdə zibil olmamasını istəyiriksə ilk öncə buna özümüz riyaət etməliyik.Hər kəs öz boynuna düşən təmizliyi ətsə,çöllərə zibilləri tullamaqdan belə hallara az rastlamış olarıq.Amma görünür bunu heçkim etmək istəmir.Bizim yaşadığmız cəmiyyəti biz insanlardan başqa kim tərəfindən qorunub,təmizlənməsini istəyirik bilmirəm.Yüksək cəriməllər tətbiq etsələr bəlkədə düzələr.
pascal
Nə qədər içərimizdə «zibil insanlar» var, bizdə bu zibil problemi bitməyəcək.
BaRLeLiTa
Bu «zibil insanlar» həmişə olub,gələcək yaxınlaşdıqca isə onların sayı daha da artır.Yağışdan sonra çıxan lazımsız,yararsız göbələklər kimi.(Bəlkə onların yararı var,bizim xəbərimiz yox,amma bu insanlar da heç xəbərimiz olmadığı yarar yoxdur ki,zərər var.)
Əsas ətrafımız zir-zibildən təmizlənsin,insanları təmizləmək isə artıq bizim işimiz deyil,məlum məsələdi,dünya boş qalmasın deyə yaşayan insanlar ifadəsi var :)
seyidova
bizim qonşumuz var her gün onun esebeleşmiş halda arğışlarını eşidirem.kimse her gün getirib zibil torbalarını qoyur onun qapısının ağzına ve gedir.artıq bezdiyini ve onlara lenet etdiyni bele deyir ..:(( doğurdanda esas zibilliy insanların daxilindedi