NHN üçün sual qəbulu

Sakura turnirində verilməsi üçün kim istəsə artıq sual verə bilər.Şəxsi mesajla və kontakt-formla sayta edilən müraciətlərdən sonra belə qərara gəldik ki,artıq istifadəçilər özləri sual verə bilsinlər. suallar bu səhifədə qəbul olunur. Əgər burada yazmaqda çətinlik yaransa http://spreadsheets.google.com/viewform?formkey=dGYxelVqNk13YkxhM2ZiTU9uNXpBNXc6MQ da verə bilərsiniz. Yox,əgər bura da sizi qane etməsə,saytın aşağısında Əlaqə vasitəsilə sualınızı yazın.yox,əgər o da sizi qane etməsə gedin Ekvatorial Qvineyada yaşayın. bizə belə kaprizli sual təqdim edən lazım deyil!
Hər ay ən yaxşı sual müsabiqəsi keçiriləcək. Ən maraqlı sual müəllifi mükafat alacaq. İlk dəfə üçün 50 manat bəs edər.Kiminsə təklifi yaxud iradı olsa kommentlərdə bildirsin.
 

7 şərh

Leyla
Getdim sual hazırlamağa.Salamat qalın.
IDEAL
Adətən biz sual tərtib edəndə bu sistemlə yazırıq. Yəni klubda tələblər belədi.
1-sual
2-cavab
3- sualın şərhi
4- sualın mənbəsi (kitab səhifəsinə kimi və yaxud saytın ünvanı)
5-müəllif
6-Sual oriqinal olmalıdı və bazadan götürülməməlidi və bunu yoxlamaq üçün sual bazada axtarışa verilir.

Bilmək istərdim bəs sizdə tələblər necədi? Yəni bura sual yazmaq istəyiriksə bu sistemləmi yazmalıyıq yoxsa əlavə şərtlərdə var? Və yaxud bazadan istifadəyə icazə varmı?
2ral
baza deyəndə nə nəzərdə tutursunuz?Əgər sual tərcümə olunursa problem yoxdur.Əgər Azərbaycan dilində səslənibsə yaxşı deyil,amma olmamasındansa olması yaxşıdır.Əsas odur ki sual olsun. Mənbə barədə hər şeyi formda yazmaq olur.
TM-çi
Bu gün yarış olacaq???
2ral
Əlbəttə.Bir qədər səbr edin,anons veriləcək.
TM-çi,bu sayta yalnız NHN üçün gəlirsiniz?
TM-çi
Demək olar ki bəli…
bankir

2ral,təklif edirəm ki bundan sonra sistemi dəyişək. Elə edək ki,ancaq NHN-ə görə gəlməsinlər.Ya normal istifadəçi kimi aktiv olsunlar,ya da NHN xatirinə qeydiyyatdan keçənləri yarışdan kənarlaşdıraq.