Zibilləmək- zibilləşmək

Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..

Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama… düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi? 

Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?


Ardı →