Zibilləmək- zibilləşmək

Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..

Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama… düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi? 

Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?


Ardı →

Çimərlik mövsümü

Çimərlik mövsümü yenə də gəldi.Çoxları səbirsizliklə bu mövzümü gözləyir.Bəziləri çimmək üçün,bəziləri gün almaq üçün,bəziləri isə sadəcə çimənlərə tamaşa etmək üçün gəlir.Çimərliklərin isə vəziyyəti çox maraqlıdıı.Suya baxsan nə istəsən görərsən.Pinqvin klok,butulka,uşaq pampersi,solfetkalar,siqaret qutusu bir sözlə zibilə aid olan hər şey.
Ardı →

Dönər qurbanı..

Mən dönəri çox sevirəm! Əl-əxsus da ağ-yumşaq xəmirlə dolanmış olan şavermadan (şaurma) ötrü canım gedir.  Onun xüsusi souzu da var ki, bunu daha çox bəyənirəm.



Amma, dönər sevməyimə baxmayaraq çox zaman bundan imtina etməli oluram. Səbəb isə sağlamlıq dərdi, xəstəlik, natəmizlik – bunlar məni dönər almaqdan çəkindirir. Ümumiyyətlə, dönərin xeyri yoxdur ki, ziyanı var!


Bəzi yerləri çıxmaq şərtilə, bir çox dönər hazırlanan yerlərə, əllərə güvənim yoxdur.  Yer necə yerdir, təmizliyə riayət olunurmu, tərəvəzlər yuyulurmu, ət hardan gəlib, hacanın ətidir, o ətin bişmə dərəcəsi və neçə saat saxlanma müddəti var ki, bu müddət heç bir gün belə deyil - bunlara riayət olunurmu?!


Ardı →