Sakura 16 may turniri

Bugün yenə axşam saat 18:00 (saat) Sakura turniri olacaq.Yenə də 15 sual,yenə də reytinqi yuxarı olanlar üçün 2 dəqiqə əlavə vaxt.Sualların mövzusu yenə müxtəlif olacaq.Bu dəfə bir yenilik də olacaq. dəqiq cavabı olmayan suallar da veriləcək. Burada istifadəçinin məntiqi tutması əsas olacaq,suala məhz düzgün cavab verməsi yox.Nümunə:
Lətifəni tamamlayın:
Bir dost o birisinə şikayət edir.
-Dünən yuxuda görmüşəm ki,ayağıma tikan batıb.Bütün gecəni ayağım ağrıyıb.
Dostu da ona məsləhət verir?
......
Sual odur ki dost nə məsləhət görür? Düzgün cavab lətifədə odur ki, yatanda ayaqqabı gey. Lakin əgər yarışdakılar daha maraqlı və lətifə üçün yumorlu cavablar tapsa,onlar da qəbul olunacaq.Əgər iştirakçıların xoşuna gəlsə gələn yarışlarda da edərik.


Suallar bu ünvandadır.

Sualların cavabı:

1. Fəxri xiyabana baş çəkən müsəlmanları bu problem narahat edir.Belə hesab olunur ki Qabil, Nəbi Xəzri, Fuad Əbdürrəhmanov, Cəlil Məmmədquluzadə, həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə  , Seyid Şuşinski , Seyid Cəfər Pişəvərinin ruhları narahatdır. Bəs bu nə problemdir?

Cavab: onların qəbirləri üzü qibləyə dəfn olunmayıb.  İslam dininə görə müsəlmanlar üzü qibləyə dəfn olunmalıdır.

2. Kimyəvi elementlərdən cəmi ikisi- brom və civə bu xüsusiyyətə malikdir. Hansı?
Cavab: Normal şəraitdə maye haldadır.

3 İkinci dünya müharibəsi dövründə dünyada bu xüsusiyyətə malik 3 insan olub: Çan Kayşi,Franko,Stalin.
Cavab: generalissimus adını daşıyan hərbi xadimlər.

4.  2009-cu ilin dekabr ayında qəzetlərdə: “onlar dünyanı fəth etdi” , “dünyanın ən böyüyü”, “məğlubedilməz ordu” və bu kimi başlıqlı məqalələr yer almağa başladı. Bəs söhbət hansı “ordudan” gedirdi?

Cavab: Barcelona futbol klubu . Xosep Qvardiolanın yetirmələri il ərzində iştirak etdikləri bütün turnirlərin qalibi olub. "Barsa" klublararası dünya çempionu olanadək İspaniya çempionatı, kuboku və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu da əldə edib.Ən böyük uğurları isə təbii ki 2009-cu ilin dekabr ayında klublararası dünya çempionu olmalarıdır.

5. Yunan dilində “bəzəmək məharəti” deyin
Cavab: Kosmetika

6.  I 1994 dekabırın 3-də işıq üzü gördü, II 2000-də və nəhayət III 2006-cı il noyabrın 11-də. Bəs söhbət nədən gedir?
Cavab: Play Station

7. Ən böyük hüceyrə hansıdır?
Cavab: dəvəquşu yumurtası

8. Onun anası oğlunun karyerasının daha uğurlu olması üçün familiyasının sonluğunu dəyişir. Biz onu əsil yəhudi famiiyası ilə yox,məhz belə tanıyırıq.O,xarici dillər üzrə pedaqoji institutu bitirmişdi. Dünyada öz sahəsı üzrə ən güclülərdən,bəlkə də ən güclüsü sayılır. Hazırda vətəndaşı olduğu ölkənin siyasi rejiminə qarşı mübarizə aparır.
Cavab: Harri Kasparov. Əsl familiyası Vaynşteyn,ana familiyası isə Kasparyan olub.

9. Avraam Linkoln demişdi ki, bəşəriyyətin bütün bəlaları ona görə baş verir ki,qoyunlar və canavarlar bu sözü müxtəlif cür başa düşür. Bakıda yaşayanlar bu sözü metro və marşrut avtobuslarında daha çox eşidir. Sonda isə demək istəyirəm ki,Babək kişi olub:) Söhbət hansı sözdən gedir?
Cavab: azadlıq.

10. İqtisad Universitetində bir rüşvətxor riyaziyyat müəlliminin yaxşı sözü var. “Pul hər şeyi həll edir, hətta .... “
Cavab: diferensial tənlikləri də.
Cavab kimi məntiqə uyğun olan digər cavablar da götürüləcək.

 

11: 1997-ci ildə Milanda maraqlı məhkəmə prosesi başladı. Məhkəmə təqibən 200 il əvvəl baş vermiş məşhur bir hadisənin üstünü açmaq məqsədi güdürdü. Təqsirləndirilən şəxsin işinə baxıldı. Nəhayət 200 illik söz-söhbətdən sonra o bəraət aldı. DİQQƏT SUAL: Bəraət alan şəxs kim idi?

Cavab: Antonio Salyeri . Salyerinin Motsartı zəhərləməsi ilə bağlı şübhələr məhkəmədə sübut olunmadı.

12. O, Yaxın Şərq xalqlarının çoxunda qədimdən mövcuddur. Onların bunu qədim misirlilərdən götürdüyü hesab edilir. Antik dövrdə avropalılar üçün bu çox vəhşi şey sayılırdı. Onu qadağan etdiyinə qədim dünyanın ən böyük üsyanlarından baş vermiş və bu bir xalqın tarixində öz izini əsrlərlə saxlamışdı. Bəzilərinin fikrinə görə o faydalı, bəzilərinə görə isə o qeyri-insani bir şeydir. Azərbaycanlılarda ona obrazlı şəkildə kiçik ... deyilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
Cavab kiçik toy. Roma imperatoru Adrian sünnəti qadağan etdiyinə görə yəhudilərin Bar-Koxba(132-135) üsyanı baş vermişdi.

13. İkinci ..... kimi casusluq fəaliyyəti, jurnalistika,  siyasət və s. sayılır. Birinci ...... isə fahişəlik sayılır. Nöqtələrin yerinə hansı ifadə yazılmalıdır?
Cavab: ən qədim peşə fahişəlik sayılır.

14. Rus dissidenti Aleksandr Soljenitsın Жить не по лжи adlı essesində rus intelligensiyasına müraciət etmişdi. Digər müasir rus yazıçısı Viktor Pelevin isə bu cümlədə bir sözü dəyişdirmiş və bir məşhur sirkətə sataşmışdı. Hansı firmaya?
Cavab: Əlbəttə ki LG.

15. Çəkisi 83,6 kq idi. 1958-ci il 4 yanvarda yandı.
Cavab: Yerin ilk süni peyki.

 

25 şərh

TM-çi
Mənim bu gün 1 sualım oynayacaq ya çox?
2ral
Sizin suallarınızdan istifadə olunacaq.Bugün siz oynaya bilməzsiniz.
TM-çi
OK.Oynamaycağımı bilirəm.Butun suallarim oynayacaqmi — onu bilmək istədim.Və hər şey aydindi…
Sceptic

Oynayaq görək nə olur


 

2ral
Vaxt getdi. sualların ünvanı topikdə verildi.
2ral
Vaxt qurtardı. Hamının cavabları yığılandan sonra nəticələr elan olunacaq.
r9perviz
Olarmı ki, rus dili biliyi tələb edən suallar verməyəsiz? Keçən oyunda da ele suallar var idi.
2ral
Əslində bu sualda söz LG firmasının tələffüzünə aid idi. Rusca dərindən bilik tələb olunmurdu.amma təklifiniz gələn yarışlarda mütləq nəzərə alınacaq.
mr13
əladı girdim bir internet kluba səhifələri açmadı, ikincidə yer olmadı, üçüncüyə çatanda vaxt bitdi. 2-3 suala ağlıma gələni yazdım :(((
NICO_R
Sonuncu dəyişiklik ( lətifə məsələsi ) məncə uğursuz fikirdir. ÇQK-ya uyğun gəlmir, ən azından yarışın ad dəyişməlidi bu reforma üçün…
2ral
Cavablar elan olundu postda.Baxa bilərsiniz.
mr13

çata bilsəydim yəqin ki, birinci ola bilərdim heyif səd heyif. Bizimki Sakurayla qalsın gələn həftəyə

Sceptic

Qiyamətin əlamətl


ərindən biri olardi

mr13
vaxt bitsədə cəmi  ilk 3 sualı gözdən keçirə bildim. onun da birin yandırdım 2-ni tapdım. amma yəqin ki, 2 xalnan çempion olmaram.
2ral
Yarışdakı nəticələr bu dəfə zəif oldu. Həm iştirakçı sayı,həm də cavablar baxımından.
Qalib isə 8 düz cavab sayı ilə papatürk seçilir. Qalan nəticələr gözəçarpan deyil. Nəticələr haqda ətraflı məlumat istəyənlər mesaj yazıb öyrənə bilər.
sonra yarışın adına söz qoşulmasın deyə(onsuz da bəziləri bunu iddia edir) gələn dəfə papatürk iştirak etməyəcək. bəzi suallar TM-çi tərəfindən göndərilmişdi.Çalışın sual göndərməkdə aktiv olun.
2ral
5-ci suala heç kim düz cavab verməyib. Kasparov haqqında suala bir nəfər Fişer cavabı verib.
2ral
qiblə haqqında sual ən asan olub,ona demək olar ki,hamı cavab verib.
Cavid

Suallar bu dəfə bir az çətin olub, amma nəticə elədə pis deyil. Qalibi tebrik edirəm.

HTML
10-cu sualda hansı cavab qəbul olundu? Mən yazmışam ki,hətta metalları da həll edir.O qəbul olunur?
papatürk
mən yazdım çətin teoremləri də. Məncə belə suallar olmasa yaxşıdır.Elə həmişəki kimi olsun.
2ral
Sualı indi gördüm,üzrlü sayın.
Demək olar ki,bütün cavablar qəbul olundu. Məncə problem sualın özündəydi,sualın tipində yox. Gələn dəfə bir daha sınayarıq.Əgər onda da xoşa gəlməsə,sərbəst cavab suallarını yığışdırarıq.
Erudit
ölmədim sualımı sakurada da gördüm)))
Narmin
14-cü sualda hansı sözü dəyişməklə sataşıb?
papatürk
Mən də sualın cavabını səhv yazmışdım. Soruşdum,cəmi bir adam düz yazmışdı:
жить не по лжи
жить не по лджи
Жить не по LG
Narmin
Təşəkkür! :)